79
da eyni texniki üsulla, lakin bir qədər fərqli formada basılıb hazırlanmışdır. Belə ki, çiyinə alınan
yapıncıdan
fərqli olaraq, çopozu əyinə geydiklərindən onun qəlibi qollu basılırdı. Bundan fərqli
olaraq xıllıq qolsuz basılır, lakin qol yeri qoyulurdu.
Bunlardan fərqli olaraq, saçaqlı yapıncının qəlibinin ovand üzü uzun saçaqla örtülürdü.
Bu səbəbdən də onun layının altına əlavə saçaq layı döşənirdi. Bundan sonrakı basma əməliyyatı
saya keçə və ya nəməd istehsalında olduğu kimi davam etdirilirdi.
Basma əməliyyatı başa çatandan sonra qəlibin saçaqları daranıb düzəldillərək nizamlanır
və səliqəyə salınırdı. Qəlibin astar üzündən bayıra çıxan tüklərin ucu qayçı ilə qırxılıb
hamar
hala salınır, yaxud ütülüb mucullanırdı.
Bütün bu əməliyyatlar başa çatandan sonra saçaqlı qəlibin kənar qanadlarını öz üzərinə
qatlayıb çiyindən bitişdirir və yaxa yarığının ətrafına tumac, yaxud parçadan köbə tikilirdi.
Yapıncını boğazın altında bağlamaq üçün köbənin hər iki ucu qaytanla tamamlanırdı.
Yapıncı qəlibi basılıb hazır olandan sonra, adətən, qara rəngə boyanırdı.
Hətta onun
qəlibi qara rəngli yundan basılmış olsa belə, yenə də onu qara rəngaba salırdılar. Boyaqdan əvvəl
yapıncı qəlibi suda yuyulub təmizlənirdi. Nadir halda əsilzadə varlı şəxslər
sifarişlə ağ rəngli
yapıncı basdırırdılar. Belə halda yapıncının qəlibi seçmə, xalis ağ yundan basılırdı.
Dostları ilə paylaş: