5.4.2. Böyümə və inkişafı tənzimləyən ekzogen amillər.
Göbələk orqanizmində xarici amillər (temperatur, işıq, O
2
və
CO
2
-nin miqdarı və s.) müxtəlif cür effektlər yarada bilər. Belə
effektlər ya birbaşa, ya da induktiv olur. Birbaşa effektlərdə
xarici amillərin təsiri, hər şeydən əvvəl, enerjinin orqanizmə
daxil olması (işıq, temperatur və s.) və ya onun itirilməsi (tem-
peraturun azalması) ilə əlaqədardır. Bu halda effekt, xarici
amilin təsiri kəsilənədək davam edir.
İnduktiv effektlər zamanı xarici amil, hüceyrədə prosesləri
işə salmaq üçün lazımi miqdarda enerji ya göndərir, ya da
sistemdən alır, məsələn, temperaturun və işığın təsirindən spor-
ların cücərməsində bu effekt özünü göstərir.
Göbələklərin böyümə və inkişafında mühit amillərindən
olan temperatur böyük əhəmiyyət kəsb edir. Göbələklərin
əksəriyyətinin inkişafı üçün temperatur diapazonu çox genişdir.
Onlarda temraturun minimum həddi 1 – 5
0
C, optimum 20 – 25
0
C,
maksimum 30-35
0
C-dir. Məsələn, Ustilago avenae və Urocystis
cepulae göbələklərində böyümə və inkişaf üçün optimal tem-
peratur 10 – 20
0
C, hətta qar altından çıxan Fusarium nivale –
göbələyinin böyüməsindən ötrü 20 – 25
0
C temperatur tələb ol-
unur. Bəzi göbələklərdə isə, məsələn, steriqmatocystis niqerdə
temperatur minimumu 7 – 10
0
C, optimum – 33 – 37
0
C, mak-
simum isə 40 – 43
0
C-ə bərabərdir. Bir sıra kif göbələkləri,
məsələn, Asperqillus fumiqatus, 50
0
C və daha yüksək tempera-
turlarda böyümə qabiliyyətini saxlamaqla küləşin, pambığın və
s. öz-özünə alışıb yanmasında mühüm rol oynayırlar. Beləliklə
də, temperatura qarşı həssaslığına görə göbələklər bir-birindən
xeyli fərqlənirlər. Ümumiyyətlə, göbələklərin sporlarının
cücərməsi üçün optimal temperatur 15 – 20
0
C arasındadır. Çox
aşağı temperaturlarda (5
0
C) bəzi növ göbələklərin (məsələn,
Tilletia) sporları cücərə bilir. Bunun əksinə olaraq Ustilaqo
zeae göbələyinin sporları temparatur 26 – 34
0
C olduqda daha
yaxşı cücərmə qabiliyyətinə malik olurlar.
Mühitin pH-ı da, göbələklərin böyümə və inkişafına təsir
edən ekzogen amillərdəndir. Göbələklər adətən turş mühitə
üstünlük verirlər. Lakin bu məsələdə onlar arasında müəyyən
fərqlər də mövcuddur. Məsələn, Taphrina deformans göbələyi
üçün pH-a görə interval 3,3 – 9,6-dır. Bu göbələklərdən ötrü
optimum qiymət pH=4,9-dur. Bəzi göbələklər isə, məsələn,
Penicillium italicum, sitrus bitkilərinin (limon) meyvələrində
parazitlik edir.
Bir çox patogen göbələklərin sporlarının cücərməsi üçün
zəruri şərtlərdən biri də damla şəklində suyun olmasıdır. Su
damlası nəinki göbələk sporunun (Colletotrichum trifolii və b.)
cücərməsinə, həm də sporda olan cücərmə ingibitorlarının çıx-
arılmasına da imkan verir. Məsələn, Uromyces phaseoli
göbələyinin sporlarında iki tip birləşmə aşkar edilmişdir. Bu
birləşmələrin 0,2%-li məhlulu göbələk sporlarının cücərməsini
dayandırır. Bununla belə, bir çox göbələk sporlarının cücərməsi
üçün su buxarlarının olması kifayətdir. Su damlaları bu
göbələklərin sporlarının cücərməsini yalnız ləngidir. Sporların
cücərməsi üçün havanın su buxarları ilə doyma dərəcəsi
müxtəlif növ göbələklər üçün eyni deyildir. Belə ki, Pereno-
spora nicotianal göbələyinin sporlarının cücərməsi üçün 100%
rütubət tələb olunduğu halda, Erysiphe polyqoni növündən olan
göbələk sporlarının cücərməsi havanın rütubətliyinin sıfra
yaxın qiymətlərində də baş verir. Belə az rütubətli şəraitdə
göbələk sporlarının cücərməsinin səbəbi onlarda yüksək osmo-
tik təzyiqin (60 – 90 atm.) olmasıdır. Bundan başqa, bəzi
göbələklərin sporlarında suyun miqdarı 70%-dən çox olduğun-
dan onlar havanın çox aşağı rütubətli şəraitində də normal
cücərə bilirlər.
Çox aşağı rütubətli şəraitlərdə göbələk soprlarının
cücərməsi, müstəsna hal kimi nəzərə çarpır. Göbələklərin
əksəriyyətinin sporlarının cücərməsi üçün yüksək rütubətli
şərait tələb olunur.
Havanın nisbi rütubəti ilə onun temperaturu arasında
əlaqənin də göbələk sporlarının cücərməsində mühüm
əhəmiyyəti vardır. Belə ki, temperatur artdıqca, suya olan
tələbat da yüksəlir. Bu nisbət, göbələk koloniyasının və
mitsellərin həyat fəaliyyətinin saxlanması üçün də mühüm
əhəmiyyət kəsb edir. Məsələn, Botrytis cinerea göbələyinin
mitselləri öz həyati qabiliyyətlərini havanın rütubti 95 – 100%,
temperatur isə 0
0
C olduqda 12 ay müddətində saxlaya bilir,
amma rütubət 95%-dən az, temperatur isə 20
0
C olduqda, artıq
bir aydan sonra mitsellər məhv olurlar. Belə şəraitdə göbələyin
konidiləri daha davamsız olur.
Su damlası üzərində olan sporlar, damlanın içərisinə batmış
sporlara nisbətən daha yaxşı cücərirlər. Su damlasına batmış
sporlar üçün oksigenə olan tələbat pis ödənilir, odur ki, belə
sporlar ya çətinliklə cücərir və ya heç cücərə bilmir.
Göbələklərin əksəriyyəti oksigenə qarşı çox həssasdır, hətta
sükunətdə olan sporların da oksigenə böyük ehtiyacları vardır.
Sporlar cücərərkən onların oksigenə tələbatları da kəskin artır.
Bununlu belə, bəzi göbələklərin oksigenə qarşı tələbatları çox
azdır. Məsələn, Phytophthora infestans göbələyinin
konidilərinin cücərməsi və zoosporların əmələ gəlməsi üçün
oksigenin olmasına ehtiyac qalmır.
Göbələklərin normal inkişafı üçün atmosferdə CO
2
-nin
miqdarı da mühüm rol oynayır. Bu zaman göbələklərin olduğu
mühitdə CO
2
-nin həllolma dərəcəsi xüsusilə vacibdir. Müəyyən
edilmişdir ki, göbələklərin inkişafına CO
2
-nin təsiri onun ha-
vadakı miqdarı ilə deyil, qidalı mühitdəki miqdarı ilə
əlaqədardır.
Bekkerin (1933) məlumatlarına görə CO
2
-nin miqdarı 30 –
40% olduqda göbələklərdə (kif göbələklərində) konidilərin
əmələ gəlməsi dayanır. Lakin Plasmopara viticola göbələyinin
konidiləri CO
2
-nin atmosferdə (göbələyi əhatə edən mühitdə)
miqdarı 70% olduqda da cücərə bilir.
Göbələklərin inkişafında işıq amili də müəyyən rol oynayır.
Bir qayda olaraq, göbələklərin mitseliləri həm işıqda, həm də
qaranlıqda eyni cür böyüyürlər. Lakin çox güclü işıq (birbaşa
düşən Günəş işığı) mitsellilərə məhvedici təsir göstərir. Bir
sıra hallarda işığın təsiri ilə mitselilərin və ya sporların
piqmentləşməsi nəzərə çarpır.
İşığın olmadığı və ya çox az olduğu hallarda göbələklərdə
sporəmələgəlmə prosesi pozulur. Məsələn, qaranlıq şəraitdə
Pilobolus göbələyinin sporangidaşıyanları inkişaf etmirlər.
Adekvat vəziyyət papaqlı göbələklərdən olan Collybia, Len-
tinus, Hypholoma və s.-də də aşkar edilmişdir. Bu göbələklərdə
meyvə cisminin formalaşmasında işıq bilavasitə iştirak edir. Bir
çox hallarda, əgər işıq çatışmırsa, onda spor-əmələgəlmə
prosesi normal inkişaf etmir. Məsələn, Fomes applanatus
göbələyində bu şəraitdə normal meyvə cismi əvəzinə, şaquli
istiqamətdə böyüyən törəmə yaranır və bu göbələklərdə ba-
zidiosporlar inkişaf etmirlər.
Göbələklərin böyümə və inkişafından ötrü işığın nəinki in-
tensivliyi, həm də spektral tərkibi də mühüm əhəmiyyətə
malikdir. Aparılan tədqiqatlardan aydın olmuşdur ki, qısadal-
ğalı şüalar, xüsusilə də, ultrabənövşəyi sahə göbələklərə daha
aktiv təsir edir. Çox yüksək dozalarda bu şüalar, göbələklərə
məhvedici təsir edirsə, aşağı dozalarda isə böyümə və inkişafa
stimullaşdırıcı təsir göstərir.
Dostları ilə paylaş: |