Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci


Şərq və Qərb sivilizasiya tipləri



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə17/59
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#43233
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   59
kulturologiya--muhazire-toplusu

Şərq və Qərb sivilizasiya tipləri 

Bəşər tarixinə müraciət etsək görərik ki, hələ ən qədim dövrlərdən şərq 

və  qərb  sivilizasiya  tipləri  daha  çox  diqqət  çəkmiş  və  tarixdə  geniş  yer 

almışdır.  Şərq  elmin,  mədəniyyətin,  ilk  bəşəri  dəyərlərin  beşiyi  olmuşdur. 

Antik  sivilizasiya 

qədim  şərq  sivilizasiyasından  bəhrələnmişdir.  Antik 

sivilizasiyadan  sonra 

bəşər  tarixində  ən  parlaq  dövr  islamın  yaranması  ilə 

başlanmışdır. Elm və mədəniyyətin inkişaf mərkəzi yenidən şərq dünyasına 

köçmüşdür.  Bu  dövrdə  islamla  sıx  surətdə  bağlı  olan  yeni  sivilizasiya 

dalğası  özündən  əvvəlki  elmi  nəaliyyətlərin,  mədəni  -  mənəvi  dəyərlərin 

dağılmasına  yol  verməmiş,  onları  qoruyub  saxlamış,  inkişaf  etdirmiş  və 

qərb dünyasının yeni intibahı üçün yol açmışdır. Qərb sivilizasiyası şərqdən 

bəhrələnmiş  və  o,  texnika  və  texnologiyanın  sürətli  inkişafı  nəticəsində 

adamların sosial əlaqəsinin sürətlə dəyişməsinə gətirib çıxarmışdır. 

 

Şərq  mədəniyyəti  formalaşarkən  Yer  üzərində  əhali  olduqca  az  idi. 



Şərqli  günəş  enerjisi  ilə  zəngin  olan  olduqca  gözəl,  münbit  bir  ərazidə 


12 

 

yaşayırdı.  Təsadüfi  deyildir  ki,  bütün  dinlər  məhz  ilk  dəfə  Şərqdə 



yaranmışdır.  Şərq  mədəniyyəti  təbiətə  daha  yaxındır.  Şərq  sivilizasiyası 

üçün  maddi  və  mənəvi  dəyərlər  mənimsəmək,  ümumi  tabelik,  dövlətdə, 

icmada,  ailədə  başçının  qəbul  edilməsi  şəraitində  onların  istehsalı 

xarakterikdir.  İnsanın  sözə  baxan,  xeyirxah,  ləyaqətli  kimi  formalaşması 

şərq ölkələri adamının bütün həyat tərzinə möhürünü vurmuşdur. Bu, həm 

də  mədəniyyət  və  onun  mənimsənilməsi  üsullarına  da  öz  təsirini 

göstərmişdir.  Şərq  musiqisində,  rəssamlığında,  ədəbiyyatında,  elmində, 

ayinlərində,  adət  ənənələrində  təbiətdən  əxz  olunma,  təbiətdən 

bəhrələnmə  daha  güclüdür.  Təbiətin  mahiyyətinə  daha  yaxın  olan,  Şərq 

psixologiyasına, ahəng, harmoniya qanunlarına daha uyğun olan İslam dini 

gücləndikcə  müsəlman  xalqları  daha  ön  mövqeyə  çıxmağa  başladilar. 

İslamın  yayıldığı  ilk  beş  əsrdə  onun  əhatə  etdiyi  ölkələrdə  dünyəvi  elmlər 

sahəsində böyük sıçrayışlar baş verdi. Orta əsrlərdə daha mütəşəkkil, çevik 

olan türklər Şərq mədəniyyətinə, ümümiyyətlə dünya sivilizasiyasına liderlik 

etməyə  başladilar.  Bu  zaman  artiq  Qərb  aləmi  də  nəhəng  bir  sistem  kimi 

formalaşaraq  özünü  Yer  üzünün  digər  tərəfinin  sahibi  kimi  göstərməyə 

başladı. Şərq artiq hiss etdi ki, Yer üzü artıq əvvəlki Yer üzü deyildir. Şərq, 

ilk  növbədə  türklər,  Yer  üzündə  yaranmış  yeni  sistemi  öz  təsir  dairələrinə 

salmaq  üçün  mübarizəyə  başladılar.  Amma  Şərq  bu  mübarizəyə,  bu 

potensiala  malik  deyildi.  Onun  elmi,  m

ədəniyyəti,  siyasəti  bu  gücə  malik 

deyildi. Dig

ər tərəfdən, müxtəlif səbəblər üzündən mövcud potensialın özü 

də zəifləməyə başlayırdı. Quranın, dünyəvi elmlərin mahiyyətinin lazımınca 

dərk  olunmaması  səbəbindən,  müxtəlif  hökmdarların,  siyasətçilərin  təsiri 

altında  yeni  yaranan  dini  təriqətlər,  dünyagörüşləri  İslam  mədəniyyətinin 

harmonik  inkişafına  mane  olmağa  başladı.  Sosial  amillərin  rolu  lazımi 

şəkildə  qiymətləndirilməməyə  başlandı.  Beləliklə  artiq  XIV  əsrdə  Yer 

üzündə  elə  bir  şərait  yarandi  ki,  Yer  üzünü  bir  sistem  kimi  idarə  etmək 

sahəsində  bir  ideoloji,  elmi,  mədəni  boşluq  yarandı..  Əsrlər  boyu  Yer 

üzünün  lokomotivi  rolunu  oynayan  Şərq  dünyagörüşü  şaşırdı,  özünü  itirdi 

və gözləməmövqeyinə keçməyə məcbur oldu. 

Qərb  sivilizasiyası  təkhakimiyyətliyin  təsirinə  az  məruz  qalmışdır.  O, 

daha  çox  fəal  surətdə  elmin,  incəsənətin  və  siyasətin  təsiri  altında 

dəyişmişdir.  Qərb  sivilizasiyası  üçün  texnika  və  texnologiyanın  surətli 

inkişafı,  predmet  dünyasının  və  adamların  sosial  əlaqəsinin  surətlə 

dəyişməsi  xarakterikdir.

 

Qərbdə  insanlar  cəmiyyət,  ölkə,  dövlət  kimi 



f

ormalaşanda  Şərq  artıq  çox  inkişaf  etmişdi.  Şərq  mədəniyyəti 

formalaşarkən onun üçün ən qüdrətli varlıq günəş idisə, Qərb mədəniyyəti 

formalaşanda  günəşlə  onun  arasında  bir  Şərq  qüdrəti  də  vardı.  Qərbli, 




13 

 

uzun illər boyu təbiətin səxavəti, dünyadakı sərbəstliyi hesabına romantika, 



xəyallar  aləmində  formalaşmış  şərqlidən  fərqli  olaraq  daha  real  amillərin 

təsiri altinda, Yer qayğıları ilə, sosial həyatın sərt tələbləri ilə üz–üzə olaraq 

formalaşırdı.  XV  əsrdən  başlayaraq,  Qərb  mədəniyyətinin  inkişafı  üçün 

mühüm  tarixi  şərait  yarandı.  Amma  öz  mahiyyəti  etibarı  ilə  də  Qərb 

mədəniyyəti  Yer  üzünü  tamamilə  dərk  etmək  gücündə  deyildi.  Qərb 

mədəniyyəti  öz  mahiyyətinə  uyğun  olaraq  daha  çox  praktik,  praqmatik 

dəyərlərə üstünlük verməyə başladi. Artiq praktik elm sahələri daha sürətlə 

inkişaf  etməyə  başladı.  Elmdə  harmoniklik  yox,  praktiklik  prinsipləri 

üstünlük qazandi. Elm sahələri daha çox biri-birindən təcrid olunmağa, biri-

birini  nəzərə  almadan  formalaşmaq  yolunu  seçdi.  Şərq  elmindən 

bəhrələnərək  və  bu  bəhrələnməni  gizlədən,  bir  çox  hallarda  bu  elmin 

incəliklərini  axıra  qədər  dərk  etməyən  Qərb  elmi  bir  plagiatlıq  və  

məhdudluq özülləri üzərində, nöqsanlı olaraq formalaşdı. Bu nöqsanlı özül 

üzərində qurulan, sürətlə inkişaf edən dünyəvi elmlər Qərb mədəniyyətinin 

formalaşmasında olduqca fəal rol oynadı. Yer qayğılarına daha çox önəm 

verən  Qərb  mədəniyyəti  özünü  məişətdə,  texnikada  göstərməyə  başladı. 

Mənəviyyat amilləri arxa plana keçməyə məcbur oldu. XVI əsrdə yaşamış 

İtalyan  siyasətçisi    Nikkolo  Makiavellinin  (1469  -  1527)  “Məqsədə  çatmaq 

üçün  istənilən  addım  məqbuldur!”  ideyası  sürətlə  bütün  Qərb  aləminin 

iliyinə, 

sümüyünə 

yeriməyə, 

bu 

mədəniyyətin 



xarakterini 

müəyyənləşdirməyə  başladı.  Utilitarlıq  (öz  mənafeyini  güdmə),  bazar 

munasibətləri  həlledici  amillər  kimi  ortaya  çıxdı.  XVII  əsrdən  başlayaraq 

qərbdə  (C.  Lokk,  A.  Smit,  Ş.  Monteskye  və  s.  alimlərin  təlimləri  ilə  ) 

liberalizm ideyaları geniş yayılmağa başladı Şərq və Qərb sivilizasiyaları öz 

aralarında  qarşılıqlı  təsir  göstərirdi.  Bu  qarşılıqlı  təsir  nəticəsində  öz 

mədəniyyəti  əsasında  yeni  mədəniyyəti  mənimsəyən  müxtəlif  “hibrid” 

cəmiyyətlərin yaranması mühüm rol oynamışdır. Bu gün Qərb “inkişaf etmiş 

ölkələr”in  sinonimidir.  Bu  əlamətə  əsasən  bəzi  politoloqlar  Yaponiyanı 

Qərbə  aid  edirlər  ki,  bu  qətiyyən  düzgün  deyildir.  Qərb  ölkələri  ilə  ümumi 

texnoloji bazaya malik olmasına baxmayaraq, Yaponiya hətta ümumbəşəri 

dəyərlərin  mənimsənilməsi  baxımından  belə  Şərq  sivilizasiyası  ölkəsi 

olaraq qalmaqdadır. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin