3.1.4. Qlikolizin son məhsullarının çevrilmə yolları.
Qıcqırma (anaerob tənəffüs)
Qlikolizin son məhsulu olan piroüzüm turşusunun sonrakı
çevrilməsi oksigenin iştirakı olmadan gedərsə (anaerob şəraitdə)
bu proses qıcqırma adlanır. Qıcqırmanın müxtəlif növləri vardır.
Həmin növlərin ilk mərhələsi – piroüzüm turşusunun əmələ
gəlməsinə qədərki mərhələ, qlikolizdəki kimidir. Qıcqırma
növləri arasındakı fərq, piroüzüm turşusu əmələ gələndən sonra
yaranır. Müxtəlif növ qıcqırmaların adları, həmin növlərdə ən
çox əmələ gələn məhsulun adı ilə adlanır.
Dostları ilə paylaş: |