Nəməd. İstehsaltexnologiyası baxımından saya keçə- dən o qədər də fərqlənmirdi.
Bunların arasında başlıca fərq bəzək-nəqş tərtibatında və düzbucaqlı formada basılmasında
nəzərə çarpırdı. Trapes formada olan saya qəlibdən fərqli olaraq, evin döşəməsinə, çarpayı və ya
taxt üstünə salınan nəməd düzbucaqlı formada 2,5-3 m x 1,5-2 m ölçülərdə, həm də bəzəkli
basılırdı. Nəməd bəzəkləri həm ornamental nəqşlərdən, həm də heyvan (qoç, at, dəvə və s.)
rəsmlərindən ibarət olurdu. Bunun üçün nəmədin yerliyini təşkil edən yun layının aralarına bu və
ya digər rəsmin mühit xətləri boyunca fərqli rəngdə yun döşənirdi. Nəməd basılıb hazır olanda
fərqli rəng çalarına malik yun layı onun səthində müvafiq bəzək-nəqş ünsürü əmələ gətirirdi.