2.2 Atabəylərin süqutu. Cəlaləddinin Azərbaycanı işğal etməsi:
Marağada abadlıq işləri gördükdən sonra Cəlaləddin Təbrizə doğru irəlilədi. Atabəy Özbək ailəsini şəhərdə qoyub əvvəlcə Gəncəyə, sonra isə Naxçıvana Əlincə qalasına qaçdı. Cəlaləddin Təbrizin müdafiəçilərini dilə
tutmaq üçün vədlər versə də, şəhərin müdafiəçiləri ona inanmadılar. Bir həftə şəhər uğrunda qanlı döyüşlər getdi və nəhayət Cəlaləddin şəhərə daxil ola bildi. Beləliklə,1225-ci ildə Atabəylər (Eldənizlər) dövlətinə son qoyuldu.
Təbrizdən sonra Cəlaləddin Gəncəyə doğru hərəkət etdi. Gəncə hakimi Cəmaləddin Qumi şəhəri Cəlaləddinin sərkərdəsi Urxana müqavimətsiz təslim etdi. Digər Arran şəhərləri də Cəlaləddinin hakimiyyətini müqavimətsiz
qəbul etdilər. Cəlaləddin Gürcüstana olan yürüşdən sonra Gəncəni öz iqamətgahı seçdi və Azərbaycanın idarə edilməsini vəziri Şərəf əl-Mülkə tapşırdı.
Cəlaləddinin məqsədi tutduğu ərazilərdən qüvvə toplamaq, monqollara qarşı vuruşmaq və ata-baba mülklərini geri qaytarmaq idi. Lakin onun apardığı fasiləsiz müharibələr, yeritdiyi siyasət əhalinin narazılığına səbəb oldu. Cəlaləddin Azərbaycanda əhaliyə arxalana bilmədi. Vəzri Şərəf əl-Mülk ilə vilayət hakimləri arasında çəkişmələr gücləndi.
Dostları ilə paylaş: |