Хərclərin rentabelliyi normasına görə qiymətqoyma metodu qiymətin elə bir səviyyəsinin müəyyən edilməsini nəzərdə tutur ki, o, məhsul satışının verilmiş miqdarında məhsulun maya dəyərini ödəməklə yanaşı хərclərin rentabelliyinə görə müəyyən edilmiş məqsəd mənfəətinin, yəni planda nəzərdə tutulan mənfəətin əldə edilməsini də təmin edir. Bu halda məhsulun qiymətini müəyən etmək üçün məhsulun istehsalına və ya satışına çəkilən birbaşa (dəyişən) və qaimə (sabit) хərclərin ümumi məbləьinin üzərinə məqsəd mənfəətinin məbləğini gəlir və alınmış nəticəni məhsul satışının ehtimal olunan miqdarına bölürlər.
Məhsulun qiyməti investisiyanın rentabelliyi normasına görə qiymətqoyma metodu ilə müəyyən edildikdə əvvəlcə məhsulun istehsalına sərf edilmiş investisiyanın həcmi, bu investisiyaya görə əldə edilməsi nəzərdə tutulan rentabellik səviyyəsi (adətən, investisiyanın rentabellik səviyyəsini onun özünü ödəmə müddətinə uyьun olaraq hesablanılır) müəyyənləşdirilir və bunların əsasında əldə ediləcək məqsəd mənfəətin məbləği (investisiyanın məbləьini rentabellik səviyyəsinə vurmaqla) hesablanılır. Sonra isə mənfəətin məbləьini məhsul istehsalının və ya satışının ehtimal edilən məbləьinə bölürlər. Hər bir məhsula düşən mənfəətin məbləğinin üzərinə məhsulun maya dəyərini gəlməklə onun qiymətini müəyyən edirlər.
Dostları ilə paylaş: |