Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Xlor istehsalına nəzarət. 
Xlor təbiətdə sərbəst halda rast gəlmir, amma onun başqa elementlərlə
birləşmələri geniş yayılmışdır. NaCl, KCl, MgCl və s. Xlor onun birləşmələrindən
kimyəvi və elektrokimyəvi üsulla almaq olar. 
Kimyəvi 
üsullar hidrogen xloridin (HCl) müxtəlif oksidləşdiricilərlə
oksidləşməsinə əsaslanır. Mis: manqan 4- oksidlə və ya NaCl - un nitrat turşusu
ilə parçalanması. 
Reaksiya aşağıdakı kimi gedir. 
4HCl + MnO
2
= Cl
2
+ MnCl
2
+ 2H
2

HCl katalizatorun iştirakı ilə 400
0
C havanın oksigeni ilə oksidləşməsindən
xlor alınır. 
4HCl + O
2
= 2Cl
2
+ 2H
2

NaCl və ya KCl - in HNO
3
ilə parçalanması ( nitrozil xlorid üsulu) zamanı
xlorla yanaşı uyğun nitrat və nitrozil xlorid alınır. 
3NaCl + 4HNO
3
= Cl
2
+ 3NaNO
3
+ NOCl + 2H
2



25 
Elektrokimyəvi üsulla xlorun alnması qələvi metalların xloridlərinin suda
məhlullarının və ya xloridlərinin ərintilərinin elektrolizinə əsaslanır. Burada eyni
zamanda birinci halda xlor, hidrogen və qələvi ( NaOH ), ikinci hald yüngül
metallar və xlor alınır. Qələvi metalların xloridlərinin suda məhlullarının
elektrolizi sənayedə 1890 - cı illərdən tətbiq edilir. Hal - hazırda istehsal olunan
xlorun 99% bu üsulla alınır. Qələvi metalların duzu suda yaxşı həll olur və
elektrik cərəyanını yaxşı keçirir. Buda imkan verir ki, az həcmdə məhluldan
aşağı gərginliklə cərəyan buraxmaqla elektroliz prosesi aparılsın. Bu üsulla yüksək
qatııqlı və təmiz xlor və eyni zamanda NaOH və ya KOH və H
2
alınır. NaCl
suda məhlulunun elektrolizi zamanı 1ton xlor, 1,139ton NaOH və 300m
3
H
2
alınır. Xlor və qələvinin elektrokimyəvi üsulla istehsalı sənayedə 2 üsulla aparılır. 
1. Bərk poladdan katod istifadə etməklə. 
2. Katod kimi maye civədən istifadə etməklə. 
Hər iki üsulda qrafit anoddan istifadə olunur. Bu iki üsul prinsipcə bir - 
birindən katodda gedən proseslə fərqlənirlər. Bərk katodda hidrogen ionlarının
yüklənməsi, gedir və məhlulda qələvi alınır. Civə katodda natrium ionları yükünü
verəcək civə ilə amalqama əmələ gətirir. 
Xlor və qələvi istehsalatı aşağıdakı proseslərdən ibarətdir: 
1. Duz məhlullarının ( NaCl + H
2
O) hazırlanması və təmizlənməsi 
2. Elektroliz, xlorun qurudulması və nəql edilməsi. 
3. Xlorun mayeləşməsi 
4. Elektrik qələvisinin buxarlandırılması 
Xlor: Adi şəraitdə xlor sarı - yaşıl rəngli kəskin boğucu iyli qazdır. Adi
şəraitdə qazşəkilli xlorun sıxlığı 3,214q/l, hava nisbətdə sıxlığı 2,486. Atmosfer
təzyiqində və -34,1
0
C - də xlor maye xlora çevrilir. Sıxlığı 1,5575q/sm
3
. -101,5
0
C -
yə kimi soyutduqda xlor bərk hala keçir. Xlor suda yaxşı həll olur. 10
0
C və 
760mm civə sütünunda 1l suda 9,97q xlor həll olur. Nisbətən aşağı temperaturda
doymuş məhlulda kristalhidratlar əmələ gətirir. Cl

∙ 8H
2
O xlor suda həll olduqda
bir hissəsi su ilə reaksiyaya girir
Cl
2
+ H
2
O = HCl + HOCl 
və bu xlorlu su adlanır. 
Xlor aktiv kimyəvi elementdir, bir çox kimyəvi reaksiyayalara daxil olur.
Metallarla, xüsusilə qələvi metallarla, oksidlərlə, hidroksidlərlə birləşir. 
H
2
+ Cl
2
= 2HCl 
Düz düşən günəş şüası və yüksək temperaturda xlor hidrogen qarışığı 4% - 
dən 96% - ə kimi H
2
xlorda H
2
olduqda partlayır. Xlor kimya sənayesinin vacib
məhsullarından biridir və böyük miqdarda istehsal olunur. Xlor zəhərli və sterilizə
etmək xüsusiyyətinə malik olduğu üçün ondan içməli suyun və tullantı suların
dezinfeksiyasında istifadə olunur. Xlordan tekstil və selliloza - kağız sənayesində
ağardıcı kimi istifadə olunur. Xlor, xlor üzvi maddələrin istehsalında geniş istifadə


26 
olunur. Metanın xlorlaşması nəticəsində alınan metil xlorid, metilenxlorid,
xloroform və karbon 4 - xlorid yaxşı həll edicilərdir və bir çox qiymətli
məhsulların, polimer materiallar üçün xammaldır. 
Doymuş karbohidrogenləri xlorlaşdırmaqla qiymətli həll edicilər və
tetraxloretilen, dixlor etan kimi üzvi yarımfabrikat məhsullar alınır. Polivinil
xlorid və onun birgə polimerləri elektroizolyasiya məhsulu kimi geniş istifadə
olunur. 
Xlor, kənd təsərrüfatında istifadə olunur zəhərli kimyəvi məhsulların - DDT,
heksaxloran istifadə olunur. Xlor, parafin karbohidrogenlərin (C
12
- C
18
)
xlorlaşdırmaqla sintetik yuyucu vasitələrin istehsalında geniş istifadə olunur. 
Xlorun mayeləşməsi. 
Xlor ilə dəfə 1823 - cü ildə Faradey tərəfindən mayeləşdirilib. Maye xlor
yağlıtəhər tünd - yaşıl rəngli mayedir, atmosfer təzyiqində -34,1
0
C - də qaynayır.
Xlor asan mayeləşən qazdır. Onu adi və yüksək temperaturda mayeləşdirmək olar.
Temperatura qalxdıqca uyğun olaraq mayeləşmə təzyiqidə yüksəlməlidir.
Mayeləşmə üçün qəbul olunan qaz xlorun tərkibində Cl
2
-
96% - dən az, H
2
- 1% 
dən çox, nəmlik isə 0,1% - dən çox olmamalıdır. 
Sənayedə xlorun mayeləşməsinin üç üsulu vardır. 
1. Yüksək təzyiqdə: 12at. təzyiqdə süni soyutmadan istifadə etmədən. 
2. Dərin soyutmaqla maeləşmə: 0,8at təzyiqdə - 35
0
C - 45
0
C temperaturda. 
3. Kombinə olunmuş üsul: 5at - ə kimi təziqdə -18
0
C - də aşağı olmayan
temperaturda. 
Üçüncü üsuldan istehsalatda geniş tətbiq olunur. Alınan maye xlorun qatılığı
99,5% - dən az nəmliyi 0,05% - dən çox olmamalıdır. 
Maye xlor xüsusi poladdan hazırlanmış 50t - luq tanklarda saxlanılır və 50t - 
luq dəmir yol çənlərində daşınır. Tanklar və dəmir yol çənləri əvvəlcədən 22,5at
təzyiqdə sınaqdan keçirilir. Az miqdarda maye xlorun saxlanması və daşınmasında
həcmi 40 - 60l olan polad balonlardan istifadə olunur.
Sanitar normalara əsasən xlorun işçi zonada havaya buraxılma miqdarı
0,001mq/l çox olmamalıdır. Xlorla zəhərlənən zaman etil spirtinin, efirin,
amonyakın buxarı ilə və oksigenlə nəfəs almaq almaq məsləhət görülür.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin