Suyun yumşaldılması və duzlaşdırılması Suda həll olan və ona codluq verən duzların müxtəlif üsullarla çökdürülərək
sudan ayrılması prosesinə onun yumşaldılması deyilir.
Suyun onda həll olan duzlardan tamamilə və ya qismən azad olmasına onun
duzsuzlaşdırılması deyilir.
Suyun yumşaldılması üç üsulla həyata keçirilir: fiziki, kimyəvi və fiziki - kimyəvi
üsullar.
Fiziki üsul termiki (qaynama), distillə və dondurma üsullarından ibarətdir. Bu
üsullarla yalnız müvəqqəti codluq qismən aradan qalxır.
Kimyəvi üsul. Burada iki üsul tətbiq olunur: çökdürmə, kationdəyişmə.
Kimyəvi üsulla suyun yumşaldılması Ca və Mg duzlarını suda az həll olan
çöküntüyə keçirmə prinsipinə əsaslanır.
Fiziki – kimyəvi üsul. Bu üsulla suyu yumşaltmaqla yanaşı onu tamamilə
duzsuzlaşdırmaq da mümkündür. Fiziki – kimyəvi üsul iki qrupa bölünür:
1.Elektrokimyəvi üsul. 2. Ionit üsulu.
Elektrokimyəvi üsul elektrodializ və elektroosmos proseslərinə əsaslanır.
İonit üsulu daha çox yayılmışdır. Bu üsula iondəyişmə üsulu da deyilir.
Iondəyişmə üsulunu tətbiq etməklə suyu tamamilə duzsuzlaşdırmaq olur.
Iondəyişmə üsulu ionitlərin (çətin həll olan bərk maddələrin) xassələrinı əsaslanır.
Bu maddələr öz ionlarını suda həll olan duz ionları ilə mübadilə etmək qabiliyyətinə
malikdir.
Suyun keyfiyyətinə tələb olan şərtlər . Suyun təyinatından asılı olaraq ona olan
təlabat müxtəlif olur. Əgər təbii su bu təlabatları ödəmirsə onu uyğun üsullarla
təmizləyirlər.
Içməli su . Keyfiyyətli yaxşı içməli su sərin, xoş dadlı, şəffaf, rəngsiz, iysiz
olmalıdır. Içməli suda qarışıqlar məhdud olmalıdır. Suyun codluğu 6,4mqekv/l,
asılqanlar 1,5mq/l, Cl
-
, SO
4
2-
ionları 40 – 60mq/l, NO
3
-
ionu 20mq/l – dən çox
olmamalı, H
2
S, NO
2
, NH
4
+
olmamalıdır. Suyu turşulaşdıran üzvi maddələrin miqdarı 1l
– də O
2
mq –la ifadədə 3mq/l – dən çox olmamalı, pH = 6,5 – 9,5 olmalıdır. Suda olan
zəhərli və zərərli qarışıqlar təmizlənərək normaya uyğunlaşdırılır.