Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci


Mövzu 3. Mədəniyyət və sivilizasiya. Qərb və Şərq mdəniyyəti



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə15/59
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#43233
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   59
kulturologiya--muhazire-toplusu

Mövzu 3. Mədəniyyət və sivilizasiya. Qərb və Şərq mdəniyyəti. 

Öyrənməliyik: 

 

Mədəniyyət nədir? 

 

Sivilizasiya nədir? 

 

Sivilizasiyanın texnogen anlayışı; 

 

Qərb və Şərq sivilizasiya tipləri; 

 

Şərq mədəniyyətinin özünəməxsus xüsusiyətləri; 

 

Qərb mədəniyyətinin özünəməxsus xüsusiyətləri. 

Mədəniyyət  nədir  -  latınca:  cultura  sözündən  olub  torpağın 

becərilməsi,  tərbiyə,  inkişaf  mənasında  başa  düşülmüşdür.  İlk  dövrlərdə 

mədəniyyət  insanın  təbiətə  məqsədəuyğun  təsiri,  torpağın  əkilib 

becərilməsi,  yəni  yaxşı  məhsul  almaqdan  ötrü  onun  dəyişdirilməsi  kimi 

anlaşılmışdır.  İntihab  dövrünün  filosofları  mədəniyyətə  ideal,  universal 

şəxsiyyətin formalaşması vasitəsi, hərtərəfli təhsil, tərbiyə almağa, elmə və 

incəsənətə  təsir  etməyə,  dövlətin  möhkəmləndirilməsinə  kömək  etməyə 

qadir bir qüvvə kim baxırdılar. Onlar eyni zamanda barbarlıqdan fərqlənən 

müəyyən ictimai quruluş kimi sivilizasiya problemini də irəli sürürdülər 

Mədəniyyət – cəmiyyətin bütün tarixi boyu əldə etdiyi maddi və mənəvi 

sərvətlərin  məcmusudur,  həmçinin  onların  yaradılması  qabiliyyəti  və 

bəşəriyyətin  tərəqqisi  üçün  onlardan  istifadə  etmək  və  onları  nəsildən-

nəsilə vermək bacarığıdır. Mədəniyyət insanın sirli-sehirli dünyasıdır. Onun 

özünü dərk etməsi və şəxsiyyətin mövcudluq üsuludur. 



Sivilizasiya - 

müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi 

çıxış  edən,  dünya  məkanında  sabit  yer  tutan  insanların  sosial-tarixi  və 

mədəni  ümumiliyinə  deyilir.  O,  tarixin  verilmiş  bir  anında  bir  neçə 

mədəniyyətlərin birləşməsini əks etdirir, elm və texnikanın təsiri nəticəsində 

həyat  rifahının  yaxşılaşdırılmasını  səciyyələndirir.  Bu  termin  ilk  dəfə  16-cı 

əsrdə meydana gəlmişdir. Lakin ən qədim dövrlərdə də sivilizasiya mövcüd 

olmuşdur.  Şumer,  Misir,  Roma,  Çin,  Ərəb  və  s.  son  onminillikdə  mövcud 

olmuş  sivilizasiyalardan  bir  neçəsidir.  “Sivilizasiya”  latınca  “civilis” 

sözündəndir,  “vətəndaşlıq”,  “cəmiyyət”  mənalarını  verir,  cəmiyyətdə  əldə 

edilmiş  maddi  və  mənəvi  nailiyyətləri,  cəmiyyətin  inkişafı  ilə  bağlı  uğurları 

bildirir.  Sivilizasiya  anlayışını  elmə  Osvald  Spengler  tərəfindən  daxil  olub. 

Bəşəriyyətin  inkişafında  müəyyən  tarixi  pilləni  ifadə  edir.  Ümumilikdə  isə 

bəşəriyyətin inkişafı aşağıdakı pillələrə bölünür. 

1. 

Vəhşilik; 2. Barbarlıq; 3. Sivilizasiya 



Ümumiyyətlə, son dövrlərdə sivilizasiya problemi ön plana çıxmışdır. 

Kanta görə, insan öz həyatı və davranış qaydalarını müəyyənləşdirdikdən 




11 

 

sonra sivilizasiya başlanır. Sivilizasiyalı adam heç vaxt başqasına pislik 



etməyən adamdır. O, mədəni və nəzakətlidir, diqqətli və mehribandır. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin