AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   2   3   4   5   6   7   8   9   ...   43

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
59 
Böyük Britaniya elçisinin nəzarəti altında xərclənməli idi. 
Rusiya-İran münasibətlərində İngiltərə hökumətinə "araçı" rolu 
oynamaq hüququ verildi. Şah sarayında  İngiltərənin nüfuzu 
gücləndi,  İran silahlı qüvvələrində ingilis zabitlərinin işi 
genişləndi. 
İngiltərə 1821-ci il "imtiyazlı" gömrük qanunundan is-
tifadə edərək Transqafqazda iqtisadi təsirini gücləndirməyə 
başladı.  
Rusiya isə  Cənubi Qafqazdan çəkilməyəcəyini Avropa 
dövlətlərinə bildirməklə yanaşı, bu bölgədə möhkəmlənmək 
üçün atılacaq addımlarını sürətləndirdi. Rusiyaya qarşı açıq 
düşmən mövqedən çıxış edən Gəncə Quba, Bakı xanlıqları 
dərhal yox edilərək əyalətə çevrilmişdi. Növbə digər xanlıqlara 
çatmışdı. Qafqazın Baş komandanı A.P.Yermolov (1816-1827) 
İranla yaxınlaşan çavaşda vassal xanların kimin tərəfində 
duracağını yaxşı bilirdi. Onun yeritdiyi siyasət bu xanlıqları 
tamamilə Rusiyaya qarşı çevirmişdi. 1819-cu ildə 
A.P.Yermalov milliyyətcə erməni olan rus generalı Madatovun 
əli ilə Şəki hakimi İsmayıl xanı zəhərləyərək aradan götürdü və 
xanlığı ləğv etdi. Xanlığın bütün xəzinəsi və mülkləri müsadirə 
edildi. 
Həmin ildə yerli hakimləri olan Qazax və  Şəmşəddil 
sultanlıqları, 1820-ci ildə isə Şirvan xanlığı ləğv edildi. 
General Madatovun Qarabağ xanlığı üzərində  əlləşməsi 
daha uzun sürdü. Rusiya hərbçiləri burada ən alçaq üsullara əl 
ataraq, Mehdiqulu xanın yaxın qohumunu yenə ona qarşı 
qoydular. Xanın qardaşı  oğlu Cəfərqulu ağaya Rus 
komandanlığına yalan donos yazdırtdılar. Guya Mehdiqulu xan 
gizlicə Madatovu öldürtmək istəyirmiş. Hətta Madatovun 
üstünə yalançı bir sui-qəsd yapıldı. Xana qarşı  iş açmaq üçün 
Baş komandanın göstərişi ilə "güzəştsiz" istintaq başlandı. İşin 
nə yerə aparıldığını anlayan Mehdiqulu xan dözməyib 1822-ci 
ildə  İrana getdi. Ruslardan xanlıq gözləyən Cəfərqulu ağa 
I mühazirə
 
 
 
60
sakitliklə Simbirskə sürgün edildi. 1822-ci ildə Qarabağ xanlığı 
ləğv edildi və xanlığın bütün var-dövləti Rusiya xəzinəsinə 
ötürüldü, dövlətin saysız torpaq mülkləri, ilxı  və sürüləri bu 
xəzinənin ixtiyarına keçdi. O zamanın rus tarixçisi 
N.F.Dubrovinin yazdığına görə, icraçılar, yəni "Sərdar 
Yermulu" və Madatov kimiləri özlərinə  zəngin "pay" götürüb 
ciblərini doldurdular. Sonrakı Baş komandan Paskeviç də bunu 
gizlətmirdi. O, Yermolovun "sağ  əli" olan Madatovun 
Qarabağda "ən birinci mülkədara" çevrildiyini yazırdı. Bunun 
üstündə Madatov hətta çar məhkəməsi qarşısında durmalı oldu. 
İkinci Rusiya-İran savaşı başlanmazdan öncə (1826) Talış 
xanlığının vassal varlığına da son qoyuldu. Beləliklə, ikitərəfli 
dövlətlərarası andlaşmalar (Kürəkçay bağlaşması  və b.) ilə 
xanların iç muxtariyyətinin toxunulmazlığına, onların 
"ölkəsinin bütövlüyünün saxlanılmasına imperator zəmanəti"ni 
çar hökuməti özü pozub atdı. 
Asılı xanlıqların ləğv edilməsinin iqtisadi səbəbləri. 
Asılı xanlıqların yox edilməsi Birinci Rusiya-İran savaşının 
verdiyi dərslərdən irəli gəlirdi. Mərkəzi Rusiyadan güneyə uza-
nıb gələn yollar çətin və  təhlükəli idi. Transqafkazda yer-
ləşdirilən "Xüsusi Qafqaz korpusu"nu yalnız yerli təchizat, 
başlıca olaraq Quzey Azərbaycanın varı və gəliri ilə saxlamaq 
olardı. Ancaq burada vergi və ödənişlərin toplanması qanuni 
baxımdan vassal xanların səlahiyyətində qalırdı. Bir sözlə, asılı 
xanlıqların iç muxtariyyəti Rusiya komandanlığının  əl-qolunu 
bağlayırdı. 
Asılı xanlıqların varlığına son qoymaqla çarlıq Rusiyası 
öz ordusunun arxa təminatını yoluna qoya bildi. Baş komandan 
İ.Paskeviç özü bunu etiraf edib yazırdı: "İstər İranla, istərsə də 
Türkiyə ilə indiki (yeni) savaşlar göstərdi ki, bizim ordunu 
saxlayıb yedizdirən Azərbaycan idi". 
Atlı qoşunlar demək olar bütünlüklə Azərbaycan kəndləri 
hesabına yaşayırdı. Bu qoşunlar Azərbaycanı bürümüşdü. 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
61 
Şirvanda Göyüzən mahalının altı kəndi (Basqal, Zərgəran və b.) 
ulan diviziyasının 3 eskadronunu, Hazaurt mahalının 4 kəndi 2 
eskadronu,  İsmayıllı  kəndi 1 eskadronu, Qarasu Bazar 
mahalının Zərdab və  Ləki kəndləri 1 eskadronu ərzaqla təmin 
edirdi. Bu diviziyanın qalan 5 eskadronu isə Sərdəri mahalının 
kəndləri (Bərguşat, Bığır, Qaracalı  və b.) hesabına yaşayırdı. 
Don kazaklarının 3 atlı alayı Kür boyunca Alakənddə, 
Tülənqoyun, Abduları, Gəncəli, Mustafalı, Meyneman və 
Kovrat kəndlərində yerləşmişdilər və bütün ikinci savaş boyu 
buradan təmin olunurdular. 
Şəki xanlığı kəndlərində topçu briqadası və rotası, 3 piyada 
batalyonu, Borisoqlebsk və Serpuxov ulan alayları,  Şəki 
şəhərinin özündə isə iki topu olan piyada batalyonu yerləşirdi. 
Bunlardan başqa Bakıda bir batalyon, Lənkəranda Xüsusi 
Xəzər dəniz və 8-ci sapyor batalyonları, Şuşada iki yeger (atıcı) 
batalyonu qulluq yapırdılar. 
Savaşın başlanğıcında Qazax, Şəmşəddil və Borçalı 
mahallarını da rus qoşunlarının  ərzaqla təmin edilməsi işinə 
qoşdular. Salahlı  kəndində Don kazak alaylarından biri 
yerləşdirildi. Bundan başqa Qazax və  Şəmşəddil mahalları 
Gəncədə olan rus atlı qoşunu üçün yem tədarük edirdilər. Araz 
boyunca sərhəddə yerləşən 20-ci piyada diviziyasını da ərzaqla 
yerli kəndlilər təmin edirdilər. 
Rus qoşunları üçün ərzaq, silah və texnika daşınmasında 
Azərbaycan aparıcı yer tuturdu. İkinci savaşın gedişində (1826-
1828) Azərbaycan kəndli və balıqçıları kircim adlanan 
gəmilərdə Kür çayı ilə (Zərdaba kimi) hərbi yük daşıyırdılar. 
15-17 günə gedilən bu yol ilə  Təbrizə  və Gümrüyə doğru 
yürüyən rus ordusu təchiz edilirdi. Ordu hissələri də bu yol ilə 
daşınırdı. 1827-ci ildə rus ordusuna ərzaq daşınması üçün yerli 
kəndlilərdən 2 min araba alınmışdı. Kür çayı ilə döyüşən 
qoşunlar üçün 12 min kisə qurudulmuş çörək, min kisə yarma, 
4 min kisə arpa, 4 min baş heyvan daşınmışdı. Qoşqu işləri 
I mühazirə
 
 
 
62
üçün Qarabağ, Şəki və Şirvan kəndlərindən, Qazax, Şəmşəddil 
və Borçalı mahallarından 11500 yük və qoşqu heyvanı (kəl) 
yığılmışdı. Bütün bu ağır mükəlləfiyyətlərin asanlıqla yerinə 
yetirilməsi üçün çar hökuməti ikinci savaşdan öncə xanlıqları 
aradan götürmüşdü. 
Xanlıqların ləğv edilməsi ilə Azərbaycan tarixinin bütöv 
bir dönümü sona yetmiş oldu. Çarlıq Rusiyası bununla Quzey 
Azərbaycanın siyasi fəthini başa çatdırmaq üçün özünə yol 
açdı. Bununla yanaşı, quzey xanlıqların bütün var və yatırını, 
bütün təsərrüfatını öz əlinə keçirərək, buranın iqtisadi fəthi 
qarşısında duran xanlıq idarəçiliyini aradan götürmüş oldu. 
Azərbaycanın dövlətçilik qurumlarının yox edilməsi ilə ölkənin 
büsbütün sümürgəclik meydanına çevrilməsi üçün yol açıldı. 
 
6. 1826-1828-ci illər Rusiya-İran savaşı.  
Türkmənçay müqaviləsi 
 
Savaşın başlanması.  Şuşanın mühasirəsi.  Rusiya pay-
taxtı Sankt-Peterburqda 1825-ci ildə baş vermiş Dekabristlər 
üsyanı haqqında xəbəri Tehrana ingilis diplomatı Şilan çatdırdı. 
Şah sarayı  əlverişli vaxt çatdığını düşünərək savaşa girməyi 
qərara aldı.  İyul ayında  İran qoşuniarı  sərhədi keçdi. İkinci 
Rusiya-İran savaşı başladı. Bu zaman knyaz Menşikovun 
başçılığı ilə yeni Rusiya elçiliyi Tehrana yaxınlaşmaqda idi. O, 
"yeni padşahı (çar I Nikolayı – Red.) tanıtdırmaq" üçün 
göndərilmiş, Fətəli  şaha büllur taxt gətirmişdi.  İran 
qoşunlarının artıq Şuşa və Gəncə qapıları ağzında olduğunu rus 
elçisi bilmirdi. "Tehranda göz dustağı edib ona aydın bir cavab 
vermirdilər" (Mirzə Yusif Nersesov). İranın başlıca məqsədi 
Tiflisi tutmaq, rus ordusunu Transqafqazdan çıxarıb, Terekin o 
tərəfinə qovmaq idi. 
Rus qoşunlarının başlıca zərbəsi isə  Təbrizə yönəlmişdi. 
Qoşunların sayına görə üstünlük İranın tərəfində idi. Şahın 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
63 
nizami piyada ordusu 25 sərbaz ("başlarından keçənlər" 
anlamına gəlir) və 10 canbaz ("canlarından keçənlər") ba-
talyonundan ibarət idi. Hamısı birlikdə 38,5 min süngü 
yaradırdı. Ancaq yalnız "Abbas Mirzənin türk piyada qoşunu" 
(Mirzə Yusif Nersesov) və top birliyinin 43 topa xidmət edən 
əsgərləri birbaşa onun əli altında idi. İran piyada qoşunu və 
sərbaz batalyonlarının xeyli hissəsi isə şahın ixtiyarında qalırdı. 
İran ordusunda nizami atlı qoşun saxlanmır, onun yerinə (savaş 
zamanı) Güney Azərbaycandan 6 minə yaxın və  tərəkəmə 
tayfalardan 15 minə yaxın nizami olmayan atlı qoşun 
toplanırdı. Bu sonuncu "atlı qoşun" Rusiya ordusundakı  nə 
nizami atlı alaylar (kavaleriya), nə  də  uşaqlıq illərindən yaxşı 
əsgəri hazırlıq keçən kazak atlı bölmələr ilə yanaşı qoyula 
bilərdi. Abbas Mirzənin 60 minlik ordusu barədə yazılar öz 
uğurlarını  şişirtməyə çalışan rus hərbi qulluqçularının adı ilə 
bağlıdır. 
Rusiya Xüsusi Qafqaz korpusunun qüvvəsi sayca böyük 
deyildi. Ancaq bu, on illərcə Avropa çöl və dağlarında 
Avstriya, Türkiyə  və xüsusilə Fransa qoşunları ilə saysız 
savaşların döyüş  ənənələrinə arxalanan müasir bir ordu idi. 
Transqafqazda sayı 10 minə yaxın olan 33 rus piyada batalyonu 
və 1 nizami atlı alayı, 9 Don kazak alayı, Bakı və Lənkərandakı 
3 batalyon, Gəncə, Şəki və Şirvandakı 2 batalyon silah altında 
idi. Bundan başqa  Şuşada 2 batalyon, Pəmbək və  Şurakeldə 
(İrəvan sərhədi) 3 batalyon qarnizon qulluğunda idi. Minlərlə 
yerli atlı döyüşçülərin də  səfərbər edilərək savaşa qatılması 
nəzərdən qaçmamalıdır. 
Savaşın başlanğıcı Rusiya üçün uğursuz oldu. Abbas 
Mirzə qoşunların başında Qaradağ-Gülənbər yaylaq yolu ilə 
Qarabağa getdi. İkinci qoşunu da (çoxu qeyri-nizami atlılar idi) 
Əmirxan və Mehdiqulu xanla birlikdə Naxçıvan-Sisian dağ 
yolu ilə arxadan Qarabağa göndərdi.  İbrahim xan Qacar və 
şirvanlı Mustafa xanı  Şlrvana, Mir Həsən xanı başqa bir 
I mühazirə
 
 
 
64
qoşunla Talışa, qardaşı Sarı Aslanı (Həsən xan) İrəvan sərdarı 
Hüseyn xan və İrakli oğlu "Aleksandr Mirzə" ilə birlikdə Tiflis 
üzərinə yolladı. Uğurlu xan Ziyadoğlu Gəncəyə, Hüseyn xan 
(Səlim xanın oğlu) qardaşı Hacı xanla Şəkiyə – öz dədə 
yurdlarına girdilər. 
İrəlidə gedən  İran qoşunu Xudafərin körpüsünü sürətlə 
keçərək rus sərhəd alayını  əzdi. Ruslardan 300-ə kimi əsgər 
öldürüldü, bir qismi əsir düşdü. Sonuncuların içində polkovnik 
Nazımov və mayor Kovalenski var idi. İran qoşunları  sərhəd 
boyu döyüşlərdə rusları geri oturtdular. Abbas Mirzənin ordusu 
Şuşa qalasını iyulun 26-da mühasirəyə aldı. Mühasirə 48 gün 
sürdü.  Şuşa qarnizonunun rəisi polkovnik Reut yaxşı hazırlıq 
görmüşdü. Qalanın ələ keçirilməsi uğrunda hücumlar istənilən 
nəticəni vermədi. 
Şuşanın uzun çəkən mühasirəsi savaşın bütün gedişinə 
təsir göstərdi. Abbas Mirzə hücumu sürətlə davam etdirərək 
dağınıq rus qoşunlarını  əzmək yerinə, böyük qüvvə ilə  Şuşa 
altında  əylənib qaldı. Bu, rus komandanlığına dağınıq qo-
şunlarını birləşdirmək, strateji təşəbbüsü  ələ keçirib əks-
hücuma keçmək üçün imkan yaratdı. 
Quzey Azərbaycanda "ümummüsəlman üsyanı". İkin-
ci savaşda Azərbaycan  əhalisinin, "bəylərin və başqa zümrə-
lərdən olan sakinlərin Rusıyaya qarşı olacağı barədə Yermo-
lovun fikri düz çıxdı. Xalq öz yurduna dönən keçmiş xanların 
səsinə  səs verib ayağa qalxdı. 1826-cı ilin avqustun 13-də 
Sankt-Peterburqa bu barədə raport yazan "Sərdar Yermulu" 
bildirirdi ki, əski qaçqın xanlar "qara camaatı, özəlliklə inamı 
yüngül olanları (?!! - Red.) üsyana qaldırdılar". O; 
Azərbaycanda "ümummüsəlman üsyanı" baş verdiyini yazırdı. 
Təbii, Rusiya baş komandanı bu kütləvi üsyanı ortaya gətirən 
səbəbləri ört-basdır etməyə çalışırdı; başında durduğu  əsgəri 
idarəçiliyin qanunsuz, zorakı davranışını, istismarın və milli 
zülmün ölçüyəgəlməz şəkildə yayıldığını pərdələmək istəyirdi. 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
65 
Guya bəzi ruhani çağırışları olmasaydı, üsyan da olmaya 
bilərdi: "Bizə qarşı ümummüsəlman üsyanı başqa yol ilə deyil, 
din vasitəsilə ortaya gətirilmişdir, bu üsyanı  qızışdıran Abbas 
Mirzənin yanındakı "bir müqəddəs kişidir" (Seyid Kərbəla 
Məhəmməd adlı birisi nəzərdə tutulur – Red.). 
Rus tarixçisi M.N.Pokrovskinin fikrincə ölçüyəgəlməz 
ağalıq, harınlıq durumu Yermolovun gözlərini qamaşdırmışdı. 
Yerli vassal xanlara bir oyuncaq kölə kimi baxan Baş 
komandan, onların təbəəliyində olanları insan yerinə belə 
qoymurdu. "Müqəddəs (ruhani) bir kişinin" çağırışı deyil, 
gerçək hərbi-siyasi durum Azərbaycanda "üsyançı  əhval" 
(M.N.Pokrovski) doğurmuş idi. Bütün bu köklü səbəblər onun 
sözləri ilə deyilərsə, "Yelizavetpolu (Gəncəni - Red.) gerçək bir 
inqilab meydanına çevirdi". 1826-cı ilin iyulun 27-də rus 
batalyonlarının  şəhəri tərk edəcəyini öyrənən gəncəlilər qılınc 
və  xəncərlərə qurşanıb, səhər Narın qalası üzərinə yürüdülər. 
Başqa rus tarixçisi N.Dubrovin bütün gəncəlilərin ("tatarı... 
voorujilis poqolovno") bu yürüşə qoşulduğunu yazır. Onlar ilk 
öncə qala həbsxanasını alıb, siyasi dustaqları azadlığa 
buraxdılar.  İyulun 28-ə keçən gecə bir çox rus döyüşçülərini 
qırıb, Gəncəni təmizlədilər. Uğurlu xan asanlıqla azad edilmiş 
şəhərə girib, Narın qalada oturdu. 
İkinci kütləvi üsyan Talış xanlığında baş verdi. 
Talış hakimi Mirhəsən xan, atası Mirmustafa xan kimi 
Rusiya təbəəliyinə keçmişdi. Ancaq çar hərbçilərinin 
özbaşınalığı və onunla bir nökər kimi davranması xanın dözü-
münə son qoydu. Talış xanlığında bu zaman Mirhəsən xan 
deyil,  əslində mayor İlyinski ağalıq edirdi. Xəzər dəniz ba-
talyonu (660 süngü) və 50 kazak atlısının komandiri olan bu 
mayor, xanı  sıxışdırıb  İrana qaçmağa məcbur etdi. Xan 
qaçmaqla yaxasını qurtardısa da, xalq İlyinskinin təhqir və 
söyüşlərindən, qanunsuz vergi yığımlarından cana doymuşdu. 
İlyinski Talışa Gürcüstanın Telavi bölgəsindən göndərilmişdi. 
I mühazirə
 
 
 
66
Əslində yerli camaatı soyub incitdiyi üçün oradan qovulmuşdu. 
Yeni qulluq yerində  də öz davranışını  dəyişməyən mayor, 
Talışda yapdığı cinayətlərə görə  hərbi məhkəməyə verilmiş, 
amma onun haqqında heç bir ölçü götürülməmişdi. 
Belə bir durum xalqı üsyana qaldırdı. Rus tarixçilərinin 
yazdığı kimi: "Talış xanlığında bütün yaşayanlar bir adam kimi 
üsyan etdilər, o vaxta kimi bizə (Rusiyaya – Red.) sadiq olan 
Talış xanı üsyanın başına keçdi". Mirhəsən xan üsyana qalxmış 
yerli döyüşçülər və bir neçə min İran sərbazı ilə 1826-cı il 
iyulun 25-də  Lənkəranda yerləşən rus qarnizonu ilə döyüşə 
girdi. Altı gün və altı gecə sürən döyüşdən sonra mayor İlyinski 
"qalanı deyil, onun xarabasını" üsyançılara buraxıb Sara 
adasına çəkildi. Talış xanlığında da Rusiya hərbi idarəçiliyi 
devrildi. 
İyulun 26-da Cavad keçidi yanında ruslar daha bir döyüşü 
uduzdular.  İrana qaçmış Bakı hakimi Hüseynqulu xan bu 
döyüsdən sonra üç minlik İran atlısı ilə Bakı üzərinə yollandı. 
Çoxsaylı avarlı  İran "donanması" da dənizdən onun köməyinə 
gəldi. Ancaq xanın "Bakı  əyalətində yaşayanları ayağa 
qaldırmaq" istəyi baş tutmadı. 
Yenə iyulun 26-da Ağsu (Yeni Şamaxı)  şəhərini azad 
etmilş Mustafa xan Şirvanda uğurla irəliləməkdə idi, "Qiyam-
çılardan  ətrafına böyük toplantılar yığan və yardımına güclü 
İran atlı qoşunu göndərilən" Mustafa xan avqust ayında Şamaxı 
və  Şirvandan rus qoşunlarını vurub çıxara bildi, Rus əsgərləri 
Qubaya sarı çəkildllər, ancaq artıq burada da yerli bəylər xalqı 
üsyana qaldırmışdılar. Üsyan dalğası rus əsgəri birləşmələrini 
Şəkidən də dışarı atmışdı." 
Quzey Azerbaycanı bürüyən kütləvi xalq çıxışları ikinci 
Rusiya-İran savaşının baslanğıcında tutarlı amillərdən biri idi. 
Ancaq Abbas Mirzə bu çıxışlar ilə uzlaşan sinxron bir savaş 
apara bilmədi. 
Şəmkir döyüşü.  Avqust ayında Ruslya komandanlığı 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
67 
özünə gəlməyə başladı. Dağınıq ordu birləşmələri Gəncə-Tiflis 
xəttinə  yığıldı. Rus qoşunları yeni alaylar hesabına güc-
ləndirildi. I Nikolay Transqafqaz komandanlığını  İ.Paskeviçə 
tapşırdı. Baş komandan qalan Yermolov az sonra bu vəzifəni də 
ona verib istefaya getdi. Rus qoşunlarının hücuma keçməsi 
üçün şərait yarandi. 
Avqustun sonunda İran qoşunları gürcü şahzadəsi 
Aleksandrın başçılığı altında  Şəmkir yaxınlığında idi. Abbas 
Mirzənin oğlu Məmməd Mirzə yeni qoşunla gəlib  Şəmkiri 
tutdu. Amma buradan irəli gedə bilmədi. Sentyabrın üçündə 
Şəmkir altındakı düzənlikdə  Zəyəm dağı  ətəyində  İran və 
Rusiya qoşunları arasında döyüş oldu. Ruslar qalib gəldilər. 
İran qoşunu 1500 döyüşçü itirərək Gəncəyə çəkildi. Şuşa qalası 
altında ay yarımdan çox hərəkətsiz duran Abbas Mirzə səhvini 
anlayıb, başlıca ordu ilə  tələsik Gəncə  səmtinə yola düşdü. 
Ancaq artıq gec idi. Azərbaycanın quzey əyalətlərində kütləvi 
xalq çıxışlarının yaratdığı əlverişli durum əldən verilmişdi. 
Gəncə döyüşü.  Şəmkir altında uğurdan sonra rus qo-
şunları sentyabrın 4-də  Gəncənı tutdular. Sentyabrın 9-da 
Qafqaz korpusunun başlıca qüvvələri onlarla birləşdi.  Şuşanın 
mühasirəsini buraxıb, buraya gələn Abbas Mirzə yeni döyüşün 
qaçınılmaz olduğunu bilirdi. Sentyabrın 10-da Paskeviç də 
qoşunla Gəncəyə gəldi. 
Döyüş sentyabrın 13-də Nizami Gəncəvi məqbərəsinin 
yaxınlığındakı çöldə oldu. Rus ordusunda 8700, İran ordusunda 
isə 35 min döyüşçü var idi. İki ordu arasında dəhşətli döyüş 
başladı. Ruslar yenə  uğur qazandılar. 2 düşərgə, 4 bayraq, bir 
top və başqa hərbi qənimət  ələ keçirdilər.  İran ordusu 1000-ə 
kimi  əsgər itirdi. 1100 əsgər, 2 batalyon komandiri və 7 zabit 
əsir düşdü. Uğurlu xan da əsir alınanlar içərisində idi. İran 
qoşunları dağınıq halda Araza doğru çəklib o taya keçdi. 
Gəncə döyüşü ikinci Rusiya-İran savaşının  ən böyük 
döyüşü oldu. Qafqazın da, bütün savaşın da taleyi burada bitdi. 
I mühazirə
 
 
 
68
Bu döyüşdən sonra İran ordusu bir daha özünə gələ bllmədi. 
Döyüşdən sonra rus komandanlığı üçün 1826-cı il üs-
yanlarını yatırmaqdan ötəri  əlverişli imkan yarandı. Bu, 
Yermolovun baş komandan vəzlfəsində son fəal döyüşləri oldu. 
Rus komandanlığı savaşın gedişində ara-sıra yerli 
qüvvələrdən də istifadə etməyə çalışırdı. 1826-cı ilin noyabrın-
da Araz boyu sərhədi qorumaq üçün "Qarabağ türklərindən" 
(Mirzə Yusif Nersesov) qeyri-nizami atlı dəstə yaradıldı. 1827-
cl il döyüşlərində Borçalı türklərinin könüllü atlı  dəstələri də 
iştirak edirdi. 
İran qoşunları, Talış xanlığı sayılmazsa, artıq bütün 
Quzey Azərbaycan torpaqlarını tərk etmişdilər. 
Savaşın Güney Azərbaycana keçirilməsi.  1827-ci ilin 
yanvarında rus qoşunu Qaradagın mərkəzı  Əhəri tutdu. Qışın 
oglan çagında general Madatov, "mühasirə dövründə  çəkilən 
əziyyəti  əvəz etsin – deyə Qarabağ  və  Şirvan qoşunlarını 
götürüb Mişgini və Əhəri çapmağa, qarət etməyə getdi. Mişgin 
vilayətini o ki var soyub qarət etdilər" (Mirzə Yusif Nersesov). 
Aprel ayında rus qoşunlarının Qarabağ birləşməsi 
Xudafərin körpüsünü ələ keçirmək uğrunda döyüşürdü. Bir 
bölüyü isə Ağzıböyük keçidi ilə İrəvana gedirdi. . 
Bu zaman Yermolovun bütünlüklə  işdən götürülməsi 
general Madatovu da yerindən oynatdı. Qraf Paskeviç onu 
Xudafərin körpüsü üzərindən götürüb knyaz Abxazovla əvəz 
etdi. Bu dəyişmənin səbəbi Madatovun "Mişgin yürüşünə" heç 
də icazəsiz getməsi deyildi. Paskeviç özü də Qarabağ vilayətinə 
belə soyğunçuluğa getmişdi. Səbəb yerli əhalinin, xan və 
bəylərin Yermolov-Madatov "siyasətindən" kəskin narazılığı və 
üsyana qalxması idi. Bu dəyişmələrlə çar hökuməti öz ordusunun 
"Transqafqaz işini" yüngülləşdirmək istəyirdi. 
1827-ci il aprelin 20-də Xudafərin körpüsü tutuldu. 
Başlıca qüvvələr Eçmiədzinə  gələrək  İrəvana doğru irəlilədi. 
İrəvanın iki aylıq mühasirəsi yenə  uğursuz oldu. İyunun 26-da 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
69 
Naxçıvan qalası döyüşsüz tutuldu. Rus qoşunları strateji dəyəri 
olan Abbasabad qalasına yaxınlaşdı. Abbas Mirzə 16 minlik 
qoşunla qala qarnizonunun köməyinə  gəldisə  də, qala 
çökdürüldü. Avqust ayında Alagözün ətəklərində, Aştarak və 
Uşaqan kəndləri yaxınlığındakı döyüşlərdə ruslar üstün 
gəldilər. Sonra Sərdarabad çökdü. İrəvan qalasının mühasirəsi 
sentyabrın 26-da başlandı. Paskeviç yazırdı ki, İrəvan 
vilayətində 10000 müsəlman (Azərbaycan türkü – Red.) və yalnız 
3000 erməni ailəsi yaşayırdı. Oktybarın 1-də gün qaralana yaxın 
qanlı döyüşdən sonra İrəvan qalası tutuldu. I Nikolayın fərmanı 
ilə, onun qlinyanıy qorşok, yəni "gildən (torpaqdan) yapılan 
küp" adlandırdığı İrəvan qalasmın adı qraf Paskeviçin tituluna 
qatıldı. 
Paskeviçin Güney Azərbaycana girməyi qadağan et-
məsinə baxmayaraq rus birləşməsinin komandanı Eristov 
oktyabrın 2-də Mərəndi tutub Təbrizə doğru irəlilədi. 
Təbrizdə şah qarnizonunun rəisi Allahyar xan müdafiəyə 
hazırlaşdı. Ancaq Təbrizin ruhani başçısı  Ağa Mir Fəttah 
rusların tərəfinə keçərək  şəhərliləri ardınca apardı. Oktyabrın 
13-də rus bölükləri Təbrizə girdi. 
M.N.Pokrovski Güney Azərbaycan  əhalisinin də rus 
qoşunlarına "kəskin müqavimət" göstərdiyini yazmışdır. Ancaq 
Qacarların soyğunçu siyasətindən Güney Azərbaycan cana 
doymuşdu. Buranın şiə ruhaniləri isə Qacar şahlarını "uzurpator" 
sayır, qanunsuz olaraq Səfəvi taxtına yiyələndiklərini 
söyləyirdilər. Rusiya baş komandanı Paskeviç Quzey Azərbay-
canda Yermolovun yol verdiyi yanlış üsullardan qaçmağa çalışır, 
əhalini və yerli hakimləri qıcıqlandırmırdı.  İran "qərbçilərinin" 
(Avropasayağı yenilikçiliyin) başçısı Abbas Mirzənin 
mərkəzləşdirmə siyasəti də Güney Azərbaycan xanlarını Rusiya 
asılılığına doğru sürükləmədə idi. Bütün bunlar Rusiya 
qoşunlarının irəliləməsini asanlaşdırırdı. 
Təbriz tutulduqdan sonra Tehran üzərinə yol açıldı. 
I mühazirə
 
 
 
70
Təbrizi (əslində Güney Azərbaycanı) idarə etmək üçün rus 
hərbçilərinin və  şəhərlilərin nümayəndələrindən Müvəqqəti 
idarə yaradıldı. Onun rəisi general Osten-Saken oldu. Təbriz 
qalasının komendantı da rus zabitlərindən qoyuldu. Müctəhid 
Mir Fəttah Müvəqqəti idarənin tərkibində idi. 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin