Şəxsiyyətin
formalaşması
üçün
universal
faktorlar
aşağıdakılardan ibarətdir:
1.
Tərbiyə; 2. Təhsil; 3. Sosial mühit; 4. Genetik kod; 5. Xarakter.
Şəxsiyyətin formalaşmasında incəsənətin xüsusi rolunu qeyd etmək
olmaz. Hər hansı bir incəsənət əsərində onun müəllifinin şəxsi
xüsusiyyətləri mütləq qaydada görünməlidir. Bu səbəbdən şəxsiyyətin
tiplərini araşdırmağa çalışacağıq.
1.
Məntiqdən öncəki – mifoloji, bədii, obrazlı, intuitiv;
2.
Dünyagörüş – fəlsəfi-dini.
3. Elmi-
fundamental, nəzəri, məntiqi, tarixi, metodoloji.
Lütfi Zadənin qeyri-səlis məntiqi nəzəriyyəsinə uyğun olaraq,
dünyagörüş səviyyəsi arxaik-mifoloji və ya elmi xarakter ala bilər.
Eyni zamanda, şəxsiyyət və mədəniyyət prinsipləri bu qaydada
qurulur:
1.
Şəxsiyyət mədəniyyətin məhsuludur;
2.
Şəxsiyyət mədəniyyətin tələbatçısıdır;
3.
Şəxsiyyət istehsalçıdır;
4.
Şəxsiyyət mədəniyyətin ötürücüsüdür.
Sosiallaşma müasir dövrdə şəxsiyyətin inkişafında mühüm rola
malikdir.
Yada salaq:
İntuitiv - ideal fəlsəfədə hissiyata, duyğulara əsaslanma ilə dərkin
mövcudluğu;
Arxaik -
köhnəlmiş, yaxud istifadədən çıxmış
Mif -
dünyanın və həyatın əmələ gəlməsi haqqında qədim xalq
rəvayətləri
|