Mədəniyyətin strukturu - Mədəniyyət ictimai hadisədir və ictimai
münasibətlərin meydana gəlməsi, qurulması amili kimi çıxış edir.
Mədəniyyətin strukturu onun daxili quruluşunu ifadə edir. Daxili quruluş
iki hissəyə bölünür: Mədəni statika və mədəni dinamika. Mədəni statika –
mədəniyyəti sakit və durğun vəziyyətdə öyrənir. Mədəni dinamika isə
mədəniyyəti hərəkətdə təsvir edir.
Sistem kimi bütövlük təşkil edən
mədəniyyətin hissə və elementlərinin nisbi sabit quruluşu onun strukturunu
təşkil edir. Mədəni sistemin ayrı-ayrı elementlərinin bir-birilə münasibətinə,
əhatə etdiyi sahə, səviyyə, statik (sabit) və ya dinamik (dəyişkən) olmasına,
məzmun və s. cəhətlərinə görə struktur vahidlərini fərqləndirmək olar.
Mədəniyyətin strukturunu müхtəlif meyarlara əsasən təsnif etmək
olar.
Məsələn, sosial struktura görə siyasi, iqtisadi, hüquqi, dini, elmi,
teхniki, bədii mədəniyyət fərqləndirilir. Gerçəkliyin spesifik mənimsənilməsi
üsulu kimi nəzərdən keçirilən mədəniyyət struktur etibarilə biliklər,
teхnologiyalar və sərvətlərə bölünür.
Mədəniyyətin sosial funksiyalarının sayı çoxdur. Onlardan bəzilərini
nəzərdən keçirək.
Dostları ilə paylaş: |