Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Kaliumlu gübrələrin istehsalı. 


31 
Kalium gübrələrini istehsal etmək üçün əsas xammal kimi təbii kalium
duzlarından istifadə edilir. Belə duzlardan silviniti KCl ∙ NaCl, karnalliti KCl ∙ 
MgCl
2
∙ 6H
2
O və s. göstərmək olar. Silvinitin tərkibində 25 - 30% KCl, 65 - 70% 
NaCl olur. Silvinitdən alınan KCl müstəqil gübrə kimi işlədilir, yaxud onun
əsasında kompleks gübrə istehsal olunur.
Silvinitdən alınan KCl üç növə ayrılır: 1) əla növ; 2) birinci növ; 3) ikinci növ. 
Bu üsulla alınan KCl - ə 60% - ə qədər K
2
O müvafiq gəlir. 
Kalium xlorid silvinitdən iki metodla: 1) halurgiya metodu ( həllolma
qabiliyyətinə əsaslanır); 2) flotasiya metodu. 
0 - 100
0
C intervalında natrium - xloridin həll olması təxminən dəyişmir. 
Kalium - xloridin həll olması isə temperaturun artması ilə artır. 
100
0
C - yə qədər qızdırdıqda kalium - xloridin həll olması natrium - xloridin
həll olmasından təxminən iki dəfə çoxdur. Doymuş məhlulu soyutduqda isə
qarışıqdan ancaq kalium - xlorid duzu ayrılır. Kalium - xlorid kristallarını
ayırdıqdan sonra məhlul yenidən 100
0
C - yə qədər qızdırılır. Bu məhlul kalium - 
xloridin doymamış, natrium - xlorid isə doymuş məhlulu olur. Bu yolla kalium - 
xloridlə natrium - xlorid bir - birindən ayrılır. 
Flotasiya metodu kalium - xloridin suda müxtəlif cür islanmasına əsaslanır. Bu
proses doymuş xam kalium - xlorid məhlulunda aparılır. Flotasiya metodunun bir
sıra üstünlükləri vardır: Proses yüksək temperaturda deyil, adi şəraitdə aparılır, 
korroziya sürəti azalır, kapital qoyuluşu azdır, alınan duzun kristal hissəcikləri
böyük olduğu üçün yapıxmır. Bu metodda həmçinin buxardan da istifadə edilmir. 
Yuxarıdakı üstün cəhətlərinə görə kalium - xloridin maya dəyəri flotasiya üsulunda
daha aşagı olur.
Metallurgiya. 
Metallar əsasən iki qrupa bölünür: 
Qara (metal məhsulların 95% - ni təşkil edilir). Bu dəmirin başqa elementlərlə
ərintisidir. 
Əlvan (texniki metalların 5% - ni təşkil edir. Bunlar: mis, qalay,qurğuşun, sink, 
alminium və başqa metallar və ərintilər. Texniki metallar heç vaxt təmiz olmur,


32 
onlarda həmişə qarışıqlar olur. Bu qarışıqlar ərinti zamanı filizdən, yanacaqdan,
köməkçi materiallardan keçir. Bəzi qarışıqlar daimi olur. Məs., C, Si, Mn, P, S
dəmir ərintilərində daimi olur. Bəzən ərintiyə süni surətdə qarışıqlar əlavə edərək
xüsusi xassəli metallar alırlar. Poladın əsasını dəmir təşkil edir, qarışıqlar 1 - 2%
olur. Bəzi ərintilərdə qarışıqların miqdarı əhəmiyyətli dərəcədə çox olur. Məs., 
Latun - 60% mis və 40% sink; Ferromaqnit - 60 - 90% manqan qalanı dəmirdən
ibarətdir. 
Ərintinin tərkibində olan kompanentlər müəyyən nisbətlərdə öz aralarında
qarşlılıqlı təsirdə ola bilər. 
Ərintinin tərkibində olan qarışıqlar bir - biri ilə kimyəvi qarşılıqlı təsirdə
olaraq kimyəvi birləşmələr əmələ gətirirlər. 
Nəhayyət ərintidə olan kompanentlər ərinti şəklində bir - birində həll ola
bilər və bircinslilik hətta bərk haldada saxlanılır. 
Ərintidə olan kompanentlərin miqdarı ərintinin mexaniki xassələrinə təsir edir.
Məs., qara metalda karbonun miqdarı artdıqca onun bərkliyi və kövrəkliyi
yüksəlir. Kükürdün olması qızmış vəziyyətdə kövrək olur, kimyəvi təsirlərə
dözümlülüyü azalır. Fosforun olması onun soyuqdatez sınmasına kövrək olmasına
səbəb olur. Silisiumun olması turşuya istiyə davamlılığın artırır. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin