Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


Amilaza  – nişastanı parçalayan kompleks fermentlər. Ami- lazalar özləri də üç qrupa bölünür: 1)  α



Yüklə 1,94 Mb.
səhifə89/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   244
Amilaza 

– nişastanı parçalayan kompleks fermentlər. Ami-

lazalar özləri də üç qrupa bölünür: 1) 

α

 – amilaza – nişastanı 

dekstrinlərədək parçalayır; 2) 

β

 -amilaza – maltozaların  əmələ 




 

  gəlməsini kataliz edir; 3) dekstrinaza – dekstrinləri, qlükoza 

və maltozayadək hidroliz edən fermentlər. 

Amilaza, göbələklərin çox növlərində, xüsusilə Asperqillus 

və Penicillium cinslərindən olan növlərdə geniş yayılmışdır. 

Maya göbələklərində bu fermentlər aşkar olunmamışdır. 



Sellülaza 

– sellülozanı, sellobiozalara qədər parçalayır. Sel-

lobiozalar disaxaridlər olub, sonradan qlükozaya çevrilirlər. Bu 

ferment göbələklərdə geniş yayılmışdır. Belə ki, ağacların 

oduncaq hissəsinin çürüməsində bu fermentələrə malik olan 

göbələklər böyük rol oynayır. Bu cür göbələklərə samanda və 

digər bitki qalıqlarında da rast gəlinir. 

Hadromaza 

– sellülozanın liqninlə kompleks birləşməsini 

parçalayır. Bu fermentə çox az rast gəlinir. Lakin göbələklərdə 

daha çox rast gəlinən sellülaza vasiətsilə oduncaqda korroziya 

çürüntüsü əmələ gəlir. 

Sitaza 

– hemisellülozanı parçalayan fermentdir. Pektin 

fermentləri isə, pektinli maddələri parçalayır və  nəticədə son 

məhsullar kimi metil spirti və 



α

 - qalakturon turşusu alınır. Bu 

fermentlər fitopatogen göbələklərin çoxunda rast gəlinir. Onlar, 

hüceyrəarası lövhəni və toxumaları parçalaya bilirlər. Pektin 

fermentləri bir neçə cürdür: 

1) protopektinazalar – pektini, protopektinlərdən ayırmağa 

imkan verirlər; 

2) pektazalar – 



α

 - qalakturon turşusundan metoksil quru-

punu (CH

3

O



-

) qoparır. Reaksiya aşağıdakı kimi gedir: 

(R·OOCCH

3

)



n

 + n H


2

O → n RCOOH + n CH

3

OH 


3) pektinazalar – pektin molekulunu tamamilə  tərkib 

hissələrinə qədər parçalayan fermentlərdir.  



Tannaza 

– bunlar da hidrolitik fermentlər qrupuna aid ol-

una bilərlər. Belə ki, bu ferment tannindən halloy turşusunun 

əmələ gəlməsini kataliz edir. 

tannin + H

2

O → halloy turşusu + digər maddələr 



Tannaza, bir çox göbələklərdə əmələ gəlir, lakin Asperqil-

lus niqer göbələyi bu baxımdan daha aktivdir. Bu ferment adap-

 

  tiv fermentlər qrupuna aiddir. Belə ki, mühitdə tannin və ya 



onun parçalanma məhsulu olan halloy turşusu olduqda əmələ 

gəlir.  


Xitinaza 

– digər hidrolitik fermentlərdən fərqli olaraq

tərkibində azot birləşmələri olan xitinin parçalanmasını həyata 

keçirir. Bu ferment xitin polimerini, asetilqlükozoaminə çevirir 

və bazidiomitsetlərin meyvə cismində çoxlu miqdarda olur. 

Göbələklərdə ferment kompleksləri, adətən onların təbiətdə 

yayıldıqları yerlərə uyğun olur. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin