Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/59
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#43233
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   59
kulturologiya--muhazire-toplusu

İnformativ  funksiya  sosial  təcrübənin  ötürülməsinə  xidmət  edir. 

Mədəniyyətdən  başqa,  bəşəriyyətin  mənəvi  sərvətlərini  ötürən  və  geniş 

yayan  digər  bir  sahəsi  yoxdur.  Mədəniyyət  nə  genetik,  nə  də  bioloji  yolla 

ötürülür.  Mədəniyyət  öz  təbiətinə  görə  tarixi  mahiyyət  kəsb  edir.  Onun  bu 

günü  keçmişə  əsaslanaraq  gələcəyi  formalaşdırır.  Məhz  mədəniyyətin 

köməkliyi  ilə  sosial  təcrübə  bir  nəsildən  digərinə  ötürülür.  Əgər  söhbət 

ayrıca  tarixi  dövr  və  mərhələdən  gedirsə,  onda  mədəniyyət  vasitəsilə 

informasiya hər hansı bir ölkədən digərinə, bir xalqdan başqasına çatdırılır. 

Məhz  bu  xüsusiyyətinə  görə  mədəniyyəti  bəşəriyyətin  “qeyri-genetik 

yaddaş”ı  adlandırmaq  olar.  Heç  bir  mədəniyyət  təcrid  olunmuş  halda 

mövcud  deyildir  və  mədəniyyətlər  bir-birinə  qarşılıqlı  təsir  göstərir,  başqa 

adamların, nəsillər və mədəniyyətlərin təcrübəsini mənimsəyir. İnsan maddi 

və  mənəvi  mədəniyyət  abidələrində  həkk  olunmuş  informasiyanı  dərk 

etməklə bu abidələri yaratmış insanlarla dolayı və ya vasitəli ünsiyyətə girir. 

Dil,  ilk  növbədə  ədəbi  dil  bu  və  ya  digər  milli  mədəniyyətə  yiyələnmə 

vasitəsidir.  Dil  mədəniyyətin  məhsulu  olub,  insanlar  arasında  hərtərəfli 

münasibətlər  yaradaraq,  İnsanların  ünsiyyət  vasitəsi  kimi,  ilk  növbədə, 

onların şifahi dili çıxış edir. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin