Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»


Kimya sənayesinin xammal mənbələri



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Kimya sənayesinin xammal mənbələri
Kimya məhsulları istehsalında xammal kimi təbii materiallar, yarımməhsullar
(yarımfabrikatlar) və istehsalat tullantılarından istifadəedilir. Təbii materiallar 
sənayedə və məişətdə istifadə olunan minerallar, külçələr və dağ süxurlarından 
ibarətdir.



Müxtəlif tərkibli bu cür faydalı qazıntılar sənayenin əsasını təşkil etməklə, ölkənin 
iqtisadiyyatında böyük əhəmiyyətə malikdir.
Yarımməhsullar müxtəlif istehsal sahələrinin xammalı hesab edilir və yeni
istehsal emalına məruz qalırlar. İstehsal prosesi zamanı qalıq məhsullar alınır.
Qalığın tərkibində olan faydalı maddələr təkrar istifadə olunmaq üçün bəzən yenidən 
istehsalata, yaxud prosesə qaytarılır. Belə hallarda qalıq dövr edən məhsul adlanır.
Əgər qalıqdan başqa bir məqsəd üçün istifadə edilərsə belə qalığa əlavə məhsul,
tamamilə istifadə olunmazsa ona tullantı deyilir.
Tullantılar istehsalatda tətbiq və istifadə olunmayan, lakin başqa müəssisələrdə 
xammal kimi istifadə olunan əlavə məhsullara deyilir.
Kimya sənayesində istifadə olunan xammal müxtəlif əlamətlərinə görə bir neçə 
qrupa bölünür:
1.Mənşəyinə görə: mineral xammal, bitki mənşəli xammal, heyvani xammal.
2.Aqreqat halına görə: bərk, maye və qaz halında olan
xammallar.
3.Tərkibinə görə: qeyri üzvi xammal, üzvi xammal.
Mineral xammal yerin dərin qatlarından çıxarılan faydalı qazıntılardır. Bunlar 3
qrupa bölünür: a) filizlər, b) qeyri filizlər, v) yana bilən xammal.
Filizlər dağ süxurlarıdır. Onlardan əksər hallarda metallar alınır. Bu məqsədlə 
dağ süxurlarından külçələr ayrılır. Bu külçələr qara metallar: Cu, Ni, Pb, Zn, Al, Mg, 
Ca, Co; nadir metallar: Sn, V, W, Bi, As, Hg, Mo, və s.; qiymətli metallar: Au, Ag, Pt,
İr, Os, Pd; radioaktiv metallar: U, Ra, Th almaq üçün əsas xammal mənbəyini təşkil 
edir.
Bəzi filiz emalı zamanı metallarla yanaşı bir sıra kimyəvi məhsullar da alınır. 
Məsələn, Cu, Zn vəNi alınan zaman eyni vaxtda sulfat turşusu da istehsal olunur.
Qeyri – filiz xammalı metalların alınması üçün yaramır. Odur ki, belə filizlərdən
kimyəvi, inşaat və başqa qeyri – metallik materiallar alınır. Belə filizlərə kükürd,
fosfor (fosfatlar), apatitlər, təbii kalium duzları, xörək duzu, qum, gil ilə zəngin
süxurlar aid edilir. Bunlar təbiətdə külli miqdarda tapılan müxtəlif xammal
olduqlarına görə sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində geniş istifadə 
edilir. NaCI, FeS
2
, BaSO
4
, kalium duzları, talk(Mg
3
Si
4
O
10
(OH)
2
), kaolin 
(Al
2
O
3
*2SiO
2
*2H
2
O), təbaşir, qrafit, rəngli gillər, almaz, korund (α-Al
2
O
3
), kvars
qumu və bunlara oxşar materiallar, asbest, slyuda, diatomit kimi t əbii xammallar xalq 
təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq olunur.
Bunlardan başqa bu qrupa daxil olan xammallardan zərgərlik işlərindəişlənən 
qiymətli vərəngli bəzək daşları, oda və turşuya davamlı maddələr və müxtəlif inşaat
materialları istehsalında istifadə edilir. Belə xammallar həmçinin müxtəlif gübrələr,
qələvilər, sement, şüşə və saxsı istehsalında da istifadə olunur.
Yana bilən mineral xammallara daş kömür, neft, torf, yanan şistlər, təbii 
qazlar vəs. aid edilir. Göstərilən xammallar müxtəlif növ kimyəvi məhsulların



alınması üçün ilkin mənbədir. Məsələn, daş kömürün emalı nəticəsində müxtəlif
boyalar, dərman preparatları, kimyəvi liflər, plastik kütlələr, gübrələr, yarımkeçirici
materiallar alınır. Yana bilən xammallardan biri də neftdir. Neftdən və onun emal
məhsullarından müxtəlif yanacaq növləri, liflər, sintetik kauçuk, plastik kütlələr, 
yuyucu maddələr vəs. alınır.
Ölkəmiz təbii qaz yataqları ilə də zəngindir. Qaz halında olan xammal təkcə 
yanacaq kimi sərf olunmur. Təbii və digər qazlardan gübrələr, plastik kütlələr, sintetik 
kauçuklar, kimyəvi liflər, laklar, əczaçılıq preparatları və s. alınır.
Bitki və heyvan mənşəli xammal öz tətbiqinə görə qida xammallarına və 
texniki xammala bölünür.
Qida xammallarına kənd təsərrüfatı məhsulları, meşə və balıq təsərrüfatı
məhsulları (kartof, şəkər çuğunduru, taxıl, piylər vəs.) aid edilir. Texniki xammallar 
qida maddələri kimi yaramayan xammallardır. Bu növ xammallara misal olaraq
pambığı, küləşi, dərini, yunu, müxtəlif balıq piylərini, heyvan sümüklərini və s. 
göstərmək olar.
Sənaye əhəmiyyətli xammallardan biri də hava və sudur. Hava azot və oksigen
almaq üçün tükənməz xammaldır. Havadan alınan azot və oksigen müxtəlif
maddələrin – gübrələrin, plastik kütlələrin, liflərin, nitrat turşusu və onun
duzlarının istehsalı üçün ilkin maddələr hesab edilir.
Su ən ucuz və tükənməz xammaldır. Sudan bilavasitə hidrogen və oksigen 
alınır. Bundan əlavə sudan bir sıra kimyəvi proseslərdə də istifadə olunur. Kimyəvi
reaksiyalarda su əsas reagentlərdən biri hesab edilir. Sudan sulfat və nitrat
turşularının, bir çox gübrələrin, qələvilərin və s. istehsalında istifadə olunur.
Ümumiyyətlə elə bir kimya sənayesi tapılmaz ki, orada sudan istifadə olunmasın.
Su bir sıra bərk, maye və qaz halında olan maddələrin həlledicisi hesab edilir.
Böyük kimya müəssisələrində gün ərzində sərf olunan suyun həcmi milyon kub 
metrlərlə ölçülür.
Xammaldan istifadə edərkən nəzərə almaq lazımdır ki, onun ehtiyatlarını tam 
qurtarmaq olmaz. Çalışmaq lazımdır ki, ucuz vəkeyfiyyətli məhsul almaq üçün xammal 
ehtiyatlarından səmərəli istifadə olunsun. Qiymətli xammal hesab edilən ayrı-ayrı 
elementlərin yer qabığında yayılması müxtəlifdir.
Yer qabığı kütləsinin 50% - əqədərini oksigen, 26% - ə qədərini isə silisium təşkil
edir. Üçüncü yeri alüminium (7,45%), dördüncü yeri dəmir (4,2%) tutur. Doqquz
element: O
2
, Si, AI, Fe, K, Na, Mg, Ca, və H
2
birlikdə yer qabığı kütləsinin 
98%- ini , qalan elementlər isəyalnız 2% - ini təşkil edir. Həyat üçün çox lazımlı
olan karbon elementi 0,35%, 76 element, o cümlədən geniştətbiq olunan qurğuşun, 
civə, arsen və başqaları birlikdə 0,06% təşkil edir.
Xammaldan səmərəli istifadə etmək məqsədilə ucuz xammal axtarmaq, ondan 
səmərəli və kompleks şəkildə istifadə etmək, zənginləşmiş xammal əldə etmək və 
tərkibində qida maddələri olan xammalı qida maddələri olmayan xammalla əvəz



etmək lazımdır. Ucuz xammalın axtarılması və onun tətbiqi müxtəlif üsullarla
həyata keçirilir. Hər şeydən əvvəl yerli xammaldan istifadə etmək daha əlverişlidir. 
Belə olduqda xammalı uzaq məsafələrə daşımaq lazım gəlmir və alınan məhsulun
maya dəyəri aşağı olur. Bəzi hallarda ilkin xammal kimi istehsalat tullantılarından
istifadə edilir. İstehsalat üçün ucuz və asan əldə edilən xammal daha əlverişlidir.
Uzun illər daş kömür bir yanacaq kimi, neft və qaz yanacaqlarından əlverişli
hesab edilirdi. Sonralar məlum oldu ki, neft və qaz qalıqsız yanır, onları borular
vasitəsilə bir yerdən başqa yerə daşımaq bir neçə dəfə asan və ucuz başa gəlir. Digər 
tərəfdən neftin istiliktörətmə qabiliyyəti daş kömürünkündən 3,5 dəfə, təbii qazınkı
isə təxminən 12 dəfə çoxdur. Daş kömürün bir yerdən başqa yerə daşınması
çətindir və baha başa gəlir. Daş kömür yandıqda neft və təbii qazlardan fərqli
olaraq külli miqdarda qalıq (şlak) qalır.
Hər hansı yanacaqdan istifadə etmək onun hansı rayonda olmasından asılıdır. Neft 
vəqazla zəngin olan rayonlarda əsas xammal kimi neft və qaz, ucuz daş kömürlə 
zəngin olan rayonlarda isə daş kömürdən istifadə etmək daha məqsədə uyğundur. 
Texnikanın inkişafı ilə əlaqədar olaraq indi istehsalat tullantıları və 
yarımməhsullarından daha geniş istifadə olunur. Bu, məhsulun maya dəyərini aşağı 
salır.
Xammaldan kompleks formada istifadə olunması ucuz məhsul əldə etməyə 
imkan verir. Xammaldan kompleks şəkildə istifadə etdikdə istehsalat tullantısı olmur,
yəni xammalın tərkibində olan faydalı materialın hamısından istifadə edilir. Buna 
misal olaraq neftin, daşkömürün təbii qazların, havanın, xörək duzunun, kükürdün,
filizlərin, fosforit və apatitlərin emalını göstərmək olar. Kompleks istifadə zamanı
xammalın sərfi azalır. Məsələn, gübrə istehsalı üçün emal olunan təbii qazdan
eyni zamanda kauçuk, sirkə turşusu, plastik kütlələr, kimyəvi liflər və başqa
məhsullar alınır ki, bunların hər biri üçün əlavəxammal tələb olunardı. Xammalın 
kompleks emal olunması böyük xalq təsərrüfatı əhəmiyyətinə malik olduğundan 
indi çox geniş miqyasda tətbiq olunur.
Xammalın kompleks emal olunmasına baxmayaraq, yenə dəmüəyyən miqdar 
sənaye tullantıları alınır. Həmin tullantılar müəssisələrdən çıxarılaraq ətrafdakı su
tutumlarını, havanı, ətraf mühiti vəs. zəhərləyir. Tullantıları zərərsizləşdirmək üçün
xüsusi təmizləyici qurğular tikilir. Kimyaçılar qarşısında tullantıları təkcə 
zərərsizləşdirmək məsələsi deyil, həm dəonun tərkibində olan faydalı komponentləri
ayırıb təkrar istehsalata qaytarmaq problemi dayanır. Bəzi tullantılar gübrəkimi 
işlədilə bilər. Məsələn, sulfat turşusu istehsalı zamanı alınan kolçedan yanığı torpağa 
verildikdə arpanın məhsuldarlığı artır. Polad istehsal edən və mis əridən
zavodlardan alınan şlak, sement zavodlarının tozları və s. də gübrə kimi tətbiq 
olunur.
Bir neçə komponentlə zəngin olan xammaldan istifadə etmək də böyük
əhəmiyyət kəsb edir. Belə xammaldan istifadə etmək onu ucuzlaşdırır və emalını 


10 
sadələşdirir. Bu halda alınan məhsulun keyfiyyəti daha yüksək olur. Kimya 
sənayesində tətbiq olunan xammal həmiş əzənginləşmiş olmur. Ona görədə xammal
emal edilməzdən qabaq zənginləşdirilir. Qida maddələrindən alınan xammalı
qeyri-qida maddələrindən alınan xammalla əvəz etmək böyük əhəmiyyətə malikdir. 
Son zamanlara qədər bir şox kimya məhsulları qida maddələrindən alındığından
milyon tonlarla taxıl, kartof, bitki yağı, heyvan piyləri və s. sərf olunurdu.
Məsələn, sintetik kauçuk istehsal etmək üçün xammal kimi etil spirti lazımdır. Bir 
ton etil spirti almaq üçün 10-11 ton kartof, yaxud 4 ton taxıl sərf olunur. Hazırda 
etil spirti etilendən alınır.
Beləliklə, bir sıra qiymətli maddələr istehsalında bitki və heyvani xammallar
sintetik maddələrlə tamamilə sıxışdırılmışdır. Belə olduqda məhsulun maya dəyəri
aşağı düşür, çünki qida maddələrindən alınan məhsulun maya dəyəri daha yüksək 
olur.
Əgər 20-30 il bundan əvvəll xalq təsərrüfatının mator yanacaqlarına, sürtkü
materiallarına və kimya xammallarına olan təlabatı neftin emal həçminin
artırılması hesabına ödənilirdisə, hal-hazırda neft hasilatının maya dəyərinin artması
yanaşmanın rasional olmadığını göstərir. Bu səbəbdən də qiymətli açıq neft
məhsulları çıxımının yüksəldilməsi və ağır neft qalıqları–mazut, qudron, vakuum–
qalıq və s. çıxımının azaldılmasına imkan yaradan daha təkmilləşdirilmiş neft emalı
texnologiyalarının işlənib hazırlanması nəzərdə tutulur. Müasir dövrdə bu ən
əlverişli istiqamətdir. Belə ağır qalıqların hidrokrekinq, hidrogenləşdirmə və 
kokslaşma kimi destruktiv proseslərlə dərin kimyəvi emalı maye yanacaqların
çıxımını artırmaqla və həmçinin də neft hasilatını artırmadan neft-kimya sənayesinin 
xammal ehtiyatlarının artırılmasına imkan yaradar. Neftin emal dərinliyi
göstəricisinin artırılması üçün destruktiv hidrogenləşdirici emal prosesləri gücünün
artırılması və tədricən də neftin əsaslı və dərin emal texnologiyalarının tətbiq olunması 
vacibdir.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin