16
zərərvericilərinə qarşı mübarizə vasitəsi vədərman maddələri hazırlamaq üçün istifadə
olunur.
Elementar kükürdü kükürdlü filizlərdən əritməklə, yaxud filizi flotasiya etməklə
ayırırlar. Orta Asiyada tapılan kükürd yataqlarındakı kükürd filizində 40%, Qafqaz
filizində isə isə 20–30% kükürd olur. Kükürd yataqlarının dərinliyi bəzən 125– 130
metrəçatır. Daha dərin yataqlardan kükürd çıxarmaq üçün kükürd filizi yer altında
əridilir. Bu məqsədlə bir-birinin içərisindəola üçborulu aparat quraşdırılır.
Beləliklə, sulfat turşusu istehsalının xammal mənbələri olduqca müxtəlifdir.
Lakin buna baxmayaraq indiyə qədər sulfat turşusu istehsalında əsasən elementar
kükürd və dəmir kolçedanından istifadə olunur. İstilik elektrik stansiyalarının odluq
qazları və mis əritmə istehsalında alınan qazlardan məhdud istifadə olunmasına
səbəb həmin qazların tərkibində kükürd–4 oksidin qatılığının az olmasıdır. Bu
halda xammal balansında dəmir kolçedanının payı azalır, kükürdün payı isəartmağa
başlayır. Sulfat turşusu stehsalının ümumi sxemində ilk mərhələ xammalın
hazırlanması və onun yandırılmasıdır. Sulfat turşusunun tərkibi və istehsalın aparat
tərtibatı xammalın təbiətindən çox əhəmiyyətli dərəcədə asılıdır. Bununla da sulfat
turşusunun istehsa l texnologiyasını mürəkkəbliyini müəyyən etmək olur.
Dostları ilə paylaş: