Oksigeni birləşdirən fermentlər. Bunlardan:
göstərmək olar. Oksidazaların tərkibinə çox hallarda metallar
(Fe, Cu, Mo, Zn və s.) da daxil olur.
Reduktazalar.
Göbələklərdə zəif öyrənilmişdir. Bunlardan
tərkibində – SH, olan fermentləri göstərmək olar. Göbələklərdə
öyrənilməsi vacibdir. Reduktazalara nitratreduktaza da aid edilir.
_ və tiaminpirofosfat daxildir. Bu ferment
CH
3
· CO ·COOH
⎯
⎯
⎯
→
⎯
za
karboksila
CO
2
+ CH
3
COH
Beləliklə də, bu ferment spirt qıcqırmasında da iştirak
edir.
Fermentlər, temperatura münasibətlərinə görə davamsız
(termolabil) və davamlı (termostabil) olmaqla iki qrupa
bölünür. Orqanizmlərin böyüməsi, adətən çox alçaq tempera-
turlarda ləngiyir və ya tamamilə dayanır. Amilaza fermentinin
təsiri üçün optimal temperatur 60
0
C-dir ki, bu da göbələk
hüceyrələrinin dözə bildiyi temperaturdan yüksəkdir.
Fermentlərin təsiri, temperaturun artması ilə əlaqədar, müəyyən
hüdud daxilində sürətlənir. Daha yüksək temperaturlarda fer-
ment dağılmağa (denaturalaşır) başlayır və onun katalitik aktiv-
liyi kəskin azalır.
Mühitin pH-ı, turşular və qələvilər də fermentləri
parçalayırlar. Fermentlərin çoxunda pH-ın optimal qiyməti
pH=4-8-dır. Bir-birinə oxşayan fermentlər, çox hallarda pH-ın
optimal qiymətlərinə görə fərqlənirlər. Məsələn, pepsin üçün
pH=2,5, tripsin üçün isə pH=8. Fermentlərin aktivliyini
sürətləndirən və ya ləngidən kimyəvi birləşmələrin təsiri,
fermentlərin kimyəvi təbiəti ilə əlaqədardır. Bir çox
fermentlərin aktivliyi, yalnız ikivalentli metal (Mg
2+
, Zn
2+
,
Fe
2+
, Cu
2+
, Mn
2+
) duzlarının iştirakı olduqda meydana çıxır.
Hər şeydən əvvəl, bu həmin metalların fermentlərin tərkibinə
daxil olmaları ilə əlaqədardır.
Dostları ilə paylaş: