Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»


Kimya texnologiyasının inkişafının əsas



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Kimya texnologiyasının inkişafının əsas
istiqamətləri
Hər bir aparat və ya qurğunun iş intensivliyi onların konstruksiyasının
təkmilləşdirilməsindən asılıdır. Aparatın iş intensivliyini artırmağın texnoloji metodu 
temperatur, təzyiq və qatılığın artırılması, katalizatorun tətbiq olunması və reaksiyaya 
daxil olan kütlənin qarışdırılmasından ibarətdir.
Lakin bəzi kimyəvi – texnoloji proseslərdə əksinə, temperaturun və qatılığın
aşağı salınması və prosesin vakuumda aparılması tələb olunur. Odur ki, texnoloji
proseslər mütləq temperatur ilə bir neçə yüz, min dərəcə intervalında aparılır. 
Təzyiq isə vakuumdan 2000 atm -ə qədər dəyişir. Göstərilən parametrlərin
dəyişməsi texnoloji prosesin və prosesdə iştirak edən reagentlərin xarakteri,
aparatların konstruksiyası və intensivləşmə faktorlarının effektivliyindən asılı olaraq
seçilir. İntensivləşdirmə müxtəlif yollarla əldə olunur. Bunlardan aşağıdakıları 
göstərmək olar:
1. Qurğu və aparatların konstruksiyalarının təkmilləşdirilməsi;



2. Verilmiş aparatda texnoloji proseslərin təkmilləşdirilməsi;
3. Çətin proseslərin mexanikləşdirilməsi;
4. Proseslərin idarəolunmasının avtomatlaşdırılması;
5. Dövri (fasiləli) proseslərin fasiləsiz proseslərlə əvəz edilməsi;
6. Kimyəvi proseslərin tam getməsinin təmin edilməsi;
7. Reaksiya sürətinin artırılması.
Göstərilən faktorlardan bəzilərini nəzərdən keçirək.
Mexanikləşdirmə 
– insanın fiziki əməyinin maşınla əvəz edilməsinə deyilir.
Avtomatlaşdırma dedikdə, bilavasitəinsan iştirak etməyən, lakin onun nəzarəti
altında işləyən cihazların tətbiq edildiyi istehsal prosesləri başa düşülür. Prosesin 
avtomatlaşdırılması əsasən 3 cihazın birgəiştirakı iləmümkün olur: ölçü cihazı, 
tənzimləyici cihaz vəicraçı cihaz. Ölçü cihazı texnoloji rejimin hər hansı bir 
parametrini ölçərək tənzimləyici cihaza bu haqda məlumat göndərir. Tənzimləyici
cihaz ölçülmüş parametri verilmiş göstərici ilə müqayisə edir və düz gəlmədiyi
halda icraçı cihaza komanda verir. Kimya sənayesində ölçü cihazı, adətən, ya 
temperaturu, ya reagentlərin qatılığını, ya da qazın (mayenin) çıxışdakı və girişdəki 
sürətini ölçür. İcraçı cihaz ölçü cihazının işini sanki yoxlayır və düzgün olmayan
halda nəzarətçiyə məlumat verir. Beləliklə, prosesin avtomatlaşdırılması onun 
səhvsiz və verilmiş proqram əsasında yerinə yetirilməsinə imkan yaradır. Mürəkkəb
proseslərdə elektron hesablama cihazlarından istifadə edilir. Elektron hesablama
maşınları prosesin gedişi haqqında müxtəlif ölçü cihazlarından məlumat alır, 
optimal şəraiti hesablayır və icraçı cihaza komanda verir. Hazırda kimya
sənayesində kibernetika geniş yer tutur.
Müasir şəraitdəistehsal texnologiyasının avtomat idarə-etmə sistemi ilə idarə 
olunması problemi əsrin ən vacib məsələlərindəndir. Dövri proseslərin fasiləsiz 
proseslərlə əvəz edilməsi intensivləşdirmənin əsas amillərindən biridir.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin