77
yeləni növbəti rəngabların təsirindən qoruyurdular. Bəzən isə yeləndə kəlağayının öz rəngində ağ
güllərdən, yaxud çiçək və ya ləçəklərdən ibarət bəzək motivi əmələ gətirmək
üçün müvafiq
nəqşli qəlibi kəlağayı yağına batırıb haşiyə boyunca onun üzərinə basırdılar. Bunun sayəsində
kəlağayının haşiyəsində boyaq götürməyən örtük təbəqəsi əmələ gəlirdi. Kəlağayı “gül”
götürmək məqsədi ilə növbəti rəngaba salınarkən yağ örtüyünün altında qalan sahələr boyağın
təsirindən qorunub, qəlibin bəzək dekoruna malik müvafiq “gül”lər əmələ gətirirdi. Haşiyə
naxışları tamamlanana qədər bu əməliyyat təkrar olunurdu.
Kəlağayının xonça və aralıq sahələrinin bəzəkləri də bu
qaydada müvafiq bəzək-nəqş
ünsürlərinə malik qəliblər vasitəsilə bəzədilirdi. Bu qayda ilə kəlağayını müxtəlif rəngablara
salıb hər bir rəngdən “gül” götürmə yolu ilə onu bəzəyib nəqşli (güllü) hala salırdılar.
Kəlağayını sabunlu suda yuyub təmizlədikdə yağ ləkələrinin altında qorunub qalmış
güllər aşkara çıxır və müvafiq bəzək ünsürünə çevrilirdilər.
Dostları ilə paylaş: