2.3 Cəlaləddinin mövqeyinin zəifləməsi və Azərbaycanı tərk etməsi:
Əhali Cəlaləddinin siyasətindən narazı qaldığı üçün ondan üz döndərdi. 1225-1231-ci illərdə Azərbaycanın müxtəlif yerlərində baş vermiş çıxış və üsyanların səbəbi Cəlaləddinin idarəçilik orqanlarının üzərinə ağır vergi qoyması oldu. Cəlaləddin İraqda olarkən Təbriz əhalisi üsyan etdi. Bunun səbəbi vəzirin vergiləri artırması idi. Təbrizə qayıdan Cəlaləddin üsyanı çətinliklə yatırtdı.
1231-ci ildə Gəncədə Cəlaləddinə qarşı böyük üsyan baş verdi. Sənətkar Bəndərin başçılıq etdiyi üsyançılar şəhəri ələ keçirib şəhər hakiminin iqamətgahını dağıtdılar. Şəhərə daxil ola bilməyən Cəlaləddin üsyançılara çoxlu vədlər verdi. Danışıqların iştirakçısı olan şəxs yazırdı ki, bu vədləri dağlar, daşlar belə eşitsə idi yumşalardı. Cəlaləddin hiylə yolu ilə müdafiəçilərin şəhərdən çıxıb açıq döyüşü qəbul etmələrinə nail oldu. Açıq döyüşdə üsyançılar məğlub oldular.
Üsyan başçılarından 30 nəfər edam olundu. Bəndər isə işgəncə ilə öldürüldü.
Cəlaləddinin Azərbaycanda möhkəmlənə bilmədi, bunun da səbəbi uğursuz daxili və xarici siyasət, əhali arasında etibarın itirilməsi Cəlaləddini məcbur etdi ki, 1231-ci ildə Azərbaycanı tərk etsin və Diyarbəkirə getsin.
Bu ərəfədə 2-ci Monqol ( Tatar ) axını başladı. İraq ərazsini çəkilən Cəlaləddin İraqda öldürüldü. Beləliklə Cəlaləddin öz planını həyata keçirə bilmədi. Lakin, Azərbaycana hücumlar edən və Azərbayca əhalisini qarət edən Gürcü feodallarına vurduğu zərbə nəticəsində gürcülər bir daha özlərinə gələ bilmədilər.
Dostları ilə paylaş: |