Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə81/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   77   78   79   80   81   82   83   84   ...   160
Beynelxalq marketinq muhazire

Kənar məhsullara qiymət təyini - Əlavə məhsul təklif etməklə əsas məhsulun rəqabət qabiliyyətini təmin edən qiymətqoyulması.

Məhsul komplektinə qiymət təyini - Bir neçə məhsulun birləşdirilərək dəst halında endirimli qiymətlərlə təklif edilməsi.

2.Beynəlxalq marketinqdə qiymətqoyma. İxrac potensialının qiymətləndirilməsi və rəqabət qabiliyyətinin təhlili.

Qiymət və qiymətqoyma siyasəti Beynəlxalq marketinq fəaliyyətinin vacib tərkib hissəsidir və onun rolu getdikcə daha da artır.

Qiymət – istehlakçıların konkret əmtəənin alınmasına ödədikləri pul məbləğidir. Firmanın fəaliyyətinə qiymət marketinq kompleksinin digər elementləri ilə çox sıx əlaqədə olur. Qiymət əmtəənin həyat dövrünün mərhələləri ərzində tez – tez – yenilikçi, kütləvi bazar üçün nəzərdə tutulmuş aşağı qiymətlərə qədər dəyişir.İstehkakçılara xidmətin səviyyəsi əmtəənin qiymətindən asılı olur. Aşağı qiymətli əmtəələrixidmətlərin səviyyəsi də adətən aşağı olur. Müxtəlif qiymətləri olan əmtəə qrupları bazarın müxtəlif seqmentlərini özünə cəlb edir. Firmanın əldə etdiyi kommersiya nəticələri qiymətdən asılı olur, düzgün və səhvsiz seçilmiş qiymət siyasəti sənaye firmalarının bütün istehsal – satış fəaliyyətinə uzunmüddətli mənfi və ya müsbət təsir göstərir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin