4
2. Verilmiş aparatda texnoloji proseslərin təkmilləşdirilməsi;
3. Çətin proseslərin mexanikləşdirilməsi;
4. Proseslərin idarəolunmasının avtomatlaşdırılması;
5. Dövri (fasiləli) proseslərin fasiləsiz proseslərlə əvəz edilməsi;
6. Kimyəvi proseslərin tam getməsinin təmin edilməsi;
7. Reaksiya sürətinin artırılması.
Göstərilən faktorlardan bəzilərini nəzərdən keçirək.
Mexanikləşdirmə
– insanın fiziki əməyinin maşınla əvəz edilməsinə deyilir.
Avtomatlaşdırma dedikdə, bilavasitəinsan iştirak etməyən, lakin onun nəzarəti
altında işləyən cihazların tətbiq edildiyi istehsal prosesləri başa düşülür. Prosesin
avtomatlaşdırılması əsasən 3 cihazın birgəiştirakı iləmümkün olur: ölçü cihazı,
tənzimləyici cihaz vəicraçı cihaz. Ölçü cihazı texnoloji rejimin hər hansı bir
parametrini ölçərək tənzimləyici cihaza bu haqda məlumat göndərir. Tənzimləyici
cihaz ölçülmüş parametri verilmiş göstərici ilə müqayisə edir və düz gəlmədiyi
halda icraçı cihaza komanda verir. Kimya sənayesində ölçü cihazı, adətən, ya
temperaturu, ya reagentlərin qatılığını, ya da qazın (mayenin) çıxışdakı və girişdəki
sürətini ölçür. İcraçı cihaz ölçü cihazının işini sanki yoxlayır və düzgün olmayan
halda nəzarətçiyə məlumat verir. Beləliklə, prosesin avtomatlaşdırılması onun
səhvsiz və verilmiş proqram əsasında yerinə yetirilməsinə imkan yaradır. Mürəkkəb
proseslərdə elektron hesablama cihazlarından istifadə edilir. Elektron hesablama
maşınları prosesin gedişi haqqında müxtəlif ölçü cihazlarından məlumat alır,
optimal şəraiti hesablayır və icraçı cihaza komanda verir. Hazırda kimya
sənayesində kibernetika geniş yer tutur.
Müasir şəraitdəistehsal texnologiyasının avtomat idarə-etmə sistemi ilə idarə
olunması problemi əsrin ən vacib məsələlərindəndir. Dövri proseslərin fasiləsiz
proseslərlə əvəz edilməsi intensivləşdirmənin əsas amillərindən biridir.
Dostları ilə paylaş: