Marketinqə əsaslanan qiymətqoyma metodları. Bu metodda məhsulun qiyməti marketinq amillərinə, marketinq strategiyasına uyьun olaraq müəyyənləşdirilir. Marketinqə əsaslanan qiymətqoyma metodunda müəssisə marketinq strategiyasına əsaslanan qiymətqoyma, məhsulun içtehlakçı üçün faydalılığına (qiymətliliyinə) görə qiymətqoyma, məhsulun keyfiyyətinə görə qiymətqoyma və çeşid qrupuna görə qiymətqoyma metodlarından istifadə edə bilər.
Qiymətqoyma qərarlarına təsir edən amillər 2 yerə bölünür:
Daxili amillər
Xarici amillər
Daxili amillərə aiddir: Marketinqin məqsədləri, Marketinq kompleksinin strategiyaları, Xərclər, Təşkilati məsələlər
Xarici amillərə aiddir: Bazarın və tələbin təbiəti, Rəqabət, Digər ətraf mühit amilləri (iqtisadiyyat, vasitəçilər, hökumət, sosial qayğılar)
Qiymət tələb asılılığının təhlili Şirkət tərəfindən təyin olunmuş qiymət tələbin müxtəlif səviyyələrinə uyğun olur. Təyin olunmuş qiymətin və onun nəticəsi olaraq tələbin səviyyəsi arasında olan asılılıq tələb əyrisi adlanır. Tələb əyrisi bazarda müəyyən vaxt ərzində müxtəlif qiymətə alına biləcək məhsulun miqdarını göstərən əyridir. Normal hallarda tələb və qiymət tərs mütənasib olur, yəni qiymət yuxarı olduqda tələb aşağı olur.
Dostları ilə paylaş: |