Xalça-palaz məmulatı
Azərbaycanın ənənəvi yun toxuculuğunda məişət əhəmiyyətinə və iqtisadi sərfəliliyinə
görə, tarixən xalça-palaz məmulatı müstəsna yer tutmuşdur.
Mütəxəssislərin fikrincə, xalçanın ilk vətəni qədim Misir olmuş, sonralar o, buradan
Kiçik Asiya, İran və Hindistana keçmişdir.
163
Azərbaycanda xalçaçılıq sənətinin meydana gəlmə tarixi siyasi-inzibati və mədəni
cəhətdən vaxtilə qədim Şərqlə sıx bağlı olan qonşu İran və Kiçik Asiya ölkələri ilə eyni dövrə
təsadüf edir. E.ə.Y-IV əsrlərdə yaşamış yunan alimi Ksenefont farsların məşhur Midiya
xalçalarını işlətdiklərini xəbər verirdi.
164
Midiya dövlətinin mövcud olduğu dövrdə onun sosial-iqtisadi və mədəni cəhətdən inkişaf
etmiş inzibati-ərazi vahidləri sırasında sabiq Manna vilayətlərini əhatə edən Kiçik Midiya
(Atropatena) ərazisinin, başqa sözlə, Azərbaycanın cənub əyalətlərinin mühüm yer tutduğunu
nəzərə alsaq, burada xalça toxuma sənətinin xeyli əvvəl, hələ Manna dövründə meydana
gəldiyini söyləmək olar. Bununla belə, Azərbaycanda xalça-palaz toxuculuğu miladdan əvvəl I
minilliyin ibtidasına təsadüf etsə də, Albaniya, başqa sözlə, Şimali Azərbaycan ərazisində onun
gur inkişafı erkən orta əsrlərin əvvəllərinə aid edilir.
165
Mingəçevir ərazisində aparılan arxeoloji
qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqları (hana hissələri, xalça və palaz
toxuması, yun ip qalıqları) antik dövrün sonu və erkən orta əsrlərin əvvəllərində Azərbaycan
əhalisinin ev məişətində xalça-palaz məmulatının mühüm yer tutduğunu söyləməyə əsas verir.
166
Tarixi mənbələrdən bəlli olduğu kimi, xalçaçılıq sənəti sonralar, xüsusilə inkişaf etmiş
feodalizm dövrü və son orta əsrlərdə daha yüksək inkişaf səviyyəsinə çatmışdır. Ərəb
müəlliflərinin verdiyi məlumata görə, Bərdədə toxunan xalçaların misli bərabəri yox idi.
167
X
əsrdə Naxçıvan, Xoy, Ərdəbil və Muğan özünün yüksək keyfiyyətli xalça məmulatı ilə geniş
şöhrət qazanmışdı.
168
Muğan özünün çuval və palaz məmulatları ilə, Naxçıvan, Xoy, Salmas
şəhərləri zili və xalçaları ilə, Ərdəbil, Şirvan isə özlərinin ipək və yun məmulatları ilə məşhur
idi.
169
X-XIII əsrin yazılı mənbələri monqol hücumlarından əvvəl Azərbaycan şəhərlərində çox
geniş çeşiddə xalça-palaz məmulatı toxunması barədə aydın təsəvvür yaradır.
170
«Hüdud əl-aləm» əsərində həmin dövrdə Şirvan və Xursan əyalətlərində «məxfuri»
adlanan müxtəlif növ xovlu xalçalar və palazlar toxunduğu xəbər verilir.
171
İnkişaf etmiş feodalizm dövründə Azərbaycanda xalça istehsalının kütləvi səciyyə
daşıdığını belə bir faktdan da aydın görmək olur ki, monqollar Azərbaycanı işğal edəndən sonra
buradan minlərlə xalça qarət edib aparmışdılar.
172
M.X.Heydərov son orta əsr mənbələrinə istinad edərək Azərbaycanda XVI-XVII
əsrlərdən etibarən Təbriz xalçaları arasında gümüşü güləbətin qatışığı ilə ipək xalça istehsalına
başlandığını müəyyən etmişdir.
173
İngilis səyyahı A.Cenkinson 1562-ci ildə Şirvan bəylərbəyi
80
Abdulla xan Ustaclının yay düşərgəsində olarkən onun çadırında zəngin bəzəkli xalçalar
döşəndiyini və onların üzərinə qızıl və gümüş tellərlə toxunmuş kvadrat formalı bir xalça
salındığını xəbər verir.
174
XVI əsrin 70-ci illərində Şirvanda olmuş başqa bir ingilis səyyahı C.Deket yazırdı ki,
burada elə bir adam, hətta belə adi bir insan tapmaq olmazdı ki, o xalça üzərində oturmasın,
yaxud otaqlarına xalça döşəməmiş olsun.
175
Zəmanəmizədək gəlib çatmış xalçalar, əsasən, xalis yundan toxunmuşdur. Bununla belə,
orta əsrlərdə ipək qatışığı, xüsusilə güləbətin (qızıl və ya gümüş telləri) ilə toxunmuş xalçalara da
təsadüf olunur. Hətta son vaxtlar xalçaların ərişinin bəzən pambıq iplikdən düzülməsi hallarına
da rast gəlinirdi.
Azərbaycanın ənənəvi dekorativ-tətbiqi sənət növləri arasında özünün bəzək-nəqş
zənginliyi, rəng əlvanlığı, kompozisiya kamilliyi ilə seçilən xovlu xalça nümunələri öz
növbəsində bəzək tərtibatı baxımından ornamental və süjetli olmaqla, iki qrupa bölünür.
Azərbaycanın şimal əyalətləri üçün daha çox ornamental xalçalar səciyyəvi olmuşdur.
Bundan fərqli olaraq, ölkənin cənub əyalətlərində, xüsusilə də, Təbriz xalçaçılıq mərkəzində
həndəsi və nəbati nəqş motivlərinə malik ornamental xalçalarla yanaşı, zoomorf və antropomorf
motivli süjetli xalçalar geniş yayılmışdır.
Azərbaycan xalçaları bədii-texniki xüsusiyyətlərinə, toxuma materialına, rəng əlvanlığına
və nəqş motivlərinin səciyyyəsinə görə, oxşar cəhətlərə malik olsalar da, onlar həm də fərdi
yaradıcılıq mərkəzinin məhəlli xüsusiyyətlərini özlərində daşıyırdılar. Bu və ya digər məhəlli
ərazinin xalçaçılırı əməli işdə, adətən, özlərinə yaxın qonşuların nəqş-çeşni nümunələrini seçib
örnək götürürdülər. Beləliklə də, fərdi bəzək-çeşni xüsusiyyətlərinə malik məhəlli xalça istehsalı
mərkəzləri təşəkkül tapırdı. Bu mərkəzlərin hər birinə xas olan xalçalar təkcə çeşni cəhətdən
deyil, habelə texniki xüsusiyyətlərinə (ilmə sıxlığı, xovların uzun və ya qısa olması, əriş və arğac
ipinin nazik, yaxud yoğun əyrilməsi, onların bərk və ya boş bükdərilməsi, müxtəlif rəng
çalarlarının bir-birilə uyuşdurulması və s.) görə də bir-birindən seçilirdi. Bu cür fərqlı xalçaçılıq
mərkəzlərinin formalaşmasında orta əsrlərdə Azərbaycanda feodal pərakəndəliyinin hökm
sürməsi üzündən sənət sahələrində məhəlli xüsusiyyətlərin güclənməsi, əyalətlər arasında
iqtisadi-ticarət və mədəni əlaqələrin zəif olması mühüm rol oynamışdır. Ona görə də Azərbaycan
xalçaları tipoloji xüsusiyyətlərinə görə, müxtəlif məhəlli istehsal mərkəzlərinə ayrılır. Öz
növbəsində hər bir böyük xalça istehsalı mərkəzinə xas olan ornamental xalçalar çeşni
xüsusiyyətlərinə görə, bir neçə qrup və yarımqrupa ayrılır. Bunların hər birinin də özünə məxsus
nəqş-bəzək çeşniləri və buna müvafiq adları yaranmışdır.
176
Azərbaycanın orta əsr xalçaçılıq sənətində süjetli xalçaların yaranması keyfiyyət etibarı
ilə yeni mərhələ təşkil edirdi. Süjetli xalça toxuculuğu, xüsusilə, Təbriz şəhərindəki xalça
karxanalarında daha yüksək inkişaf səviyyəsinə çatmışdır. Yüksək bədii-texniki məziyyətləri və
kompozisiya kamilliyi ilə seçilən süjetli xalça toxuculuğunun çiçəklənməsi XVI əsrə, Təbriz
miniatür məktəbinin fəaliyyətinin parlaması dövrünə təsadüf elir. O dövrün mahir xalça ustaları
Təbriz rəssamlarının miniatürləri əsasında orijinal süjetli bədii xalçalar toxuyurdular.
177
Üzərində müxtəlif məişət və ov səhnələri təsvir olunan süjetli xalçalar, həmçinin, Şirvan,
Gəncə və Qarabağda da istehsal olunurdu. Bu tipdən olan süjetli xalçalarda məişət səhnələri ilə
yanaşı, klassik ədəbiyyat əsərlərindən götürülmüş kompozisiya motivləri də öz əksini tapmışdır.
Azərbaycanın dekorativ-tətbiqi sənətinin ən güclü sahəsi olmaq etibarı ilə xalça
toxuculuğu özünün əməli əhəmiyyətini sonralar da itirməmişdir.
XIX əsrdə Azərbaycanda xalçaçılıq sənətinin güclü inkişaf etdiyi istehsal mərkəzləri
arasında Quba, Bakı, Şamaxı, Göyçay, Qazax, Gəncə, Şuşa, Zəngəzur, Cəbrayıl qəzaları və
Zaqatala dairəsi xüsusi yer tuturdu.
178
XIX əsrin 80-ci illərinə aid dövri mətbuatdan bəlli olur ki, o zaman Azərbaycanın
qabaqcıl qoyunçuluq mərkəzlərindən biri olmaq etibarı ilə Qazax qəzasında hər il 2000-dək
xalça, bir o qədər də palaz, 100-ə qədər çul toxunurdu.
179
XIX əsrin 40-cı illərinə aid arxiv sənədlərindən məlum olur ki, Yelizavetpol (Gəncə-
A.M.) qəzasının, demək olar ki, bütün kəndlərində qadınlar qoyun yunundan şal, mahud ilə
yanaşı, xalça, palaz, çuval, məfrəş və s. toxuyurdular.
180
81
Yun toxuculuğu ölkənin digər əyalətlərində də kifayət qədər yaxşı tərəqqi etmişdi. XIX
əsrin 30-cu illərinə dair statistik məlumatlardan bəlli olur ki, Rusiya tərəfindən işğal olunana
qədər Bakı qəzasında hər il 600 ədəd xalça, 1200 palaz toxunurdu.
181
Mənbənin verdiyi
məlumata görə, əyalətin bütün kəndlərində qadınlar al-əlvan bəzəkli, əla növ xalça, palaz,
mafraş, çuval toxuyurdu. Abşeron xalçaları arasında Əmircan və Bülbülə kəndlərində toxunan
xalçalar çeşni gözəlliyinə və texniki keyfiyyətinə görə, xüsusilə fərqlənirdi.
182
Mənbələrin
verdiyi məlumata görə, Abşeron xalçaları arasında çeşni gözəlliyi, rəng əlvanlığı, ilmə sıxlığı
baxımından Əmircan və Bülbülə xalçaları ilə yanaşı, Suraxanı xalçaları da diqqəti cəlb edirdi.
183
Azərbaycanda yun, xüsusilə də xalça toxuculuğunun inkişaf etmiş mərkəzlərindən biri də
Quba əyaləti olmuşdur. XIX əsrin 30-cu illərində burada hər il 850 xalça, 1700 ədəd palaz
toxunurdu.
184
Ən yaxşı palaz və sumaxlar İmamqulu kəndində, ən əla xalçalar isə Çiçi kəndində
toxunurdu. Xalça, palaz, məfrəş, xurcun, heybə, demək olar ki, Quba qəzasının bütün
kəndlərində toxunurdu.
XIX əsrin sonu və XX əsrin başlanğıcında Quba qəzasında xalça toxuculuğundan bəhs
edən bir mənbədə bütün Qafqazda ən yaxşı xalçaların bu qəzada toxunduğu və hər il buradan
xaricə 15420 ədəd xalça məmulatı ixrac olunduğu xəbər verilir.
185
Təkcə Quba şəhərində bu işlə
200 ailə məşğul olur və ildə 300 ədəd xalça toxuyurdu.
186
Bütövlükdə qəzada 1479 ailə, başqa
sözlə, 4200 nəfər bilavasitə xalça toxuculuğu ilə məşğul olurdu.
187
Qəzanın xalçaçılıq sənətində məmulat növləri üzrə müəyyən qədər ixtisaslaşma getdiyi
nəzərə çarpır. Belə ki, xalça, demək olar ki, bütün kəndlərdə toxunurdu. Bundan əlavə, sumax
başlıca olaraq Hil, Yasab, Həzrə, Cibir, İmamqulu, Çiçi, Alpan, Ləcət və Zeyxurda, palaz Hil,
Yasab, Həzrə, Ləcət, Çiçi, Pirəbədil, Xudat və Alpanda, xurcun isə ən çox Cimi kəndində,
qismən isə Yasab, Həzhrə, Qonaqkənd və Cibirdə istehsal olunurdu.
188
Yun məmulatı istehsalı Lənkəran qəzasında qoyunçu- luqla məşğul olan dağ və dağətəyi
mahallarda (Səbircan, Zuvand, Dırıq), qismən isə düzənlk ərazidəki Ərkivan mahalında yaxşı
inkişaf etmişdi. Qəzada qadınlar yundan xalça, palaz, kilim, cecim (nazik palaz), şal, çadır,
Dostları ilə paylaş: |