6
kimyəvi məhsullar verir. Kimya təbiətdə olan təbii xammalların emal üsullarını
işləyib tətbiq etməklə xalq təsərrüfatını təbiətdə olmayan maddələrlə təmin edir.
Ölkəmiz tükənməyən kimyəvi xammallarla zəngindir.Neft, daş kömür, filizlər,
təbii qazlar, mineral duzlar və bir çox başqaları xalq təsərrügatına lazım olan
kimyəvi məhsullara emal olunur.
Məsələn, koks olmadan müasir metallurgiya proseslərini və onunla bağlı
maşınqayırma sənayesini təsəvvür etmək olmaz. Neftdən alınan benzin, liqroin və
digər mühərrik yanacaqları olmazsa, təyyarə və avtomobil nəqliyyatının hərəkəti
mümkün deyildir. Kimyəvi metodlarının köməyi ilə müxtəlif əldə edilir ki, bu da
ölkənin sənayeləşdirilməsinin əsasıdır.
Yanacaqların emalında yüksək molekul kütləli sintetik qatranlar, sintetik
kauçuklar və sintetik liflər alınır.
Sintetik materialların kənd təsərrüfatı xammallarına əlavə edilməsi müxtəlif
geyimlərin, ayaqqabıların, parçaların istehsalını artırmaqla yanaşı, həm də onlara
gözəl xarici görkəm, yüksək keyfiyyət və s. verir. Belə materiallardan hazırlanmış
geyim əşyaları daha davamlı və iqtisadi cəhətdən əlverişli olur.
Digər kimyəvi məhsullar da böyük əhəmiyyətə malikdir. Məsələn, təbii qaz
və ya kömür, su və havadan istifadə etməklə kimya zavodlarında ammonyak və
nitrat turşusu alınır ki, bu da azotlu gübrələr istehsalının əsasını təşkil edir. Nitrat
turşusu əsasında müxtəlif sintetik materiallar, partlayıcı maddələr, boyaqlar və s.
istehsal olunur.
Ağacı kimyəvi emal etməklə kağız, plastik kütlələr, ipək, sirkə turşusu, metil
və etil spirtləri, aseton və s. kimi qiymətli məhsullar alınır.
Hazırda kimya sənayesi ən ucuz təbii xammallardan çöx qiymətli kimyəvi
məhsullar alır. Məsələn, adi xörək duzundan xlorid turşusu, soda, kaustik soda,
xlor və s. alınır. Xörək duzu tətbiq etməklə alüminium, şüşə, sabun, kağız,
pambıq və ipək parçalar, plastik kütlələr, süni liflər və s. almaq mümkündür.
İndiki şəraitdə xalq təsərrüfatının kimyalaşması xüsusi əhəmiyyət kəsb edir.
Kimyalaşma dedikdə - kimyəvi maddələrin, proseslərin və metodların xalq
təsərrüfatına tətbiqi başa düşülür.Müasir kənd təsərrüfatının intensiv inkişaf
etdirilməsi üzvi və mineral gübrələrin tətbiqi olmadan mümükün deyil. Bundan
başqa, kimya sənayesi bitkiləri xəstəlikdən və zərərvericilərdən qoruyan zəhərli
kimyəvi maddələr istehsal edir. Artıq kimya sənayesi 40 min adda müxtəlif
kimyəvi məhsul istehsal edir.
Dostları ilə paylaş: