Rəqabətə əsaslanan qiymətqoyma metodu. Müəssisə məhsulunun qiymətini bu metodla müəyyənləşdirdikdə ona çəkilən хərclərə deyil, rəqiblərin qiymət strategiyasına, qiymətlərinə əsaslanır və öz məhsulunun qiymətini rəqib müəssisənin qiymətlərinə uyğunlaşdırır.
Bu metodun lideri təqibetmə metodu, qiymətlərin cari səviyyəsinə görə qiymətqoyma metodu və tender əsasında qiymətqoyma metodu formaları vardır.
Tələbə əsaslanan qiymətqoyma metodu. Bu qiymətqoyma metodunda məhsulun qiyməti ona olan tələbin həcminə görə müəyyənləşdirilir və onun dəyişməsinə uyğun olaraq dəyişdirilir.
Müəssisə tələbə əsaslanan qiymətqoymanın son hədd qiymətqoyma metodundan; zərərsiz çevik qiymətqoyma metodundan; tələbin həcmi əsasında qiymətqoyma metodundan; satış yerinə görə qiymətqoyma metodundan və mövsümiliyə görə qiymətqoyma metodundan istifadə edə bilər.
Dostları ilə paylaş: |