4.3. Suyun göbələk orqanizmində hərəkəti
Göbələk mitsellərinin ən kənar (xarici) təbəqələrindəki
hüceyrələrə su, torpaqdan osmotik təzyiqlə daxil olub apoplast
(hüceyrələrin qılafları və hüceyrə aralarının yaratdığı fasiləsiz
sistem) və simplast (hüceyrələrin sitoplazma vasitəsilə əmələ
gətirdiyi fasiləsiz sistem) ilə, orqanizmin digər sahələrinə doğru
hərəkət edir.
Lakin torpaqda su, bir neçə formada olur və onların heç də
hamısından göbələklər istifadə edə bilmirlər. Torpaq suxur-
larının tərkibində olan su, həmçinin də, torpaq kolloidlərindəki
hidratlaşma suyu çox möhkəm birləşdiyindən göbələklər
tərəfindən mənimsənilə bilmir. Lakin torpaqdakı məsamələrdə
olan və kapillyar suyu adlandırılan su, göbələklər üçün
asanlıqla mənimsənilir. Bunun üçün göbələklər, hər şeydən
əvvəl, torpağın və olduqları digər substratların (məsələn, ağac
qabığı, oduncaq və s.) sorucu qüvvəsini aradan qaldırmalıdır.
Bu qüvvə, potensial şişmə və osmotik təzyiqlərin cəmindən
ibarətdir. Torpaq və ya göbələyin olduğu substratın səthi qu-
ruduqca, onların sorucu qüvvəsi artır. Çox hallarda
p
*
5 -
atmosferdən az oduğu halda, şoran torpaqlarda bəzən 30 atm-
dən də çox olur.
Alçaq temperaturlarda suyun udulması və göbələk
orqanizmində hərəkəti zəifləyir. Bu halda suyun özlülüyü daha
da artır, protoplazmanın keçiriciliyi isə nisbətən azalır.
Suyun göbələyin bütün həcmi üzrə hərəkəti və paylan-
masında, su molekulları arasındakı ilişmə qüvvəsi (kogeziya)
və su molekulları ilə daşıyan səth arasındakı ilişmə qüvvəsi
(adgeziya) mühüm rol oynayır. Bu cür ilişmə qüvvələrini dəf
etmək üçün yüksək təzyiq (bəzən 35 atm.) tələb olunur.
Bununla bərabər, göbələk orqanizminin müxtəlif sahələrində
yaranan suyun potensiallar fərqi də, onun hərəkətinə imkan
yaradır.
|