Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə92/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   244
IV FƏSİL 

 

GÖBƏLƏKLƏRDƏ SU REJİMİ 

 

 

4.1. Suyun göbələk orqanizmində əhəmiyyəti 

 

Su, miqdarına görə hüceyrənin əsas kimyəvi komponenti 

sayılır. O, biokimyəvi reaksiyaların əksəriyyəti üçün mühit, bir 

sıra reaksiyalarda isə substrat funksiyasını yerinə yetirir. Suyun 

miqdarı  ən az olan hallarda, maddələr mübadiləsi son dərəcə 

zəifləyir. Hüceyrələrdə suyun miqdarı, onun tipindən və 

göbələyin olduğu fizioloji şəraitdən asılı olaraq dəyişilə bilir. 

Su, onda həll olan maddələrin bir hüceyrədən digərinə 

keçməsi üçün mühit yaratmaqla, orqanizmdə temperaturu da 

tənzim edir. Bundan başqa, su hüceyrədə fizioloji, biokimyəvi 

proseslərin getməs üçün həlledici kimi də  iştirak edir. Suyun 

sıxılması az olduğundan o, göbələk orqanizminin quruluşunun 

saxlanılmasında da mühüm rol oynayır. Bununla yanaşı, su 

yüksək dərəcədə istilik tutumuna və istilik keçiriciliyinə  də 

malikdir. 

Göbələk hüceyrələrində su, oksigen və hidrogen mənbəyi 

rolunu da oynayır və  həm də energetik reaksiyalarda, o 

cümlədən, ATP-in əmələ  gəlməsində  də  iştirak edir (ADP+P 

⎯ →




O



H

2

ATP). 



Digər mayelərdən fərqli olaraq (civədən başqa), suyun 

səthi gərilmə  əmsalı çox böyükdür (20

0

C-də bu əmsal 73 



dina/sm-ə qədərdir). 

Maye fazada su molekulları arasında  əmələ  gələn ilişmə 

qüvvəsi kogeziya, maye faza ilə  bərk faza arasındakı ilişmə 

qüvvəsi isə aidgeziya adlanır. Hər iki hadisə, suyun göbələklərə 

daxil olması və onların hərəkətində əhəmiyyət kəsb edir. 

Suyun digər mühüm fiziki xassəsi onun qeyri-adi 

dərəcədə yüksək dielektrik keçiriciliyidir. Suyun belə xassəsi, 



 

  onda həll olan və elektrik yükünə malik hissəciklər arasında 

qarşılıqlı  təsir qüvvəsinin nisbətən zəifləməsinə  səbəb olur. 

Suyun fizioloji cəhətdən ən mühüm xassələrindən biri də onun 

qazları  həll etməsidir. Bu xassə, duzlu məhlullarda kəskin 

azalır. Bundan başqa, su göbələk orqanizmində fasiləsiz faza 

yaradır. 

Göbələklərdə suyun miqdarı, onların növündən, həmçinin 

göbələk hüceyrəsinin xüsusiyyətlərindən asılı olaraq xeyli 

dərəcədə  dəyişilə bilir. Bir qayda olaraq, göbələklərin 

mitsellərində suyun miqdarı, sporəmələgətirən 

orqanlardakından çox olur. Mitsellərin bəzi formaları, tamamilə 

suya batırıldıqda belə normal inkişaf edirlər. Lakin əksəriyyət 

hallarda, suya batırılmış göbələk mitsellərində inkişaf zəifləyir. 

Bunun  əsas səbəbi, belə  vəziyyətdə aerasiyanın pozulmasıdır 

(oksigen çatışmazlığı). 

Suyun, göbələk hüceyrələrində  kəskin azalması da, 

onların böyümə və inkişafına olduqca mənfi təsir edir. Müxtəlif 

göbələklər üçün, suya tələbatın minimum həddi müxtəlifdir. 

Məsələn, Meribius lacrymans göbələyi üçün minimum hədd 

22%-dir. Bu göbələklər, ağacçürüdən növlərdən olub, özlərinə 

lazım olan suyun bir hissəsini, tənəffüs prosesində əmələ gələn 

suyun hesabına təmin edirlər.  

Ağacçürüdən göbələklərdən Poria vaporariada inkişafı 

təmin etmək üçün suyun miqdarı  təxminən 35%, Coniophora 

cerebella – göbələyində isə daha çox miqdarda su tələb olunur. 

Göbələklərin mitsellərindən fərqli olaraq, onların 

sporəmələgətirən orqanları suya qarşı az tələbkardır. Yalnız bə-

zi göbələklərdə sporların  əmələ  gəlməsi bilavasitə suda olur 

(suda yaşayan göbələklərdə), lakin əksəriyyətində bu proses 

hava mühitində baş verir. Göbələklərdə su rejiminin 

formalaşmasında atmosfer rütubətinin böyük əhəmiyyəti vardır. 

Belə ki, göbələklərdə, ali bitkilərdən fərqli olaraq suyun 

buxarlandırılmasının qarşısını alan və ya bu prosesi tənzimlə-

yən xüsusi uyğunlaşmalar yoxdur. Odur ki, havada rütubətin 

 

  azalması, sporların əmələ gəlməsini zəiflədir.  



Lakin göbələklərin bəzilərində, məsələn, Erysiphaceaedə 

atmosfer rütubəti 85%-ə nisbətən, 55% olduqda konidilərin 

əmələ  gəlməsi 2-3 dəfə çox olur. Analoji hadisə sporodinia 

qrandis – göbələyində  də müşahidə olunur. Bu hadisə, çox 

güman ki, suyun göbələk səthindən sürətlə buxarlanması  və 

bununla 


əlaqədar olaraq sporəmələgətirən havadakı 

orqanlarında susorma qabiliyyətinin daha güclü olması ilə 

bağlıdır.  

Elə göbələklər də vardır ki, onlar su çatışmazlığına (kse-

rofit şəraitə) asanlıqla dözürlər. Bunlara, məsələn, Podaxaceae, 

Geaster, Schizophyllum commune və başqalarını göstərmək 

olar. 

Ümumiyyətlə, göbələklərdə su rejimi mürəkkəb və  mər-



hələli fizioloji prosesdir. Bu mərhələlər aşağıdakılardan 

ibarətdir: 

1) Göbələk hüceyrəsi tərəfindən suyun udulması; 

2) Suyun orqanizmdə hərəkəti; 

3) Suyun orqanizm tərəfindən buxarlandırılması. 

 

 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin