228
məsafə baxımından məhdud səciyyə daşımışdır. Elə bu səbəbdən də bu və ya digər xəbəri bir
qədər uzaq məsafəyə çatdırmaq üçün səs siqnalını
işıq (tonqal),
bayraq və ya
əl-qol hərəkəti ilə
əvəz etmişlər. Hətta bu məqsədlə öyrədilmiş göyərçin də məlumat ötürücüsü kimi istifadə
edilmişdir. Bunun üçün göyərçinin ayağana rəmzi məna daşıyan müxtəlif rəngli ip, parça tikəsi,
pitik və s. bağlamaqla bu və ya digər xəbər lazımi ünvana çatdırılırdı.
Yazının meydana gəlməsindən əvvəl yaranmış bu bəsit rabitə vasitələrinin
bir qismi son
vaxtlaradək özlərinin əməli əhəmiyyətini itirməmişdir. Hətta məscid minarələrindən hər gün
müəzzin tərəfindən ətrafa yayılan azan sədaları da səsli rabitənin bir növü idi. Bu yolla Quranda
yazılan kəlamlar müsəlmanlara çatdırılırdı.
Arxaik rabitə vasitələrindən biri də
tonqal olmuşdur. Adətən, uzaq ətraflardan yaxşı
görünmək üçün tonqal hündür yerlərdə, çox vaxt uca dağların başında yandırılırdı. Həm də bu
həyəcan siqnalı tək tonqalla deyil, zəncirvari görünüş düzümü əmələ gətirən
tonqallar vasitəsi ilə
çatdırılırdı. Tonqallardan qalxan tüstü dumanının qəlizliyi düşmən ordusunun çoxsaylı olduğunu
bildirirdi.
Uzaq məsafələrə xəbər çatdırmaq üçün ən etibarlı rabitə vasitəsi «qasid», «şatır», «carçı»,
«çapar», «salayçı» və s. adlarla bəlli olan peşəkar xəbər yayanlar olmuşdur. Bu peşələrin çoxu
rəsmi sənəd, fərman və sərəncamları vaxtlı-vaxtında çatdırmaq məqsədi ilə yaranmışdır.
İnsanlardan rabitə vasitəsi kimi istifadə olunması çox qədim tarixə malikdir. Hələ qədim
zamanlarda insanlar vacib xəbərləri yaxın tanışları vasitəsi ilə «ismarıc» yolu ilə lazımi ünvana
çatdırırdılar. Xəbərin etibarlı çatdırılmasını və məxfi qalmasını təmin etmək üçün, adətən, onu
şifahi qaydada, yaddaş vasitəsilə göndərirdilər. Hətta keçmişdə səlahiyyətli şəxslərin, xüsusilə
yüksək vəzifəli məmurların hər birinin özünə məxsus şəxsi
qasidi olurdu. Onlar lazımi məlumat
və xəbərlərin vaxtında öz ünvanına çatdırılmasına məsuliyyət daşıyırdılar.
Qasid həm piyada, həm də minik nəqliyyatı ilə hərəkət edirdi. Piyada
qasid yüksək vəzifəli
məmur və ya hökmdarlara məxsus olduqda «şatır» adlanırdı. Şatırçılıq peşəsi yüksək fiziki güc
və dözüm tələb etdiyindən o, uzun müddətli təlim və məşq yolu ilə hazırlanırdı. İdmançı kimi
yetişdirilmiş şatır yüngül ayaq və əyin geyimi ilə seçilirdi.
Atlı qasid minik vasitəsi ilə hərəkət etdiyindən çox vaxt «çapar» adlanırdı. Keçmişdə rəsmi
dövlət xəbərlərinin tez çatdırılmasını təmin etmək üçün yolun hər mərhələsində
çaparxana və
minik atları saxlanılırdı. Bəzən növbəti çaparxana karvansaraya təsadüf edirdi. Çatdırılmalı
xəbər təcili səciyyə daşımadıqda çapar karvansara və ya çaparxanada gecələyib, ertəsi gün yola
düşürdü. Çapar təcili xəbər çatdırmalı olduqda yorğun atını dəyişməklə, dincəlmədən yolunu
davam etdirirdi.
Bəzən qasid
elçi qismində, heyət halında göndərilirdi. Belə olan halda onu dəvə karvanına
qoşub yad ölkəyə göndərirdilər. Bu onların təhlükəsizliyinə müəyyən qədər təminat yaradırdı.
Carçı uca səslə müəyyən bir xəbəri camaata car çəkib bildirən
peşə sahibi olub ən çox
bazarlarda fəaliyyət göstərirdi. Keçmişdə camaatın gur olduğu bazar və meydanlarda rəsmi
xəbərləri yaymaq ənənə halını almışdı. Onlar rəsmi dövlət sərəncamlarından əlavə, yerli
məlumatları da əhali arasında elan edib yayırdılar. Çarçılar bir növ sonralar yaranmış dövri
mətbuatın xəbər yayma vəzifəsini yerinə yetirirdilər.
Yazı meydana çıxandan sonra məktub ənənəvi rabitə vasitələrinin ən etibarlı və mötəbər
növünə çevrilməyə başlamışdır. Elə kağız üzərinə köçürülmüş ümdə xəbər və məlumatların
məktub formasında ünvanlara çatdırılması zərurəti ilə bağlı
poçt xidməti meydana çıxmışdır.
Həm də müntəzəm və mütəşəkkil səciyyə daşıyan rəsmi rabitə vasitəsi olmaq etibarilə poçt
xidmətlərinin vəzifəsi təkcə məktubları ünvanlara çatdırmaqla məhdudlaşmamışdır. Poçt vasitəsi
ilə digər əməliyyatlar, o cümlədən müxtəlif növ bağlama, maliyyə sənədləri və s. də göndərilirdi.
Qeyd etmək lazımdır ki, Şərqdə ilk poçt xidməti Əhəməni hökmdarı I Daranın (e.ə. 522-
486-cı il) hakimiyyəti dövründə təşkil olunmuşdur.
133
Azərbaycanda poçt xidməti XIX əsrin 30-
40-cı illərində çar Rusiyasının rəsmi rabitə sisteminin tərkib hisəsi kimi yaranmışdır. Poçt yolları
üzərində hər 25-30 verst məsafədə «yamxana» və ya «çaparxana» adlanan poçt stansiyaları təşkil
olunmuşdur. Yamxanalar həm də poçt xidməti işçiləri və sərnişinlər üçün mehmanxana rolunu
oynayırdı. Burada,
habelə at tövləsi, ehtiyat qoşqu və minik atları, mehtərlər, nalbənd və b. peşə
adamlarına da təsadüf edilirdi.
229
Ənənəvi rabitə vasitələrindən biri də toy-nişan dəvətnamələrini, yaxud yas mərasimlərində
mərhumun ölüm xəbərini qonşu kəndlərə, qohum-əqrəbaya, dost-tanışlara çatdıran xüsusi
salayçı
və
xəbərçilər olmuşdur. Belə xəbərləri yaymaqla məşğul olanlar Abşeron bölgəsində «dəsti-
fərman», Qarabağda «şatır», Lənkəran bölgəsində «salayçı» adlanırdı.
XIX əsrin 60-cı illərində Azərbaycanda
teleqraf rabitəsinin əsası qoyulmağa başlamışdır.
1864-cü ildə Tiflisdən Naxçıvana ilk teleqraf xətti çəkildi. Qafqaz canişinliyinin mərkəzi olan
Tiflis şəhəri 1868-ci ildən etibarən Bakı, Şəki, Gəncə və b. şəhərlərlə teleqraf
xətti ilə
birləşdirilirdi. Gədəbəy mis zavodundan Gəncəyə 60 verst uzunluğunda teleqraf xətti çəkildi.
1879-cu ildə Xəzər dənizinin dibi ilə Bakıdan Krasnovodsk şəhərinə teleqraf kabeli çəkilməsi
başa çatdırıldı. 1886-cı ildə Bakıda ilk telefon xətti çəkilməyə başlandı.
134
Bununla belə, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda poçt-teleqraf
idarələrinin sayı yenə də az olub əhalinin tələbatını ödəyəcək səviyyədə deyildi. Onların çoxu
Bakıda cəmləşmişdi. 1903-cü ildə Yelizavetpol quberniya- sında cəmi 23 poçt-teleqraf idarəsi
var idi.
135
Azərbaycanda poçt-teleqraf xidmətinin yaradılması mahiyyət etibarilə çarizmin
müstəmləkəçilik idarə üsulunun təkmilləşdirilməsinə xidmət etsə də, yerli əhali üçün o,
mütərəqqi əhəmiyyət kəsb edirdi.
Ölkədə rabitə xidmətinin artmasında realnı məktəblərin, müəllimlər seminariyasının,
texnikum və peşə məktəblərinin açılmasının mühüm rolu olmuşdur. Ziyalıların
və təhsilli
adamların sayı artıqca həm poçt-teleqraf müştərilərinin sayı çoxalır, həm də rabitə xidməti
sahəsinə yerli kadrlar cəlb olunurdu. Bütün bunların sayəsində poçt əməliyyatları genişlənir, poçt
vasitəsi ilə məktub, pul baratları, bağlama və digər əmanətlərin göndərilməsi barədə əhali
arasında yeni təsəvvürlər əmələ gəlir, rabitə xidməti canlanırdı. Şəhər küçələrindən asılmış
poçt
Dostları ilə paylaş: