188
və çiçəklərdən (boymadərən, nanə, züfa və s.) çəkilmiş cövhər suyu əlavə edilirdi. Qatışığa azaca
gülab da qatılırdı. Qəndab tez xarab olduğundan onu uzun müddət saxlamaq olmurdu. Adətən, onu
bir öynəlik süfrə üçün hazırlayırdılar. Qəndab plovun və digər yağlı xörəklərin iştahla yeyilməsinə
və asan həzm olunmasına kömək edirdi. O, eyni zamanda, müalicəvi əhəmiyyətə də malik idi. Bu
səbəbdən də, qəndabdan xalq təbabətində qan azlığına və baş gicəllənməsinə qarşı müalicə
məqsədilə istifadə edilirdi. Azərbaycanın
ziyafət məclislərində, xüsusən plov süfrəsində qəndab
içmək ən qədim zamanlardan dəbdə olmuşdur. Toy zamanı oğlan evinə gəlin aparmağa gələnlərə
qəndab şərbəti vermək adət halını almışdı.
Xoşab. Naxçıvan bölgəsində geniş yayılmış bu içki növünü gilənar, alça, şaftalı, ərik (qaysı)
və s. meyvələrin qurusundan hazırlayırdılar. Bunun üçün meyvə qurusunu (qaxı) yuyub, suya tökür
və qaynadırdılar. Nəticədə meyvə qaxının tamı suya keçirdi. Soyuduqda xoş ətirli, turşməzə içki
növü əldə edilirdi. Xoşabı daha da tamlı və xoşagəlimli etmək üçün ona
bəzən azca gülab və ya gül
suyu qatılırdı.
37
Bəzən xoşabı adi şərbətə bu və ya digər meyvə qaxı qatıb azca qaynatma yolu ilə də əldə
edirdilər.
Əzgil suyu Quba-Xaçmaz bölgəsində sərinlədici və meyxoş tamlı içki növlərindən biri kimi
geniş yayılmışdır. Əzgil suyunu hazırlamaq üçün onu təmizləyib yuyur və küplərə doldururdular.
Yarıyacan dolandan sonra küpün ağzına çatana qədər təmiz su əlavə edirdilər. Əzgil bu halda bir ay
müddətində suyun içində qalıb öz tamını suya buraxırdı.
Gülab. Azərbaycanlıların ətirli və tamlı içkilərindən biri olan gülab qızılgülün ləçəklərini
suda qaynatma yolu ilə onun buxarından əldə edilirdi. Gülab qızılgülün yalnız müəyyən növündən
çəkilirdi. Bu məsələyə vaxtilə dahi Nizami Gəncəvi «Xosrov və Şirin» əsərində xüsusi
diqqət
yetirmişdir:
«O gül yaxşıdır ki, ondan gülab çəkilsin,
Gülab çəkən gülü dərməsə, solub tökülər».
38
Şərbət hazırlayarkən bir qayda olaraq, gülabdan istifadə edilirdi. Bəzən halvaya
şirə qaynadan
zaman ətirli tam vermək üçün ona gülab tökürdülər.
Gülab çəkmək üçün əvvəlcə qızılgülün ləçəklərini arıtlayıb mey qazannıa tökür və üzərinə su
əlavə edirdilər. Sonra qazanı ocağın üzərinə qoyub ağzına günbəz formalı lüləkli qapaq qoyulurdu.
Qazanda yaranan buxar həmin lüləyə keçirilmiş qarğı, yaxud metal boru
vasitəsilə dərin çalaya
salınmış güyümə axıdılırdı. Boruya daxil olan buxarın soyuyub mayeyə çevrilməsi boru soyuq sudan
keçirilirdi.
Qızılgülün ləçəklərini qazana yığıb üstünə su tökəndən sonra meyi qazanın ağzına qoyub
onların aralarını xəmir vasitəsilə tutur və bir-birinə yapışdırırdılar. Bundan sonra qazanın altında ocaq
yandırılırdı. Su qaynadıqca əmələ gələn buxar, gülün qoxusunu özünə çəkərək meyin yuxarısına
qalxır və mayeyə çevrilərək mis boru vasitəsi ilə axıb Beləliklə, buxar tədricən mayeyə çevrilib gülab
olurdu.
39
Gül suyu. Qızılgülün ləçəklərindən buxar vasitəsilə əmələ gətirilən gülabdan başqa,
gül suyu
da hazırlanırdı. Gül suyu təklikdə içki kimi içilmirdi.
Digər içkiləri, xüsusilə şərbətləri ətirli, xoş
iyili etmək üçün «qatıq» məqsədi ilə onlara qatışdırılırdı.
Gül suyu hazırlamaq üçün qızılgülün ləçəklərini bir qaba yığıb üzərinə ilıq su tökəndən sonra
azca limon duzu əlavə edirdilər. Bu onun rəngini tündləşdirməklə yanaşı, həm də tamını turşməzə
edirdi. Sonra qabın ağzını kip qapayıb 4-5 gün sərin yerdə saxlayırdılar. Nəticədə qızılgülün
ləçəklərinin ətri və rəngi suya keçirdi. Bundan sonra onu süzüb puçalını çıxarır, hasil olan gül
suyunu şüşə və ya saxsı gülabdana töküb ağzını möhkəm bağlayrdılar. Lazım gələndə ondan tələb
olunan qədər töküb şərbət hazırlayırdılar.
Ovşala. Abşeron, Şirvan və Quba bölgələrində geniş yayılmış bu içki növünü hazırlamaq
üçün qənd şərbətinə gül suyu (gülab) qatılırdı. Qatışığın nisbəti 2 girvənkə qənddən hazırlanmış
«qəndab»a bir stəkan gülab hesabı ilə götürülürdü. Ovşala, adətən, bayram, toy-nişan, qonaqlıq və
digər ziyafət süfrələrində yağlı xörəklərin yanında verilirdi.
Keçmişdə kübar ailələrin sifarişi ilə misgər dükanlarında xüsusi olaraq böyük ovşala badyası
düzəltdirilirdi. Ovşalanı süfrəyə xırda piyalə və ya şərbətilərdə paylayırdılar. Hətta kübar
məclislərində yaraşıqlı ağac çömçə (ovşala çömçəsi) vasitəsi ilə ovşalanı piyalə və ya masquralara
189
paylayırdılar.
Araqnanə müalicə əhəmiyyətli içkilərdən biri olmaq etibarilə onu
nanə bitkisindən
gülabsayağı əldə edirdilər. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində təsirli türkəçarə vasitə olan
araqnanə indi də özünün əməli əhəmiyyətini itirməmişdir. Xoş iyə və tama malik olan araqnanəni
çox vaxt gülab qatılmış sərin suya qarışdırandan sonra qəndab və digər şərbətlərə əlavə edib
içirdilər.
Dostları ilə paylaş: