Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə96/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   244
V  FƏSİL 

 

GÖBƏLƏKLƏRİN 

BÖYÜMƏSİ, İNKİŞAFI VƏ HƏRƏKƏTLƏRİ 

 

 

5.1. Böyümə anlayışı 

 

Hər bir orqanizm fasiləsiz olaraq kəmiyyət və keyfiyyət 

dəyişikliklərinə məruz qalır. 

Böyümə termini, həmişə hansısa prosesin, hadisənin gös-

təricinin artması kimi izah edilir. Biologiyada böyümə adı 

altında «canlı sistemlərin və onların hissələrinin quruluş  və 

həcmcə dönməyən artımı» başa düşülür. Böyümənin bu 

tərifində onun yalnız inteqral və miqdarı keyfiyyəti nəzərə 

alınır. Burada orqanizmin quruluş elementlərinin  əmələgəlmə 

sürəti və istiqaməti, bu proseslərin əsasını təşkil edən mürəkkəb 

mübadilə reaksiyalırının xarakteri öz əksini tapmamışdır. Bəzi 

hallarda böyümə orqanizmin ölçülərinin və  çəkisinin artması 

kimi göstərilir. Lakin bir sıra hallarda orqanizmin və ya 

hüceyrələrin ölçülərinin artması onların çəkilərinin azalması ilə 

bir vaxta düşür, yaxud da orqanizmdə quruluş elementlərinin 

əmələ  gəlməsi, çəkinin və  həcmin sabit qalması  şəraitində 

meydana çıxır. Bütün bunlar ümumqəbulolunmuş böyümə 

anlayışına tənqidi yanaşmağa əsas verir. 

XX əsrin əvvəllərində İost (1903) göstərirdi ki, orqanizmin 

ölçülərinin hər hansı artımı hələ böyümə deyil. O, qeyd edirdi 

ki, böyümə zamanı xarici mühitdəki, qeyri-üzvi birləşmələr 

canlı  vəziyyətə keçir. Sonralar, İ.M.Şmalhauzen (1935) 

böyüməyə belə  tərif vermişdir. «Canlı varlıqların böyüməsi

orqanizmin fəal hissəciklərinin kütləcə artımından ibarətdir. Bu 

zaman orqanizmdə sərbəst enerjinin miq-darı yüksəlir». 

Nəhayət, D.A.Sabinin böyümə prosesinə  aşağıdakı  tərifi 

verdi: «böyümə – orqanizmin quruluş elementlərinin yenidən 



 

  əmələgəlmə prosesidir». Lakin bu tərif də yuxarıdakılardan 

əsaslı şəkildə fərqlinmir. Ona görə ki, orqanizmdə əmələgəlmə 

ilə yanaşı, həm də quruluş elementlərinin dağılması prosesi də 

gedir.Bu proseslər arasında nisbətin subhüceyrə və molekulyar 

səviyyələrdə miqdarı  cəhətdən nəzərə alınması çox çətindir. 

Beləliklə  də, böyüməyə verilən təriflərin çoxluğu və 

müxtəlifliyi, bu hadisənin özünün çoxcəhətli mahiyyəti ilə 

əlaqədardır. Ümumiyyətlə, böyümə, bir-birilə qarşılıqlı əlaqədə 

olan fizioloji proseslərin məcmuu sayəsində yaranan inteqral 

funksiyadır.  

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin