Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti faküLTƏ: pedaqoji kafedra: FİZİKİ TƏRBİYƏ, ÇAĞirişAQƏDƏRKİ hazirliq və MÜLKİ MÜdafiƏ



Yüklə 101,19 Kb.
tarix24.12.2023
ölçüsü101,19 Kb.
#192668
Mövzu I. MM rolu və vəz.MMTX təşkl.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ


FAKÜLTƏ: PEDAQOJİ


KAFEDRA: FİZİKİ TƏRBİYƏ, ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ
VƏ MÜLKİ MÜDAFİƏ


FƏNN: MÜLKİ MÜDAFİƏ VƏ İLK TİBBİ YARDIM

MÖVZU: I MÜLKİ MÜDAFİƏNİN ROLU VƏ VƏZİFƏLƏRİ.
MÜLKİ MÜDAFİƏNİN TİBB XİDMƏTİNİN TƏŞKİLİ
(kredit 6)


PLAN: 1. Mövzunun məqsəd və vəzifələri
2. Mülki müdafiənin vəzifələri və qurma prinsipləri
3. Mülki müdafiənin xidmətləri, qüvvələri və onların
təyinatı
4. Mülki müdafiə tibb xidmətinin təyinatı və vəzifələri
5. Mülki müdafiə tibb xidmətinin qüvvə və vasitələri


İSTİFADƏ OLUNAN ƏDƏBİYYATLAR
1. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi. Bakı 2010.
2. A.Musayev. Mülki müdafiə tibb xidmətinin təşkili. Bakı 2008.
3. R.Əkbərov, H.Həsənov, V.Məhərrəmov, S.Əliyev. İlk tibbi yardım. Bakı 2015.
4. N.Ələkbərli. İlk tibbi yardım qaydaları. Bakı 2009.
5. H.O.Ocaqov. Zəhərli maddələr və onlardan mühafizə. Bakı 2008.
6. M.T.Maksimov, H.O.Ocaqov. Radioaktiv çirklənmələr və onların ölçülməsi. Bakı. 2009.
7. A.P.Hacıyev. Medisina katastrov. Leninqrad 2000.
8. P.Genin. Zaşita naseleniya ot orujiya massovoqo porajeniya. Moskva 2000.
GƏNCƏ - 2021
FÖVQƏLADƏ HALLARLA MÜBARİZƏDƏ DÖVLƏTİN
ROLU MÜLKİ MÜDAFİƏ, ONUN VƏZİFƏLƏRİ VƏ

QURMA PRİNSİPLƏRİ

İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal al­mışdır. Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sənaye kompleksində qəza­ların, təbii fəlakətlərin sayı xeyli artmışdır.


Elmi-texniki tərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə elmi-texniki və istehsalat fəaliyyətinin miqyasının geniş­lənməsi, onların istismarında riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə yaradırlar.
Bütün bunlarla əlaqədar gələçək mütəxəssislərə müasir silahla­rın tətbiqi zamanı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini təmin etmək biliyi, baçarığı vermək lüzumi günün vaçib məsələsidir.
Mülki müdafiə (MM) insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qonması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafizəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin mini­mum dərəçəyə qədər azaldılmasını araşdırmalı, dinç və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nətiçələrini aradan qal­dırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin- amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qə­zalarının nətiçələrilə mübarizədə xeyli artmışdır.
Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES-də, dəmir yolunda, qəza təhlükəli kimyəvi maddələrdən istifadə olunan müəssisələrdə baş verən qəzalar və tez-tez baş verən təbii fəlakətlər və s.) fövqəladə hadisələr göstərir ki, indi mövçud olan şəraitdə in­sanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək ücün, insanların psixoloji, mənəvi çəhətdən əsaslanmış səmərəli for­mada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır, xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndir­mək lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.
Azərbayçan Respublikasının Prezidenti 1992-çi il iyulun 31-də “Azərbayçan Respublikasının Mülki müdafiəsi haqqında Əsasna­məmin təsdiq edilməsi barədə 73 saylı fərmanı və 1998-çi il aprelin 18-də “Mülki müdafiə haqqında” Azərbayçan Respublikası Qanunu­nun (30 dekabr 1997-çi il, № 420-İQ) tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır. Azərbayçan Respublikasının FHN haqqında əsasnamə (19.IV.2006-çı il № 394), Azərbayçan Respublikası FHN- nin MM Qoşunları haqqında əsasnamə (29.12.2006-çı il № 511) və s. Yuxarıda deyilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır. Yeni Əsasnamə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə or­qanlarının, içtimai təşkilatların, eləçə də məsul şəxslərin və bütün və­təndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
Azərbayçan Respublikasının Mülki müdafiəsi - sülh və müha­ribə dövrlərində respublikanın ərazisində əhali və təsərrüfat obyekt­lərini təbii fəlakətlərin, həmçinin güçlü qəzaların netiçələrinden, ha­belə müasir qırğın vasitələrinin (bundan sonra “təbii fəlakətlərin, güçlü qəzaların nətiçələri və müasir qırğın vasitələrinin təsiri” ifadəsi - “fövqədadə hallar” adlandırılaçaq) təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətən­daşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sis­temidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbayçan Respub­likasının Fövqəladə Hallar Nazirliyinin orqanları yerinə yetirir. Bu­raya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, on­ların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə ye­tirilməsini təşkil edirlər.
Azərbayçan Respublikası FHN MM üzrə əsas vəzifələri aşağı­dakılardır.
fövqəladə halların nətiçələrindən əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi;
sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı ücün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;
fövqəladə halların nətiçələri aradan qaldırılarkən qəza-xi­lasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;
FHN-nin orqanlarının rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazır­lanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;
sülh və müharibə dövrlərindəki fövqəladə hallarda təsərrüfat sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müda­fiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həya­ta keçirilməsində iştirak etməkdir.
Sadalanmış vəzifələrin hamısı vaçibdir və kompleks həll edil­məlidir.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm içra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
Yeni qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbayçan Res­publikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbayçan Respublikasının Prezidenti həyata keçirir. Azərbayçan Respublikası­nın Mülki Müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçir­məyə daim hazır olması üciin məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirməsi­ni təşkil etmək, habelə içraya nəzarət məqsədilə Respublika Fövqə­ladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.
Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:
Naxçıvan Muxtar Respublikasında - Muxtar Respublikanın Baş Naziri;
şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə - müvafiq içra hakimiyyəti başçıları və onların nümayəndələri;
təsərrüfat birliklərdə və obyektlərdə - onların rəhbərləri və sahibkarları.
Mülki müdafiənin vəziyyəti ücün həmin şəxslər tam məsu­liyyət daşıyırlar və bu, onların vəzifə borçuna daxildir. Onlar rəhbər­liyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirirlər.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onlann içrasına nəzarət ücün yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təşkilin­də vaçib rola malikdir və əsas mərhələdir.
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti ücün bu obyektin rəhbəri (direktor, rek­tor) məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin yerinə yetirilmə­si barədə müəssisə rəhbərinin əmr və sərənçamiarını obyektin bütün vəzifəli şəxsləri hökmən içra etməlidirlər.
Obyektlərdə mülki müdafiə - fəhlə, qulluqçu, gənçləri, tələbə­ləri (şagirdləri) qabaqçadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi ücün şərait ya­ratmaq və vaxtında qəza-xilasetmə və digər təxirəsalınmaz işlər (QX və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nətiçelərini ləğv etmək ücün yaradılır.
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təçhizat, qərargah üzrə və s.) olur.
Obyektin mülki müdafiə rəhbərliyinin yanırıda mülki müdafiə Qərargahı yaradılır; Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzro bütün əməli fəaliyyə­tin təşkilatçısıdır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir (şəkil 1.16).
Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məq­sədlə qüvvə və vasitələr hazırlamaq, qəza xilasetmə və digər təxirə­salınmaz işlər aparılarkən mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək

ücün yerlərdə mülki müdafiə xidmətləri yaradılır.



Obyektlərdə xidmətlərin vaçib rolu vardır. Onlar obyektin şö­bələri, təşkilat və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rə­isləri obyektin baş mütəxəssisləri, istehsalat rəhbərlərindən təyin edi­lir.


Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlə­rin həçm və xüsusiyyətlərini, xidmət yaratmaq ücün lazımi maddi ba­zanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla müvafiq içra hakmiyyəti başçılarının qərarı və obyekt rəhbərlərinin əmrləri ilə ya­radılır. Mülki müdafiənin əsas xidmətləri bunlardır: rabitə və xəbər­darlıq; tibbi; yanğından mühafizə;
- içtimai asayişi mühafizə; sığınaçaq və daldanaçaqlar; mühəndis; avtomobil nəqliyyatı; maddi-texniki təçhizat; tiçarət və energetika; kimya və radiasiyadan mühafizə və s.
Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı obyektlərində bunlardan baş­qa kənd təsərrüfatı heyvanlarını və bitkilərini mühafizə xidməti də yaradılır.


Mülki müdafiə xidmətləri, qüvvələri,
onlarIn təyinati və yaradIlmasi
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrin­dən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müda­fiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və içra haki­miyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə çəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
Mülki müdafiə qüvvələri FH-m nətiçələrini aradan qaldırarkən QX və DTİ yerinə yetirmək, bu işləri təmin etmək, eləçə də mülki müdafiə üzrə başqa vəzifələri içra etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayça ən böyük hissələridir.
Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşməmiş ümumi və xüsusi mülki müdafiə dəstələri bilavasitə həmin orqan rəhbərlərinin sərənçamı ilə fəaliyyət göstərir.
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi-istehsalat prinsipi üzrə Naxçıvan Muxtar Respublikasında, rayonlarında, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır.
Mülki müdafiə dəstələri əmin-amandıq dövründə ayrı-ayrı tə­sərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla, texniki



Mülki müdafiənin vəzifələri
və strukturu
Mülki Müdafiə sülh və müharibə şəraitində mülki əha­linin, xalq təsərrüfatı obyektlərinin kütləvi qırğın silahla­rından və düşmən hücumundan qorunması, eyni zamanda zədə ocaqlarında aparılan xilasetmə işlərini həyata keçirən ümumdövlət tədbirlərinin tərkib hissəsidir. MM qarşısında aşağıdakı vəzifələr durur:
Mülki əhalini kütləvi qırğın silahlarının təsirlərindən və düşmən hücumundan qorumaq;
Hərbi dövrlərdə xalq təssərüfatı obyektlərinin normal iş rejimini təmin etmək;
Təbii fəlakət, iri qəzalar zamanı təxirəsalınmaz xila­setmə və bərpa işlərini həyata keçirmək və sairə.
Bu kimi vəzifələrin həyata keçirilməsi üçün əvvəlcədən bir sıra tədbirlər həyata keçirilməlidir. Belə ki, öncə əhali­nin kütləvi qırğın silahlarından mühafizəsi üçün sığınacaq­lar tikilməli, fərdi mühafizə vasitələr ehtiyatı yaradılmalı və onlardan istifadənin əhaliyə öyrədilməsi, əhalinin şəhərətra­fı əraziyə təxliyyəyə hazırlanması və onlara ilk tibbi yardı­mın öyrədilməsi təşkil olunmalıdır.
İdarə, təşkilat və iri sənaye obyektlərinin hərbi dövr­lərdə normal iş rejiminin təşkili üçün müxtəlif tədbirlər nə­zərdə tutulmuşdur. Belə ki, fəhlə və qulluqçular üçün sığı­nacaqlar tikilməsi, avadanlıq və dəzgahlarm nüvə silahının zədələyici təsirlərindən mühafizəsi, xilasetmə tədbirləri əla­qədar olaraq Mülki Müdafiənin qüvvə və vasitələri, idarə­etmə qurumları əvvəlcədən hazırlanması mühüm vəzifələr­dən biridir. Bu tədbirlərin vaxtında həyata keçirilməsi əha­linin xilas edilməsinə, xəsarətalmışlara tibbi yardımının gös­tərilmə və onların ocaqlardan təxliyyə olunmasına müsbət təsir edir. Ona görə ocaqlarda fasiləsiz kəşfiyyatın aparılması, MM qüvvə və vasitələrinin xilasetmə işlərinə daha tez cəlb edilməsi, xidmətlər və qərargahlar arasında əlaqənin qüzgün təşkili çox vacibdir.
Mülki Müdafiənin fəaliyyətini şərti olaraq 3 dövrə ay­rılır.

  1. Sülh dövrü.

  2. Düşmən hücumu, təbii fəlakət və iri qəza təhlükəsi dövrü.

  3. Düşmən hücumu, təbii fəlakət və iri qəzanın nəticə­lərinin aradan qaldırılması dövrü.

Fəaliyyətin 3 dövrə ayrılması işlərin həcmi və xarakte­ri, eyni zamanda müxtəlif şəraitdə tədbirlərin ardıcıllığı ilə izah olunur. Mülki Müdafiə ərazi-istehsalat prinsiplərinə görə təşkil olunur. Bütün tədbirlərin planlaşdırılması və ke­çirilməsi şəhər, rayon, idarə və təşkilatlar üzrə həyata keçi­rilir.
Azərbaycan Respublikasının hər bir vətəndaşı fovqaladə hallarda keçirilən bütün tədbirlərdə fəal surətdə iştirak etməli və Mülki Müdafiə işini ümumixalq işi hesab etməlidir.


Mülki Müdafiənin strukturu.
Mülki Müdafiənin strukturunun əsas elementlərinə rəhbərlik, qərargahlar, komissiyalar və MM-in qüvvələri aiddir.
Rəhbərliyə bütün səviyyələrdə MM üzrə rəislər aiddir. Onlar özündən yuxarı rəislərin göstərişini gözləmədən əha­linin, obyektlərin kütləvi qırğın silahlarından mühafizəsini təşkil etməli, düşmənin hücum təhlükəsi zamanı əhalini xə­bərdarlıq etməli və düşmən hücumunun nəticələrinin ara­dan qaldırılmasını təşkil etməlidir.
Mülki Müdafiə qərargahları hər bir idarə və təşkilat tərkibində yaradılır və əsas idarəetmə orqanı sayılır. Qərar­gahlar rayon və şəhər Mülki Müdafiə rəislərinə və Mülki Müdafiə rəisləri isə yuxarı qərargah rəislərinə tabedir və öz işini onların qərarları əsasında qurur.
Fövqaladə Hallar üzrə komissya şəhər və rayon icra hakimiyyətləri nəzdində yaradılır və komissyamn sədri icra başçılarının 1-ci müavinidir. Bu komissyalarm tərkibinə bütün xidmətlərin nümayəndələri daxildir.
Mülki Müdafiə tərkibində bazaların sayı və yerli şərai­tə uyğun olaraq aşağıdakı xidmətlər yaradılır: sığınacaq, rabitə, yanğından mühafizə, tibbi, mühəndis, kimyəvi və radiasiya əleyhinə, nəqliyyat, kommunal-texniki, ictimai asayişin qorunması, ictimai iaişə, bitki və heyvanların mühafizəsi və başqaları. Hər bir xidmət xüsusi tapşırıqları yerinə yetirilməsi üçün qüvvə və vasitələrə malikdir. Xidmət rəisi vəzifələrinə icra strukturlarının müvafiq şöbə rəisləri təyin olunur.
Mülki Müdafiə qüvvələrinə birləşmələr, müəssisələr və hərbi hissələr aiddir. Mülki Müdafiənin əsas qüvvəsi idarə və təşkilatlar hesabına yaradılan hərbiləşdirilməmiş birləş­mələrdir. Hərbiləşdirilməmiş birləşmələr idarə və təşkilat­larda fəhlə və qulluqçuların hesabına yaradılır. Bu zaman kişilər üçün 16-dan 50 yaşa, qadınlar üçün 16-dan 55 yaşa qədər yaş senzi qoyulur. Bu birləşmələrə I-II qrup əlilər, hamilə qadınlar, 2 yaşa qədər uşağı olan qadınlar qəbul olunmurlar. Birləşmələr zəruri əmlak və nəqiliyyat vasitələ­ri ilə təmin edilməlidir və 2 qrupa ayrılır:

  1. Ümumi təyinatlı birləşmələr;

  2. Xidməti birləşmələr;

Ümumi təyinatlı birləşmələrə komanda, qrup, xilas­edici və mexanikləşdirilmiş dəstələr aiddir.
Xidməti birləşmələr ocaqda xüsusi tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Rabitə qrupları, yanğın əleyhinə komandalar sığmacaqlara xidmət göstərən qruplar, avto dəstələr, ictimai asayişi qoruyan komandalar, sanitar post və sanitar drujinalar, kənd rayonlarda flora və faunanın mühafizəsi qrupları xidməti qruplara aiddir.
Mülki Müdafiə Tibb Xidmətinin Təşkilatı quruluşu
Mülki Müdafiə Tibb Xidmətinin təyinatı və vəzifələri.


Fövqəladə Hallar yarananda tibb xidmətinin təşkilində və tədbilrərin keçirilməsində meydana çıxmış bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır:

  • kütləvilik, əhali içərisində eyni vaxtda çoxlu sayda sa­nitar itkilər, müxtəlif xarakterli zədələnmələr, yeni pa­tologiyaların meydana çıxması;

  • Mülki Müdafiə Tibb Xidmətinin şəxsi heyəti arasında itkilər, tibbi müəssisələrin iş rejiminin pozulması;

  • rayon və şəhərlərdə tikili və qurğuların dağılması nə­ticəsində tibbi müəssisələrin yenidən açılması və fəa­liyyət göstərməsinin çətinliyi;

  • su mənbələrinin, ərzaq ehtiyatlarının və geniş ərazilərin zəhərləyici maddələrlə və bakterial vasitələrlə çirklən­məsi;

  • ocaqlarda MM-in keçirdiyi toplanış-təxliyyə tədbirləri nəticəsində sanitar-epidemioloji şəraitin gərginləşməsi;

  • düşmən hücumu nəticələrinin aradan qaldırılması za­manı qüvvə və vəsaitlərin idarə olunmasının çətinliyi;

Yuxarıda göstərilənləri nəzərə alaraq MMTX ocaq­larda müalicə-təxliyyə təminatını yüksək səviyyədə təşkil etməlidir.
MMTX-in fəaliyyətində əsas təşkili prinsiplər aşağı­dakılardan ibarətdir:

  1. MMTX səhiyyənin fəaliyyət göstərən baza və müəssisələrində yaradılır (ərazi-istehsalat prinsipi).

  2. Mülki Müdafiə Tibb Xidmətinin qurumları istənilən ocaqda işləmək qabiliyyətinə və geniş manevr forma­larına malik olmalı (universal hazırlıq prinsipi).

  3. Tibb Xidmətinin hər bir qurumu və müəssisəsi müəyyən olunmuş tapşırıq və ya funksiyanı yerinə yetirməlidir (funksional təyinat prinsipi).

  1. Xəsarətalmışlara ocaqlarda ilk tibbi yardımın gös­tərilməsində əhalidən özü-özünə və ya yoldaşına qarışılıqlı yardım qaydası əsasında istifadə etmək, sanitar post və sanitar drujinamn təşkili, ilk tibbi yardımın göstərilməsi üçün zəruri vasitələrlə təmin olunmalı və vasitələrdən istifadə qaydalarının öy­rədilməsi təşkil olunmalıdır.

MMTX müalicə-təxliyyə təminatının əsasını xəsarə- talmışlarm iki mərhələli sistem təşkil edir və aşağıda göstə­rilən tibbi yardım növləri nəzərdə tutulmuşdur.

  1. ilk tibbi yardım;

  2. ilk həkim yardımı;

  3. təkmilləşdirilmiş tibbi yardım;

  4. ixtisaslaşdırılmış tibbi yardım;

MMTX Fövqəladə Hallar Nazirliyi tərkibindədir, zə­rurət olduqda səhiyyənin mövcud baza və müəssisələrində fəaliyyət göstərir, əsas təyinatı təbii fəlakət, iri qəzalar və kütləvi qırğın silahlarının tətbiqi zamanı tibbi təminatın həyata keçirilməsidir.
Mülki Müdafiə Tibb Xidmətinin aşağıda göstərilən və­zifələri vardır:

  1. Xəsarətalmışlara vaxtında və tam həcmdə, yəni bütün növ tibbi yardımların göstərilməsi, əlillik və ölüm hallarının azaldılması, sağlamlığın və əmək qabiliyyətinin bərpası üçün müalicənin təşkili.

  2. İnfeksion xəstəliklərin baş verməsi və əhali içəri­sində yayılmasının qarşısım almaq, FH-lar zamanı ərzaq və su ehtiyatlarına nəzarət etmək, ətraf mühitdən sınaqlar götürmək.

  3. Düşmənin kütləvi qırğın silahı tətbiqi etməsi ilə əlaqədar olaraq Mülki Müdafiənin hərbiləşdiril- məmiş qurum və müəssisələrinin şəxsi heyətinin sağlamlığına təsir edə biləcək təsirləri aradan qal­dırmaq və ya neytrallaşdırmaq.

Bu vəzifələri yerinə yetirmək üçün sülh dövründə Mülki Müdafiə Tibb Xidməti əhalinin mühafizəsi tədbirlə­rinin planlaşdırılması, idarəetmə orqanlarının hazırlanma­sı, tibbi müəssisələrinin yaradılması, təhcizatı, hərbi dövr­lərdə tibbi müəssisələrinin fəaliyyət göstərməsi üçün hazır­lanması, FH-da tibb xidmətinin digər xidmətlərlə və sə­hiyyə orqanları ilə əlaqəsinin işlənib hazırlanması, əhalini ilk tibbi yardım vasitələri ilə təmin etmək və xəsarətalma hallarında ilk tibbi yardımın öyrədilməsinin təşkili məsələ­lərinin həlli ilə məşğul olur.
Fövqəladə Flallar Nazirliyinin tibb xidməti rəisi ölkə ərazisində yaranmış fövqəladə hallarda tibbi təminata ca­vabdeh şəxsdir.


Mülki Müdafiə Tibb Xidmətinin qüwə və
vasitələri.
Tibb Xidmətinin qüvvələrinə tibbi müəssisə və tibbi qurumlar aiddir və 2 yerə ayrılır.

  1. Obyektlər, idarə təşkilat üzrə-sanitar post (SP), sa­nitar drujina (SD)

  2. Ərazi üzrə tibbi müəssisələr-İlk Həkim Yardımı Dəs­təsi, (İHYD), Səyyari Epidemiya əleyhinə Dəstə (SEƏD), İxtisaslaşdırılmış Tibbi Yardım Briqadası TTYB), İxtisaslaşdırılmış Tibbi Yardım Dəstəsi.

(İTYD), İxtisaslaşdırılmış Epidemiya Əleyhinə Briqa­da (İEƏB), Səhra İnfeksion Qospitalı (SİQ), Epidemioloji Kəşfiyyat qrupu (EKQ),
Sanitar post - SP - 4 nəfərdən ibarətdir, post rəisi və 3 nəfər sanitar drujinaçı.
Sanitar post üçün aşağıdakı təhcizat nəzərdə tutul­muşdur: sanitar çanta, aptekcə, sanitar xərəklər, yük üçün qayışlar, fərdi mühafizə vasitələri, Qırmızı Aypara və Xaç olan qol nişanları.
Sanitar post ekstremal şəraitdə xəsarətalmışiara ilk tibbi yardım göstərir.
Sanitar drujina 24 nəfərdən ibarətdir: komandir, siyasi işlər üzrə müavin, rabitəçi, sürücü və hərəsində 4 nəfər ol­maqla 5 manqası. Əsas vəzifəsi ocaqlarda yaralıların axta­rılması və ilk tibbi yardımın göstərilməsi, ocaqdan çıxarıl­maqla nəqliyyat vasitələrinə yüklənməsini həyata keçir­məkdən ibarətdir. Sanitar drujina İHYD və SEƏD-in tər­kibində ocaqlarda fəaliyyət göstərir və 1 saat ərzində 50 nə­fərə ilk tibbi yardım göstərə bilər. Bakterioloji ocaqlarda sanitar drujina 1500 nəfər arasında müşahidə aparmalıdır. Xəstəxanalarda isə sanitar drucina yaralı və xəsarətalmışla- ra qulluq etməlidir.
İlk Həkim Yardımı Dəstəsi (İHYD).
İHYD-si tibbi xidmətin əsas qurumlarından biridir. Bu qurum səhiyyənin xəstəxana, poliklinika və müəssisələ­rin tibbi-sanitar hissələrinin bazasında yaradılır. Əsas təyi­natı yaralı və xəstələrə ilk həkim yardımının göstərilməsidir. İlk həkim yardımı dəstəsi idarə və 8 şöbədən-qəbul çeşidlə­mə, əməliyyat sarğı, hospital, tibbi təxliyyə, hissəvi sanitar təmizləmə və ayaqqabı, paltarların dezaktivasiyası, tibbi təchizat, labaratoriya və təsərrüfat şöbələrindən ibarətdir. Ştatda 8 həkim, orta tibbi heyət, 2 sanitar drujina, sanitar­lar və təsərrüfat heyəti vardır. Dəstə tibbi təchizatında tib­bi, xüsusi və sanitar təsərrüfat əmlakı, elektrostansiya, ra­diostansiya, fərdi dozimetrlər, kimyəvi kəşfiyyat cihazı, xi­lasedici texnika və nəqliyyat vasitələrinə malikdir.
İxtisaslandırılmış Tibbi Yardım briqadası (İTYB) və İxtisaslandırılmış Tibbi Yardım Dəstəsi (İTYD) kinik pro­filli elmi-tədqiqat inistitutları, tibb universitetləri, həkimləri təkmilləşdirmə inistitutlarmm bazasında yaradılır. İTYB və İTYD-in əsas vəzifəsi şəhərkənarı zonada yaralı və xəstələr təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardım göstər­mək ibarətdir. Heyəti 5 nəfər, 2 həkim, 2 orta tibbi heyət və sürüjüdən ibarətdir. Tibbi təjhizatı təkmilləşdirilmiş və ixti­saslaşdırılmış tibbi yardımın tələbatına uyğun olmalıdır.
Səyyari Epidemiyaəleyhinə Dəstələr (SEƏD).
SEƏD epidemiologiya, gigiyena və mikrobiologiya inistitutlarmm bazasında yaradılır. SEƏD-in əsas vəzifəsi fövqaladə vəziyyət elan olunmuş ərazidə sanitar-gigiyenik və epidemiyaəlyhinə tədbirlər həyata keçirməkdən ibarətdir və tərkibində idarə və 3 şöbə var: sanitar-epidemioloji, la­boratoriya və dizenfeksiya şöbəsi. Laboratoriya şöbəsinin tərkibində bakterioloji, sanitar-kimyəvi və radioloji bölmə­ləri və 1 sanitar drujina var. Dəstə dizenfeksiya-duşxana avtomobili və ya qurğusu, laboratoriya əmlakı, dozimet- riya aparatları, fərdi mühafizə vasitələri və avtonəqilyyatla təmin edilir.
İxtisaslaşdırılmış Epidemiyaəleyhinə Briqada (İEƏB).
Taunəlehinə stansiya və ya institutların bazasında ya­radılır. Əsas vəzifəsi bakterioloji ocaqda epidemiyaəleyhinə kompleks tədbirlər təşkil etməkdir və 2 şöbədən: epidemi­yaəleyhinə və bakterioloji şöbələrdən ibarətdir Briqadaya rəis və siyasi işlər üzrə müavin rəhbərlik edir.
Səyyari İnfeksion Hospital (SİH).
İnfeksion xəstəxanaların bazasında yaradılır və yolu­xucu xəstəliklərin stasionar müalicəsi üçün nəzərdə tutulmuş­dur. Tərkibində qəbul-diaqnostika, 2 müalicə şöbəsi (bağırsaq və tənəfüs infeksiyası), kliniki bakterioloji və bakterioloji la­boratoriya, aptek, dizenfeksiya - yuyucu qurğular və kömək­çi hissələr var. Hospital rəhbərliyində rəis, siyasi işlər üzrə müavin və təsərüfat üzrə köməkçi ştatı var.

Epidemioloji Kəşfiyyat Qrupu (EKQ).
Bu qurum epidemiologya və mikrobiologiya müəssisə­lərinin bazasında yaradılır və tərkibində epidemioloq, feld- şer, laborant və sürücü-sanitar vardır. Qrup ocaqlardan və ətraf mühitdən müxtəlif müayinə materialları götürür. Təhcizatmda sınaq götürmək üçün müxtəlif dəstlər və 1 ədəd avtonəqliyyat vardır.
Fövqəladə hallar zamanı tibb xidmətinin müəssisələri aşağıdakılardır:

  1. Baş xəstəxana;

  2. Çoxprofilli xəstəxana;

  3. Profilləşdirilmiş xəstəxanalar (travmataloci, tera­pevtik, torako-abdominal, infeksion, psixonevroloji)

  4. Qan köçürmə stansiyaları;

  5. Sanitar-epidemioloji stansiyalar;

  6. Tibbi təhcizat orqanları;

Mülki Müdafiə Tibb Xidmətinin əmlakı 3 yerə ayrılır:

  1. Tibbi əmlak;

  2. Sanitar-təsərrüfat əmlakı;

  3. Xüsusi əmlak.










Yüklə 101,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin