Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə72/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   68   69   70   71   72   73   74   75   ...   160
Beynelxalq marketinq muhazire

5. Qiymətin funksiyaları.

Qiymətin funksiyaları onun daxili məzmununu xarici göstərməkdir. Qiymətin funksiyaları dedikdə, buraya yalnız bütün növ qiymətlər üçün xarakterik olan funksiyalar aid edilir. Ümumiyyətlə, qiymətin 6 əsas funksiyası var: uçot, bölgü, həvəsləndirici, tələb və təklifin balanslaşdırılması; istehsalın səmərəli yerləşdirilməsi meyarı və informasiya funksiyası.



  1. Qiymətin “ uçot ” funksiyası. Bu, qiymətin iqtisadi mahiyyətindən irəli gəlməklə, ictimai əmək məsrəflərinin uçotu və ölçülməsini həyata keçirir. Yəni qiymət dəyərin pulla ifadəsi olmaqla, hər hansı növ məhsul növü üzrə tələbatın ödənilməsinin cəmiyyət üçün neçəyə başa gəlməsini müəyyənləşdirməyə kömək edir. Qiymət məhsulun ( xidmətin ) hazırılanmasına nə qədər əmək, xammal, material, yarımfabrikat, dəstləşdirici məmulatlar və s. sərf edildiyini göstərir və həm də əməyin səmərəli istifadə olunma səviyyəsini xarakterizə edir.

Qiymətin bu funksiyası dəyər göstəricilərinin müəyyən edilməsində də istifadə edilir. Həmin göstəricilər 2 qrupa bölünür:

  • Miqdar ( kəmiyyəti ) göstəricilər.

  • Keyfiyyət göstəricilər.

  1. Qiymətin “ bölgü ” funksiyası. Bu, bazar amillərinin təsiri nəticəsində qiymətin dəyərindən kənarlaşması ilə bilavasitə bağlıdır. Qiymətin bu funksiyası milli ( xalis ) gəlirin aşağıdakılar arasında olan bölgüsündə və yenidən bölgüsündə qiymətin bilavasitə iştirakını göstərir.

  2. Qiymətin “ həvəsləndirici ” funksiyası. Bu, müxtəlif növ məhsulların ( xidmətlərin ) istehsalına və istehlakına qiymət vasitəsi ilə ( mükafatlandırma və s. ) təsir edilməsidir.

  3. Qiymətin “ tələb və təklifin balanslaşdırılması ” funksiyası. Bu onu göstərir ki, istehsalla istehlak və tələblə təklif arasındakı qarşılıqlı əlaqə qiymət vasitəsiylə balanslaşdırılır, yəni tənzimlənir.

  4. Qiymətin “ istehsalın səmərəli yerləşdirilməsi meyarı ” funksiyası. Bu onu göstərir ki, qiymət mexanizmin köməyi ilə kapitalın iqtisadiyyatın bir sahəsindən digərinə, eləcə də sahə daxilində az rentabelli olan sektordan daha çox səmərə verə bilən bölməyə yönəldilməsi təmin edir.

  5. Qiymətin “ informasiyası ” funksiyası. Qiymətlər iqtisadiyyatın və onun ayrı – ayrı sahələrinin informasiya sisteminin əsasını təşkil etməklə, “ indiqator ” funksiyasını həyata keçirir. Bir çox iqtisadi ədəbiyyatlarda buna “ resursların optimal (ən münasib və əlverişli) variantda bölüşdürülməsi ” funksiyası da deyilir.

Xidmət göstərilən dövriyyənin əlamətinə görə aşağıdakı qiymət növlərindən istifadə olunur:

  • sənaye məhsuluna topdansatış qiyməti;

  • parəkəndə satış qiymətləri;

  • tikinti məhsuluna qiymət;

  • tədarük (alış) qiymətləri;

  • yük və sərnişin nəqliyyatının tarifləri;

  • əhaliyə göstərilən pullu xidmətlərin tarifləri;

  • xarici ticarət dövriyyəsinə xidmət göstərən qiymətlər.

Sənaye məhsuluna topdansatış qiymətləri müəssisənin topdansatış və sənayenin topdansatış qiymətlərinə bölünür.

Müəssisənin topdansatış qiyməti məhsul istehsalına və satışına çəkilən məsrəfləri (maya dəyəri) , müəssisənin mənfəətini, aksiz vergsini (tətbiqi şərt olan mallara) və əlavə dəyər vergisini özündə cəmləşdirir.

Sənayenin topdansatış qiymətində müəssisənin topdansatış qiyməti ilə vasitəçi təchizat-reallaşdırma qurumlarının məsrəfləri və mənfəəti əks olunur.

Parəkəndə satış qiymətləri ilə məhsullar ticarət şəbəkəsində əhaliyə, müəssisə və təşkilatlara satılır. Bu qiymət sənayenin topdansatış qiymət ilə ticarət təşkilatlarının əlavələrindən ibarət olur.

Tikinti məhsuluna qiymətin smeta dəyəri, orta smeta dəyəri və müqavilə qiymətləri kimi növləri fərqləndirilir.

Tədarük və ya alış qiymətləri vasitəsilə kənd təsərrüfatı məhsulları reallaşdırılır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları gələcək emal üçün məhsulu firma, sənaye müəssələrinə satır.

Yük və sərnişin nəqliyyatının tarifləri nəqliyyat qurumlarının yüklərin nəqli və sərnişin daşınmasına görə aldıqları haqqı əks etdirir.

Qiymətlər franko növlərinə görə də təsnifləşdirilir. Qiymətlərin frankolaşdırılması dedikdə, məhsulun istehsalçılardan istehlakçılara çatdırılması xərclərinin qiymətlərdə uçotu qaydaları başa düşülür. Bu sistemə “Franko-anbar-malgöndərən, “Franko-vaqon göndərmə stansiyası”, “Franko-anbar-istehlakçı ” qiyməti və s. qiymət növləri daxildir.

Fəaliyyət müddətinə görə möhkəm (sabit), cari, sürüşkən, mövsümi və mərhələli qiymətlərdən istifadə olunur.

Ərazi əlamətlərinə görə vahid (qurşaq) və məhəlli (zona) qiymətləri fərqləndirilir. Vahid qiymət dövlətin mərkəzi icra hakimiyyəti orqanları tərəfindən, məhəlli qiymətlər isə müxtəlif regional hakimiyyət orqanları tərəfindən müəyyən edilir.

Bazar münasibətləri şəraitində qiymətlər tənzimləmə dairəsindən asılılıq xarakterinə görə də təsnifləşdirilir. Bu qiymətlərin təsbit edilən, sərbəst, müqavilə, tənzimlənən, bazarın qismən və ya tam inhisarı şəraitində olan növlərini fərqləndirmək olar.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin