Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə64/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   60   61   62   63   64   65   66   67   ...   160
Beynelxalq marketinq muhazire

3. Müəssisələr və marketinq.

Mülkiyyət münasibətlərinin və formalarının müxtəlifliyi ilə əlaqə-dar olaraq təsərrüfatçılığın müxtəlif təşkilati-hüquqi formaları meydana çıxır. Bu müxtəliflik müəssisələrin fəaliyyət istiqamətləri ilə bağlıdır. Başqa bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycan Respublikasının da qanunvericiliyində özəl mülkiyyət özəl müəssisələ-rin və yoldaşlıqların müxtəlif formaları kimi təqdim olunur.

Mə'lumdur ki, istəlinən iqtisadi sistemdə çoxlu sayda firmalar (müəssisələr) fəaliyyət göstərir. Bunlar müxtəlif me'yar baxımından təsnifləşdirilir.

Mülkiyyət mənsubiyyətinə uyğun olaraq firmanın (müəssisənin) xüsusi, kollektiv, dövlət, qarışıq formaları vardır.

Firmalar (müəssisələr) fərdi (ailə), şərikli (tam ortaqlıq), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məs'uliyyətli müəssisələr, səhmdar cəmiyyəti və dövlət müəssisəsi kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər.

“Müəssisə - mülkiyyət formasından aslı olmayaraq mövcud qanuna müvafiq olaraq yaradılan və ictimai təlabatın ödənilməsi və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, işlər görən və xidmətlər göstərən hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfat subyektidir”.

Bazar iqtisadiyyatı strukturlarının fəaliyyətinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə 01yanvar 2010-cu il tarixə ölkə­miz­də 13462 kicik müəssisə, 1165 xarici və müştərək müəssisələr, 2523 fərdi müəssisələr və 6 birja mövcud olmuşdur. Çoxsaylı istehsal-istehlak və xidmət təyinatlı koor­pera­tivləri, səhmdar cəmiyətlərini, firmaları və şirkətləri də bura əlavə etsək, iqtisadiyyatımızda sahibkarlıq subyektlərinin nə dərəcədə geniş və əhatəli olduğunu görərik. Qeyd etmək yerinə düşər ki, 2010-cu ildə Respubilikamızda ümumi daxili məhsulun 90 faizə yaxını qeyri- dövlət sektorunun payına düşür.

Dövlət müəssisələrinin ən geniş yayılmış növü dövlət korporasiyalarıdır. Onlar adətən hökumətin xüsusi qərarları əsasən səhmdar cəmiyyəti şəklində təşkil olunur. Müəssisənin mülkiyyəti dövlət fondları, səhmdar kapitalı və kapitallaşmış mənfəət hesabına formalaşdırılır və onların iqtisadi fəaliyyətilə bağlı məsələlər dövlətlə razılaşdırılır.

Qarışıq kompaniyalar adətən səhmdar cəmiyyətlər və məhdud məsuliyyəti cəmiyyətlər formasında təşkil edilir. Qarışıq kompaniyaların səhmləri dövlətə və xüsusi kompaniyalara məxsus olur. Bu müəssisələr hüquqi cəhətdən müstəqil olduqlarına görə xüsusi firmalar kimi bazar metodları əsasında fəaliyyət göstərirlər.

Müəssisənin konkret forma və növləri körtəbii yaradılmır və yaradıla da bilməz. O, elm və texnikanın inkişafı, istehsalın təmərküzləşməsi və ixtisaslaşması, səmərəli təsərrüfat əlaqələrinin qu-rulması, ümumiyyətlə isə, dövrün özünün tələblərinə uyğun, həmin tələblər nəzərə alınmaqla yaradılır. Bu baxımdan ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi ilə əlaqədar müəssisələrin idarə edilməsində, onların təşkilati-hüquqi formalarında ciddi dəyişikliklər baş vermiş və tədricən bazar münasibətlərinə uyğunlaşmışdır.

Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında müəssisələr təsərrüfat ortaqlıqları və cəmiyyətləri şəklində yaradıla bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və kommandit ortaqlığı, təsərrüfat cəmiyyətləri isə məhdud məsuliyyətli müəssisə, əlavə məsuliyyətli müəssisə və səhmdar cəmiyyəti formalarında olur. Beləliklə, müəssisələr fərdi, şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məculiyyətli müəssisələr, əlavə məsuliyyətli müəssisə və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda yaradıla bilər. Fərdi müəssisə bir şəxs tərəfindən yaradılan tam ortaqlıqdır.
Fərdi müəssisə – sahibkarlıq fəaliyyətinin ən klassik formalarından biridir. Belə müəssisələr adətən bir şəxsin mülkiyyəti əsasında təşkil olunur. Bununla yanaşı belə müəssisələr başqa mülkiy-yətlərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu tip müəssisələrin idarə olunması, adətən, sahibkarın özü tərəfindən həyata keçirilir. Bir sıra hallarda sahibkar öz müəssisəsinin idarə olunmasını menecerlərə həvalə edə bilər, lakin belə halda da müəssisənin fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır.

Fərdi müəssisələrin sahibkarlıq sahəsində geniş yayılması onun bir sıra üstünlükləri ilə bağlıdır. Bu üstünlüklərə aşağıdakılar aid edilir:

– təşkilinin sadəliyi;

– fəaliyyət azadlığı – sahibkar öz fəaliyyətilə bağlı olan bütün məsələlər üzrə qərar qəbul edilməsində tam azaddır (fəaliyyət növünün və onun həcminin müəyyən edilməsində, tərəf müqabil-lərinin seçilməsində və s.);

– güclü iqtisadi motivin olması – xalis mənfəətin tamamilə sahibkara çatması.

Qeyd edilən üstünlüklərlə yanaşı, fərdi müəssisələrin əsas çatışmayan cəhəti müəssisənin öhdəliklərinə görə onun sahibinin öz (ailə üzvlərinin) əmlakı ilə məculiyyət daşımasıdır. Əgər müəssisə öz əmlakı ilə öhdəliklərini yerinə yetirə bilmirsə, onda bu öhdəliklər mülkiyyətçinin əmlakı hesabına ödənilir. Aydındır ki, bu cür məsuliyyət sahibkarı yüksək riskli səviyyədə saxlayır.




Beynəlxalq kompaniyalar dedikdə öz təsərrüfatçılıq fəaliyyətində milli çərçivədən kənara çıxan, istehsal, ticarət, elmi-texnoloji proseslər, maliyyə, xidmət və digər sahələrin beynəlxalq baxımdan kompleks inkişafın formalaşmasını həyata keçirən iri birliklər nəzərdə tutulur.

Əməli baxımdan bu iri kompaniyaları dörd növə ayırmaq olar: milli, transmilli, çoxmilli və qlobal kompaniyalar. Lakin, son illərin təcrübəsi göstərir ki, bu birliklər bir qayda olaraq transmilli kompaniya kimi ümumi ad altında fəaliyyət göstərirlər. Beləliklə, iri milli inhisar birlikləri bey-nəlxalq birlikbrə çevrilmişlər.

Müəyyən mənada beynəlxalq olmaq baxımından bu şirkətlər bir-birindən о qədər də fərqlənmirlər. Ancaq müxtəlif ad daşımaqla fərqlənirlər.

Transmilli şirkətlər dedikdə, xarici ölkələrdə aktiv vəsaiti olan milli inhisarlar nəzərdə tutulur.Çoxmilli şirkətlər dedikdə, müxtəlif ölkələrin milli şirkətlərini birləşdirən cəmiyyətlər nəzərdə tutulur.

Qlobal cəmiyyətlər də beynəlxalq cəmiyyətlərdən yaranır, Ümumi mənada bu şirkətlərin yaranma səbəbini istehsalın və kapitalın beynəlmilləşməsi və məhsuldar qüvvələrin inkişafı ilə xarakterizə etmək olar.

TMŞ-ların rəqabət strategiyasında fırmaların (müəsssisələrin) rəqabət üstünlüyü əsas götürür.Müəssisələrin rəqabət üstünlüyü iki növdə şərh edilir:

Istehsal xərclərinin aşağı olması əmtəələrin differensiallaşması (qruplaşdırılması) səviyyəsi.

Transmilli korporasiyaların (TMK)-nın müasir mərhələdə inkişafının əsas istiqamətlərindən biri-istehsalın beynəlxalq inteqrasiyasının formalaşdırılmasına və genişləndirilməsinə kömək edən müxtəlif təşkilati strukturlu işgüzar əlaqələrin kombinələşdirilməsindən ibarətdir.TMK elmi texniki fəaliyyətə böyük əhəmiyyət verirlər.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin