Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə104/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   244
5.5. Göbələklərin hərəkətləri 

Göbələklərdə hərəkətlər müxtəlif formalarda meydana çıxır 

və  əsas etibarilə orqanlara xas olur (sporlara, sporan-

gidaşıyanlara). 

Göbələklər, böyümə  və inkişaf proseslərində öz 

vəziyyətlərini məkanca dəyişir. Bu zaman onların hərəkətlərini 

«əsl» hərəkətdən ayırmaq bəzən mümkün olmur. Xarici 

amillərin (məsələn, işıq) təsiri ilə yaranan hərəkətlər (induktiv 

hərəkətlər) qıcıqlanma və cavab reaksiyası ilə  əlaqdardır. 

Qıcıqlanma dedikdə, hərəkət üçün lazım gələn enerjini 

verməyən, lakin orqanizmdə hərəkətə səbəb olan xarici fiziki və 




 

  ya kimyəvi təsirlər başa düşülür. Qıcıqlanma zamanı xaricdən 

alınan enerji yalnız hərəkət üçün lazım olan reaksiyaları  işə 

salmağa kifayət edir. Bu reaksiyaların sonrakı gedişi isə 

hüceyrənin öz enerji ehtiyatı hesabına həyata keçirilir. 

Göbələklərdə, tropizmlər, sərbəst hərəkətlər, hüceyrədaxili 

hərəkətlər və sırf mexaniki hərəkətlər nəzərə çarpır. 

Tropizmlər – qıcıqlandırıcı amillərin birtərəfli təsiri 

nəticəsində yaranan böyümə  hərəkətləridir. Bu zaman orqanın 

cavab reaksiyası, qıcıqlandırıcının həmin orqanda əmələ 

gətirdiyi qradiyentlə müəyyən olunur. Məsələn, Pilobolus, 

Phycomyces və s. göbələklərinin sporangidaşıyanları birtərəfli 

işıqlanmaya qarşı fototropik reaksiya verirlər. Güman edilir ki, 

fototropik reaksiyalarda auksinlər (heteroauksinlər) mühüm rol 

oynayır. Belə ki, işığın təsiri ilə  əyilən orqanın qabarıq 

hissəsində auksinlərin miqdarı daha çox olur. Belə assimmetrik 

paylanma orqanın uc hissəsindən başlayır və sporangidaşıyanın 

gövdəsi boyu yayılır. 

Göbələklərdə  sərbəst yerdəyişmə qabiliyyəti (sərbəst 

hərəkətlər) yalnız bir hüceyrədən ibarət olan və qamçılara 

malik sporlar (zoosporlar) və qametlərdə meydana çıxır. 

Qamçılarla hərəkət  əzələlərlə olan hərəkətə çox oxşayır. 

Məlumdur ki, əzələ lifi aktin və miozin zülallarından, 

qamçılardakı lif isə analoji zülallardan – tubulin və dineindən 

ibarətdir. Bu zülallardan heç biri ayrılıqda hərəkət etməyə qabil 

deyildir. Hərəkət yalnız komleksə: aktin+ miozin (aktomiozin) və 

ya tubulin + dinein aiddir. Miozin və dinein ATP-aza aktivliyinə 

malikdir və hərəkət üçün ATP-in olmasını tələb edir. 

Göbələklərdə aşkar olunan hərəkətlərdən biri də hüceyrədaxili 

hərəkətdir. Bu cür hərəkət ali bitkilərin hüceyrələrinə  də xasdır. 

Məlumdur ki, hüceyrənin protoplazması  (ən kənar təbəqədən – 

ektoplazmadan başqa) hərəkət etmək qabiliyyətinə malikdir. 

Hərəkətlilik xassəsi, nəinki təkcə protoplazmada, həm də onun 

ayrı-ayrı komponentlərində  də (məsələn, mitoxondrilər və s.) 

nəzərə çarpır. Sübut olunmuşdur ki, hüceyrənin nüvəsi də

 

  böyümənin intensiv getdiyi sahələrə doğru və ya hüceyrə 



qılafının zəiflədiyi tərəfə hərəkət edir. 

Protoplazmanın hərəkət sürəti təxminən 0,2 – 3,0 mm/dəq-yə 

bərabərdir. Protoplazmanın hərəkəti müxtəlif amillər (işıq, 

kimyəvi və s.) vasitəsilə induksiya oluna bilir. 

Göbələklərdə rast gəlinən hərəkətlərdən biri də  sırf 

mexaniki hərəkətlərdir. Bu hərəkətlər, hiqroskopik hərəkətlər 

olub, hüceyrə  qılafının  şişməsi və susuzlaşması hesabına, ölü 

hüceyrələrdə isə bu vəziyyət çox hallarda havanın rütubətinin 

dəyişilməsi nəticəsində baş verir. Şişmə  və susuzlaşma 

uzunluğun dəyişilməsilə əlaqədar olduğundan, bu dəyişikliklər 

hüceyrənin müxtəlif tərəflərində eyni cür getmədikdə 

hiqroskopik hərəkətlərin meydana çıxmasına səbəb olur. 

Hiqroskopik hərəkətlər kimi, atılma hərəkətləri də toxumların 

(ali bitkilərin), sporların və tozcuqların yayılmasına kömək 

edir. Bu hərəkətə  səbəb hüceyrələrdəki yüksək turqor 

təzyiqidir. Yüksək turqor təzyiqi hesabına sporangilər, 

başlanğıc sürəti 50 km/s olmaqla 2m-dən çox uzağa atılır (şəkil 

6). Əgər nəzərə alınsa ki, sporanginin diametri cəmi 80 mkm-

dirsə, onda bu məsafə çox uzaq hesab olunur.  

 

 



                                   

 

 





Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin