13
oksidləri, az miqdarda hidrogen sulfit, sulfit və sulfat anhidridi, bəzi üzvi qarışıqlar da
olur.
Səth suları əsasən çay, göl və dəniz sularından ibarətdir. Bu suların tərkibində
mexaniki və digər qarışıqlar daha çoxdur. Səth sularında həmişə kalsium –
hidrokarbonat, maqnezium – hidrokarbonat, natrium – hidrokarbonat və kalium –
hidrokarbonat, sulfat və xloridlər və s olur.
Məişətdə və texnikada istifadə olunan sularda mezaniki qarışıqların, həll olan
duzların, qazların və mikroorqanizmlərin miqdarı müəyyən olunmuş limitdən çox
olmamalıdır.
Suyun əsas keyfiyyət göstəriciləri onun codluğu, ümumi duzluluğu, şəffaflğı,
oksidləşmə qabiliyyəti və kimyəvi reaksiyalarından ibarətdir. Codluq dedikdə suyun
tərkibində olan kalsium maqnezium ionlarının ona verdiyi xüsusi xassələt toplusu başa
düşülür. Suyun codluğu üç cür olur: müvəqqəti , daimi və ümumi codluq.
Müvəqqəti codluq fiziki üsullarla aradan qaldırıla bilən codluqdur. Belə suda
kalsium və maqneziumun bikarbonatları olan və suyu qaynatdıqda onlar asanlıqla
sudan ayrılır.
Ca(HCO
3
)
2
= CaCO
3
↓ + H
2
O
+CO
2
MgH(CO
3
)
2
= MgCO
3
+ H
2
O
+CO
2
MgCO
3
+ H
2
O = Mg(OH)
2
↓ + H
2
O
+CO
2
Daimi codluğa malik olan suda kalsium və maqneziumun xloridləri, sulfatları,
nitratları və silikatları olur. Ümumi codluğu, suda olan kalsium və maqneziumun bütün
duzları – xloridləri, sulfatları, bikarbonatları, nitrat və silikatları yaradır.
Dostları ilə paylaş: