2. Xarəzmşah Cəlaləddinin Azərbaycanı zəbt etməsi
2.1 Cəlaləddinin Azərbaycana daxil olması:
Azərbaycana monqolların vurduğu yaraları sağaltmamış yeni bir işğalçının hücumuna məruz qaldı. Beləki, monqollar Xarəzmşah Məhəmmədi məğlub etdikdən sonra onun oğlu Cəlaləddin atasının dağılmış qoşunlarını toplayıb Çingiz xana qarşı mübarizəyə başladı. Lakin bu mübarizənin səmərəsiz olduğun gördükdə bəxtini başqa ölkələrdə sınamaq qərarına gəldi. Onun qoşunları İrana, Azərbaycana və qonşu ölkələrə soxuldu. 1225-ci ildə Azərbaycana hücum edən Cəlaləddin Marağa şəhərini tutdu. O, əhalinin rəğbətini qazanmaq üçün monqolların dağıtdığı Marağa şəhərinin bərpası ilə bağlı əmr verdi. Şəhərdə bir sıra abadlıq işləri görüldü.
Dostları ilə paylaş: |