Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»


Nitrat turşusunun istehsal texnologiyası



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Nitrat turşusunun istehsal texnologiyası 
Nitrat turşusu – çox böyük əhəmiyyəti olan mineral turşulardan biridir.
Kimya sənayesində istehsal həcminə görə nitrat turşusu sulfat turşusundan sonra 
ikinci yerdədurur. Nitrat turşusu sənayedə və kənd təsərrüfatında istifadə olunan bir 
çox məhsulların istehsalında istifadə olunur:
Ümumi istehsal olunan nitrat turşusunun 40% -i mürəkkəb vəazotlu mineral 
gübrələrin alınmasına sərf olunur;
Nitrat turşusu sintetik boyalar, partlayıcı maddələr, nitrolaklar, plastik kütlələr,
sintetik dərman maddələri və s. alınmasın da geniş istifadə olunur. Qatılaşdırılmış 
nitrat turşusu (xüsusilə10% H
2
SO
4
əlavə edilməklə) adətən polad sistemlərdə (bir sıra 
mayeləri saxlamaq və daşımaq üçün böyük çən, vaqon və ya avtomobil) daşınır.
Laboratoriya təcrübələrində adətən 65%-li nitrat turşusundan istifadə olunur. 
Sənayedə nitrat turşusunun iki növündən istifadə olunur: durulaşdırılmış 50–60% -li 
və qatılaşdırılmış 96–98% -li nitrat turşusu.


23 
Əvvəllər nitrat turşusunu Çili şorasına sulfat turşusu təsir etməklə alırdılar. Hal-
hazırda nitrat turşusu sintetik amonyakdan alınır və əsasən dəazotlu gübrələrin emalına 
sərf olunur.
Nitrat turşusunun istehsal üsulları: 
Nitrat turşusu sənayedə üç üsulla istehsal olunur:
1. Sulfat üsulu;
2. Ammonyakın katalitik oksidləşməsi üsulu;
3. Qövs üsulu.
Sulfat üsulu ilənitrat turşusunun alınması
– Bu üsulla nitrat turşusu almaq
üçün natrium şorası (NaNO
3
) qatı sulfat turşusu ilə çuqundan hazırlanmış 
retortlarda qarışdırılaraq qızdırılır. Alınan nitrat turşusu buxarları soyuduculardan
keçdikdə mayeləşir və qəbuledicilərə toplanır. Reaksiya aşağıdakı tənlik üzrə
gedir:
2NaNO
3
+ H
2
SO
4
→ Na
2
SO
4
+ 2HNO
3
Alınan turşunun qatılığı 96 – 98% olur. Bu üsulla alınan turşu təmiz olur. Lakin 
natrium şorasının ehtiyat mənbələrinin məhdudluğunu və sənayenin əksər sahələrində 
tətbiq olunan sulfat turşusunun çox işləndiyini nəzərə alaraq XX əsrin
əvvəllərindən başlayaraq bu üsulla nitrat turşusu almırlar.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin