Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə58/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   54   55   56   57   58   59   60   61   ...   160
Beynelxalq marketinq muhazire

Maliyyə idarəetməsi nəzəriyyəsinə görə xarici istehsalın mövcudluğu aşağıdakılara gətirir:

  • idarəetmə funksiyalarının bir-birini təkrarlamasının aradan qaldırılması, bu funksiyaların mərkəzləşdirilməsi və məhsulu satışına sərf edilən xərclərin azaldılmasına hesabına qənaət;

  • masştab effekti hesabına qənaət;

  • şirkətdaxili bölmələrin sərbəst pul vəsaitlərindən müəyyən müddət istifadə imkanlarının artması;

  • korporativ risqlərin azaldılması və uzunmüddətli rəqabət üstünlüklərinin əldə edilməsi məqsədilə istehsalın diversifikasiyası.

Beynəlxalq şirkətlərin xarici sahibkarlıq fəaliyyətlərinin yuxarıda sadalanan nəzəri əsaslandırmalarının demək olar ki, hamısında transfert qiymətlərindən istifadə edilməsi ilə transmilli xərclərin azaldılması xüsusi yer tutur.

Beynəlxalq hüquqda – o cümlədən beynəlxalq iqtisadi hüquqda beynəlxalq şirkətlərhaqqında artıq kifayət qədər müddəalar və fikirlər formalaşmışdır. Beynəlxalq şirkətlərdünyanın bir çox ölkələrində müəssisələri və filialları olan nəhəng şirkətlər birliyidir. Hazırda müsbət və mənfi cəhətlər baxımından Beynəlxalq şirkətlərin rol və fəaliyyətləri müasir dünyada olduqca ziddiyyətli qiymətləndirilir.

Müasir şəraitdə beynəlxalq şirkətlərin fəaliyyətində müqavilə münasibətləri ilə əməliyyatlar aparılması və nüfuz dairəsinin genişlənməsi də artmişdir.

Hər hansı bir şirkət üçün aşağıdakı meyarlar əsas götürülür:

Bunlar:

1.Lisenziya əsasında ticarətin aparılması.Xarici ticarətdə sərbəst idxal və ixrac üçün dövlət tərəfindən beynəlxalq şirkətlərə xüsusi icazə verilməsi nəzərdə tutulur.1970-ci illərə nisbətən 1990-ci illərin axırlarına beynəlxalq şirkətlərin lisenziya əsasında həyata keçirdikləri əməliyyatlar 10 dəfə artmışdır.

2.Françayzinq müqaviləsi əsasında nisbətən kiçik firmalar böyük nüfuzlu beynəlxalq şirkətlərin adı altında (müqavilə əsasında) alqı-satqı və digər əməliyyatlar həyata keçirirlər.

3.İdarəçilik və xidmət edilməsi üzrə də xüsusi müqavilələr bağlanması mövcuddur.Burada istehsala idarəçilik edilməsi,texnika və mühəndis işlərində məsuliyyət daşımaq,kadrların idarə edilməsi,xaricilərin qəbul edilməsi və işdən azad edilməsi,yerli işçilərin hazırlanması,texnika və xammal alınması,marketinq və maliyə sistemi üzrə idarəçilik və s. Kimi problemlərdə beynəlxalq şirkətlər hər hansı bir digər sahəyə köməklik edirlər.

4. Beynəlxalq şirkətlərin bir çox hallarda hər hansı bir obyektin inşa edilməsini (tam və yaxud müəyyən qismini) öz üzərinə götürür və şərtləndirilmiş vaxtda hazır şəkildə qarşı tərəfə təhvil verirlər.

5.Beynəlxalq bazarın ələ keçirilməsində həyata keçirilən ən yeni formalardanda biri də xaricdə xüsusi investisya kompanyaları yaratmaqdan ibarətdir. Beynəlxalq şirkətlərin investisiya kompaniyaları vasitəsi ilə öz qız cəmiyyətlərini və tərəfdaşlarını maliyyələşdirir.Məhz bu cür yanaşma ilə beynəlxalq kompaniyalar Afrikada <
> və <> satışını həyata keçirirlər.

6. Beynəlxalq şirkətlərin beynəlxalq əmək bölgüsü əsasında özlərinin firmadaxili beynəlxalq istehsalını yaratmışdır. Firmadaxili beynəlxalq istehsalın yaradılması beynəlxalq şirkətlərə bir çox üstünlük verir.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin