5.3. İnkişaf
İnkişaf orqanizmin komponentlərinin keyfiyyət
dəyişilmələridir. Bu zaman mövcud forma və funksiyalar
başqasına çevrilir. Böyümə və inkişafı bir-birindən kəskin
fərqləndirmək olmaz. Hər hansı inkişaf prosesi böyümə ilə
əlaqədardır. Embrional hüceyrənin bu və ya digər yolla ix-
tisaslaşması determinasiya adlanır. Beləliklə də, hər bir
hüceyrənin diferensasiyasındakı determinasiya (onun inkişafını
müəyyən edən yol), ümumiyyətlə, inkişafın fizioloji əsasını
təşkil edir.
Determinasiya və diferensasiya bir-birilə əmrin alınması və
onun icrası kimi əlaqədardır. Determinasiya hüceyrədə mövcud
olan genetik potensialın yalnız müəyyən hissəisnə aid olur. Ge-
netik informasiyanın xeyli hissəsinə (hüceyrənin əsas funksiy-
larına) determinasiya toxunmur (məsələn, qlikoliz, zülalların
sintezi, sellülozanın sintezi və s.).
Determinasiyaya ən cavan hüceyrələr məruz qalır, onlarda
artıq uzanma fazasında diferensasiya başlayır.
Göbələklərdə vegetativ (böyüyən) sahələrlə, generativ
orqanların olduğu sahələr fizioloji bərabərsizliyə malikdir ki,
buna da qütblük (polyarlıq) deyilir. Qütblük hadisəsi proto-
plazmanın hərəkəti nəticəsində pozulmur. Bu, zülalların
hərəkətsiz ektoplazmanın kənar tərəflərində birtərəfli qaydada
paylanması ilə əlaqədardır. Hüceyrənin qütblüyü, onun nizamlı
qaydada diferensasiyasının ilk şərtidir.
Göbələklərin əksəriyyətində vegetativ hissə mitselilərdən
ibarətdir. Mitselilər özləri də apikal (ucdan) böyüyən və
yanlara şaxələnmə verən hiflərdən təşkil olunmuşdur.
Mitselilər, olduqları substratın daxilinə bütün səthi ilə keçir və
orada olan suyu və qida maddələrini udur. Mitselilərin bəzisi
substratın üstündə yerləşir. Bunlara bəzən hava mitseliləri də
deyilir və onlarda adətən çoxalma (generativ) orqanları əmələ
gəlir. Göbələk hifləri yalnız yuxarı (ucdan) böyüyür, lakin
onlarda zülalların sintezi mitselinin bütün uzunu boyunca gedir
və sitoplazmanın hərəkəti ilə böyümə zonasına daşınır.
Göbələklərin sapvarı quruluşu və sürətlə böyümə qabiliyyəti
onların ətraf mühitlə qarşılıqlı münasibətini müəyyən edir.
Bundan başqa, göbələklərdə səthin həcmə olan nisbəti çox
böyükdür.
Göbələklərdə mitselilər, septasız (arakəsməsiz) və arakəsməli
– septalı olmaqla bir-birindən fərqlənirlər (şəkil 5. B, C).
Dostları ilə paylaş: |