Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universitetiNİn kolleci


Hindistan xalqları arasında sаycа ən çохu hindi, tеluqi



Yüklə 97,79 Kb.
səhifə2/2
tarix31.12.2021
ölçüsü97,79 Kb.
#49512
1   2
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Hindistan xalqları arasında sаycа ən çохu hindi, tеluqi, mаrаthа, bеnqаl, qucаrаt, kаnnаrа, pəncаblаr və bаşqа xalqlardır. Hindlilərin bir еtnоs kimi fоrmаlаşmаsındа farslar, ərəblər, türklər, əfqаnlаr, ingilislər iştirak etmişlər.

Hindistan xalqlarının və irqi elementlərinin təsviri kifayət qədər mürəkkəb məsələdir. Bura daim dünyanın müxtəlif yerlərindən gələn fərqli etnosların qovuşduğu, qarşılaşdığı ərazi olmuş, bu prosesdə müharibələr, təqib, iqtisadi faktorlar mühüm rol oynamışdır. Fərqli irqi xüsusiyyətlərə malik etnoslar burada məskunlaşmış, qaynayıb-qarışmış, bu qarışıqlardan lokal xüsu- siyyətlərə malik xalqlar yaranmış, Hindistanda rəngarəng insan cəmiyyətinin formalaşmasına gətirib çıxarmışdır.



  1. əsrin əvvəllərində Hindistana səyahət etmiş, məşhur azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvani bu ölkədə yaşa- yan xalqlar haqqında yazır: “...Əhalinin bəzisi göyümtül, bə- zisi qəhvəyi, bəzisi ağ üzlüdür…Dilləri hind dilləridir. Dillə- rində ərəb, fars sözlərinin qarışığı vardır. Yeyib-içib gəzməyi çox sevəndirlər. Mövhumata çox inanırlar. Bəziləri illər boyu bir küncdə oturub sehrbazlıqla məşğul olur. Ümumiyyətlə, qo- naqsevəndirlər, xüsusilə səyyahlara böyük hörmət bəsləyirlər. Zülm və əziyyətdən uzaq gəzirlər. Əslində, eyş-işrətdə, musiqidə heç kim onlara çata bilməz (“Bustanüs səyahə”). Şirvani

hind xalqının musiqisinə də yüksək qiymət vermişdir. Məşhur səyyah Hindistanın tarixindən də çox geniş bəhs edir və burada əsasən padşahlar haqqında danışır.

Şirvani Hindistanda müxtəlif xalq və tayfanın yaşadıqları əra- zilər barədə məlumat verir: 1. Əfqan tayfaları Kabildə Sinddə,

  1. Bəluclar Sind şəhəri ətrafında. 3. Sənqan tayfası Lahur, Kəşmir və Pəncabda. 4. Rocputlular Mal və başqa yerlərdə. 5. Benqal Dəkən, Küçərat və Hindistanın başqa bu kimi böyük, səfalı, döv- lətli yerlərində isə xaricilər hökmranlıq edir. 6. Mərhətə tayfası Bürhanpur Dövlətabadda hökmranlıq edir. 7. Heydərabad- da Nizamülkün övladı hakimdir. Əyrəkabad, Bidro və Təlnək də oraya tabedir. Şirvani sonra yazır ki, yuxarıda göstərilənlərdən başqa, 10-a qədər tayfa heç bir hökumətə tabe olmadan köçəri həyat sürür.

Hacı Zeynalabdin Şirvani bildirir ki, hazırda Hindistanda “hindi” adlı bir tayfa yaşayır. Onların xüsusi adət və ənənələri vardır. Həmin tayfa Kəlkəttənin bir-iki ağac mənzilliyində olan limanın ətrafında yaşayır. Qanq çayı da oradan keçir, buradakı liman şəhərdə 4 min ev vardır. Hind çayının sahillərində “hu” adlanan tayfa yaşayır, orada həmin adda liman da vardır. Səyya- hın fikrincə, “hind” sözü bu iki tayfanın adlarının birləşməsin- dən əmələ gəlmişdir. Sonralar bu tayfaların ayrılması nəticəsində hoquli tayfası, sonrakı parçalanmalarda isə hütək, həyatələ, hilmən (hirmən) tayfaları yaranmışdır. Hacı Zeynalabdinin qeydlə- rinə görə Əfqanıstanın böyük çaylarından olan Hilmənd (kiçik bir hissəsi İran sərhədi boyunca axır) adı da hilmənd tayfasının adından götürülmüşdür.

Hindistan irqləri, etnosları daim həm şərq, həm də qərb tə- dqiqatçılarının diqqətini cəlb etmişdir. İngilis alimi Risley 1890- cı ildə elmi əsasda, yəni antropolometrik texnika ilə Hindistan xalqlarının irqi təsnifatını aparmışdır. O, 1901-ci ildə ingilis kolonial hökuməti tərəfindən əhalinin siyahıya alınması komissiyasına rəhbər təyin olunmuşdur. Risley siyahıya alınma haqqında he sabat sənədini “Hindistan xalqları” adı altında 1915-ci ildə təqdim etmişdir. O, hind əhalisinin 7 irqdən ibarət olması nəticəsinə gəlmişdir. Bu qruplaşdırma aşağıdakı kimi təqdim olunmuşdur.



    1. Türk-İran tipi: Bu tipə Bəlucistan əhalisi sərhəd əyalət- lərin (müasir Pakistan da) əhalisi aiddir.

    2. Hind-ari tipi: Pəncablılar, racputa, cats kəşmiri khatri- sin müəyyən qrupları bu tipə aiddir.

    3. Skif-dravid tipi: Bu tipin ən yaxşı nümunələri Maratha Brahamins Coorgs əhalisidir.

    4. Ari-dravid tipi:Uttar Pradeş, Racastan Bihar əhalisi bu tip üçün ən yaxşı nümunədir.

    5. Monqol-dravid tipi: Benqal brahminləri Kayasta əhalisi bu tipin nümunələridir.

    6. Monqol tipi: Assam, Nepal, Birma əhalisi bu tipə aiddir.

    7. Dravid tipi: Bu tipə Tamil Nadu, Andhra Pradeş, Madhya Pradeşin şimal hissəsi, Çhotanaqpur əhalisi aiddir.

Hind antropoloqu Nadem Hasnain Risleyin təsnifatının qərəzli fikirlər və ixtiyari nəticələr, reallıqla uzlaşmayan yanaşma olduğunu bildirir.

İkinci təsnifatı Haddon irəli sürmüşdür. O, Hindistanı coğrafi baxımdan üç yerə ayırmışdır, onun yanaşmasına görə, bu hind xalqını irqi baxımdan izah edir. Bu üç coğrafi region aşağıdakı- dır: 1) Himalay, 2) Hindistanın şimal düzənlikləri, 3) Dekkan.

Hindistanın coğrafi regionlar üzrə müvafik əsas etnik ele- mentləri aşağıdakılardır:1) Hind-ari monqoloid, 2) Hind-əfqan, catilər və racputlar, 3) Neqrito- protodravid, Cənubi Braçhuce- pal və Şərqi Braçhucepal. Haddonun təsnifatı fiziki əlamətlərə, adət və ənənələr, dil və geniş yayılmış folklora görə aparır. O, hind əhalisinin irqi elementlərini bu “sübutlar” əsasında müəyyənləşdirir. Hind antropoloq Nadeem Hasnainə görə, bu təsnifat yalnız tarixi baxımdan əhəmiyyətlidir.

Alimlərin sırasında hind antropoloq B.S.Quhanın tədqiqat- ları xüsusi yer tutur. O, irqi təsnifatın müəyyənləşməsində elmi kriteriyaya əsaslanmışdır. Bu təsnifat 1931-ci ildə siyahıyalma zamanı aparılan antropometrik sorğulara söykənir. Bu irqlərin antropometrik texnika ilə müəyyənləşdirilməsində mühüm təcrü- bə idi. Sağlam elmi metoda əsaslanan üsul bu günə qədər ən geniş yayılmış və məqbul irqi təsnifat hesab olunur. Bu üsul daim Hin- distan əhalisinin öyrənilməsində istifadə olunur. Tədqiqat nəti- cəsində Quha Hindistan xalqı arasında braxikefal tipin dominant təşkil etdiyini müəyyənləşdirmişdir. Onun təsnifatı əvvəlki ümu- mi yanaşmalara uyğun deyildi. Quhanın təsnifatı alimlər tərəfin- dən təsdiqlənmişdir. Quha Hindistanda 3 əsas irqi tipin olmasını müəyyənləşdirmişdir: neqroid, proto-avstraloid və monqoloid. Ümumi rəyə görə, monqoloid irqi elementləri Hindistanda daha gec məskunlaşmışdır.

Neqroid və proto-avstraloid irqinin mənşəyi ilə bağlı faktiki olaraq, müxtəlif rəylər vardır. De Quarterefages (1877) və Quha belə mövqedə idi ki, neqroid irqi Hindistanda məskunlaşan ilk irq olmuşdur və belə fikir irəli sürmüşdür ki, ola bilsin ki, neqroid irqi Malaziyadan gəlmişdir. Bu irqə Veda dönəmində Şri-Lan- ka, Kadar, İrula, Kurumba, ümumiyyətlə, Cənubi Hindistanda rast gəlinir. Proto-avstraloid irqinin xüsusiyyətlərinə məxsus skelet qalıqları Harappa sivilizasiyasının mühüm şəhərlərindən olan Mohenco Daro ərazisində tapılmışdır. Son illərdə aparılmış tədqiqata görə isə, neqroid irqinə mənsub ibtidai insanlar Afri- ka-Ərəbistan-İran yaylası yolu ilə Hindistana gedib çıxmışlar.



Ədəbiyyat Siyahısı

Əliyev B.F.Hindistanın tarixi-etnoqrafik baxımdan öyrənilməsində Hacı Zeynalabdin Şirvaninin rolu. ADU//Beynəlxalq Münasibətlərin Aktual Problemləri. 2013, №1, s.3-12



Hüseynov İ, Əfəndiyeva N. Qədim dünya mədəniyyəti. Bakı:- Mars-print NPM, 2009. 432 səh. (s 151-157)



Yüklə 97,79 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin