Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti


Azərbaycan Hülakülər dövlətinin tərkibində



Yüklə 73,41 Kb.
səhifə7/9
tarix30.12.2021
ölçüsü73,41 Kb.
#49280
1   2   3   4   5   6   7   8   9
Rəvan Səfərov Tarix

5.Azərbaycan Hülakülər dövlətinin tərkibində

Hülakü dövləti Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliyyət göstərdi (3, s. 23). Hülakü dövlətinin təsisi və uzun müddət mövcud olması Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına-onun hüdudlarının sabitliyinə, dilinə və s. təsir göstərdi. Tari xən əlverişli coğrafi şəraiti, gözəl iqlimi və zəngin təbii sərvətləri

olan Azərbaycan Hülakü dövlətində mühüm yer tuturdu. Onlar Azərbaycanı Hülakü dövlətinin mərkəzi vilayətinə, Marağanı, Təbrizi, Sultaniyyəni, yenidən Təbrizi paytaxt şəhərinə çevirdilər.

Hülakü dövlətinin bütün əraziləri Azərbaycandan-Təbrizdən idarə olunurdu. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi. Azərbaycana Arran, Şirvan, Şəki, Muğan, Qarabağ, Qaradağ, Naxçıvan, Güştasfi, Arasbar əraziləri daxil idi. Təxmini hesablamalar bu dövrdə Azərbaycan ərazisinin 250 min kv km

olduğunu göstərir. Hülakü xan geniş əraziyə malik dövlət təşkil etdikdən sonra köçmə zadəganlara arxalanaraq ali hakimiyyət orqanlarını, hərbi və siyasi işləri, vilayətlərin idarəsini şahzadələrin və məşhur əmirlərin arasında böldü. Şahzadə Yuşmut Arranın hakimi təyin olundu. Hülakü dövləti nə qədər qüvvətli olsa da,

köçmə feodalların qüvvətlənməsi mərkəzi hakimiyyətə qarşı mübarizəni gücləndirdi. Elxanilərlə Cuci nəslindən olan Qızıl Ordu xanları arasında Azərbaycan ərazisi uğrunda müharibə gedirdi. Qızıl Ordu xanları Azərbaycanın Çingiz xanın vəsiyyətinə görə Batı xanın payına düşdüyünü iddia edirdilər. Qızıl Ordu xanı Bərkə 1263-cü ildə sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana yeritdi. Dərbənd şəhəri tutuldu. Lakin 1265-ci ildə Elxanilər Qızıl orduluları ölkədən qova bildilər. Qızıl Ordu xanlarının 1288 və 1290-cı illərdə yürüşləri də bir nəticə vermədi. Hakimiyyət uğrunda gedən mübarizə Qazan xanın (1295-1304) Qarabağda Hülakü dövlətinin padşahı elan olunması ilə nəticələndi. O, yerli feodallarla əlaqəni möhkəmləndirmək naminə İslam dinini qəbul etdi, adını dəyişdirərək Mahmud adını götürdü. Arranda Arslan oğlunun başçılığı ilə Qazan xana sui-qəsd təşkil edildi. Sui-qəsdin üstü açıldı və onun təşkilatçıları edam olundu. 1297-1298-ci illərdə Azərbaycanın şimalında Taycu oğlunun qiyamını Qazan xan yatıra bildi və mərkəzi dövləti qüvvətləndirdi. Qazan xandan sonra Hülakü dövlətinin taxt-tacına sahib olmuş qardaşı Məhəmməd Olcaytu

onun siyasətini davam etdirdi. Onu əvəz edən oğlu, 12 yaşlı Əbu Səid (1316-1335), dövlət idarəsindən kənarda qaldı (3, s. 24). Olcaytunun vəsiyyətinə görə dövlət işlərinin idarəsi Sulduz qəbiləsindən olan baş əmir Çobana həvalə olundu. Əmir Çoban faktiki hökmrana çevrildi. Bundan feodal qruplar narazı oldular. Qonşu dövlətlər də Elxanilərə qarşı mübarizəyə qalxdılar. 1318-ci ildə Xorasanda iğtişaş baş verdi. Qızıl Ordu Hülakü dövlətinə hücuma keçdi, Kür çayının sahillərinə kimi gəldi. Hülakülər əsas qüvvələrini Azərbaycana topladılar və rəqiblərini geri çəkilməyə məcbur etdilər. Şimal sərhədlərini möhkəmləndirdilər. Əmir Çoban bu qələbədə mühüm rol oynadı. Buna baxmayaraq, ölkədə feodal çəkişmələri güclənirdi. Əmir Çobana qarşı açıq mübarizə gedirdi. 1319-cu ildə Gürcüstanda başlanan qiyam Azərbaycanda davam etdi. Naxçıvan qiyamçıların iqamətgahına çevrilmişdi. Onlar Təbrizə, oradan da Sultaniyyəyə getdilər. Qiyamçılarla Əbu Səidin qüvvələri arasında döyüş oldu. Əbu Səid qiyamçıları darmadağın etdi, bu igidliyinə görə ona Bahadır ləqəbi verildi. Əmir Çobanın rəhbərliyi ilə 1319- cu 1325-ci illərdə Qızıl Ordu dövlətinə yürüşlər təşkil olundu və müvəffəqiyyət əldə edildi. Çoban Elxanilər dövlətinin idarəsini bütövlükdə öz əlinə almışdı. Oğlanlarını isə bir sıra vilayətlərə hakim təyin etmişdi. Əbu Səid nəinki siyasi, həm də iqtisadi cəhətdən çobanlardan asılı idi. 20 yaşlı Əbu Səid Çobana qarşı mübarizəyə başladı. O, 1328-ci ildə Çobanı və onun oğullarından ikisini edam etdirdi. 1334-cü ildə Sultaniyyədə baş verən üsyan çətinliklə yatırıldı. 1335-ci ildə ölkə Qızıl orduluların hücumlarına məruz qaldı (8, s. 327). Əbu Səid 60 minlik qoşunla Arrana gəldi. Qızıl Ordu xanı geri çəkilməyə məcbur oldu. Bu zaman Əbu Səid arvadı tərəfindən zəhərlənərək öldürüldü. Özbək xan Kür çayına kimi irəlilədi. Yeni hökmdar Arpa xan rəqibi ölkədən qovdu. Sultan Əbu Səidin ölümü ilə Hülakü dövləti getdikcə tənəzzülə uğradı. Bu zaman “Hülakülər səltənətinin mühafizəsi” adı altında Çobanilər, Cəlairilər, Xorasan əmirləri və Şirvanşahların mübarizəsi başladı.


Yüklə 73,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin