Şəkil 5.
Göbələklərin vegetativ cismi. A – rizomitselli-bir-
hüceyrəli tallom; B - septasız mitsel; C - septalı
mitsel; Ç - tumurcuqlanan hüceyrələr.
İbtidai göbələklərdə – xitridiomitsetlərdə, oomitsetlərdə və
s.-də mitselilər septasız, ali göbələk nümayəndələrində isə
septalıdır. Bəzi hallarda ibtidai göbələklərdə də septalı
mitselilərə rast gəlinir. Bu cür septalar, reproduktiv və ya gen-
erativ orqanları, hiflərin zədələnmiş sahələrindən ayırır.
Septa, hifin divarından onun mərkəzinə doğru inkişaf edir.
Hüceyrənin mərkəzində septalar arasında məsamə qalır ki, bu-
radan da qida maddələri, həmçinin də hüceyrənin orqanoidləri
keçə bilirlər.
Bəzi göbələklərdə, məsələn, mayada vegetativ hissə bir-bir
tumurcuqlanmış hüceyrələrdən təşkil olunur. Əgər tumurcu-
qlanan hüceyrələr bir-birindən ayrılmırsa, onda psevdomitsel
əmələ gəlir (şəkil 5. Ç). Göbələklərin digər qrupunda
birhüceyrəli tallomdan, nüvəsi olmayan sapvarı quruluşlar –
rizomitsellər inkişaf edir (şəkil 5. A).
Göbələklərdə meyvə cismi və bəzi vegetativ quruluşlar
formalaşarkən hiflər bir-birilə sıx şəkildə qarışaraq yalançı
toxumaları – plektenximləri əmələ gətirir. Əsl toxumalara
göbələklərdə nadir hallarda rast gəlmək olur. Mitselilərin bö-
yüməsi və inkişafı çox sürətlə gedir. Belə ki, ayrıca bir göbələk
24 saat ərzində bir kilometrdən də çox uzunluqda mitselilər
əmələ gətirməyə qabildir. Mitselilərin belə sürətlə böyüməsi,
onlarda təpə hüceyrələrinin intensiv bölünmələri ilə əlaqədardır.
Septasız mitsellərdə, adətən nüvələrin sayı çox olur.
Beləliklə də, göbələklərdə böyümə və inkişaf prosesləri
mürəkkəb və fazalı xarakter daşıyır. Bu fazalardan biri – mit-
selial, digəri isə sporidial adlanır. Onların böyümə və inkişafı,
digər orqanizmlərdə olduğu kimi, endogen (daxili) və ekzogen
(xarici) amillərlə tənzim olunur.
Dostları ilə paylaş: |