34
alüminiumu korroziyaya qarşı davamlı edir. Alüminium qatı
nitrat turşusu və üzvi
turşuların təsirindən dağılmır.
Alüminiumun mexaniki möhkəmliyini artırmaq və qəlıblərə tökülmək
qabiliyyətini yaxşılaşdırmaq üçün o, dögər metallarla birlikdə əridilir.
Ən çox yayılmış alüminium ərintisi düralümin (Al + Mg + Cu + Mn) və
silumindir (Al + Si). Alüminium ərintilərinin yüngül və möhkəm olması onları
təyyarə istehsalında, maşınqayırmada, yüksək istilik və elektrikkeçiriciliyi olduğu
üçün elektrotexnikada, mühərrik istehsalında və s. tətbiq etməyəimkan verir.
Kimya sənayesində alüminium və onun ərintilərindən hazırlanan borular, müxtəlif
aparatlar və s. tətbiq olunur.
Alüminium almaq üçün əsas xammal müxtəlif boksitlərdən, nefelin və alunitdən
alınan qlinozemdir ( Al
2
O
3
). Burada boksitlər əsas yer tutur. Boksitlərin
tərkibində
əsasən Al(OH)
3
və AlOOH, qarışıq kimi isə dəmir oksidləri, silisium 4 - oksid və s.
olur.Boksitlərdən alüminium oksid almağın əsas mahiyyəti onun tərkibində olan
alüminium hidroksidi başqa qarışıqlardan ayırmaqdan ibarətdir. Bu məqsədlə
boksiti əvvəlcə xırdalayır, qızdırır, soyudur, çökdürür və süzülür.
Alınan alüminium - hidroksid soda ilə birgə əridildikdə,
yaxud natrium -
hidroksidlə qələviləşdirildikdə natrium alüminata NaAlO
2
çevrilir. Natrium alüminat
suda həll olduğu üçün başqa qarışıqlardan ayrılır. Silisium 4 - oksid az da olsa
SiO
3
2-
formasında suda həll olduğu üçün alüminatı çirkləndirir. Ona görə də onu
məhluldan CaO ∙ 2SiO
2
∙ Al
2
O
3
kimi çökdürür və süzürlər.
Təmiz natrium - alüminat məhluluna karbon qazı buraxdıqda Na
+
ionları
sodaya çevrilir və Al(OH)
3
çökür.
Ayrılan Al(OH)
3
közərtdikdə 99% - li Al
2
O
3
alınır.
Ərintinin tərkibindən asılı
olaraq dəmir çuquna, polada, ferromaqnitə bölünür.
Əgər ərintidə karbonun miqdarı 1,7% - dən çoxdursa belə ərinti çuqun adlanır.
Ərintidə karbonun miqdarı 1,7 - dən 0,2% - ə kimidirsə bu ərinti polad adlanır.
Hzırki dövrdə tərkibində 0,1% qarışıq olan təmiz dəmir istehsal etmək
mümkündür. Əgər qara xəlitədə başqa elementlərin miqdarı əhəmiyyətli dərəcədə
çoxdursa bu ferroərinti adlanır.
Onun tərkibində olan elementlərə görə bölünür: Ferromanqan, ferrovanadium,
ferroxrom, ferrosilisium və b.
Çuqun forma və növləri.
Çuqunlar, ağ, boz və xalis mürəkkəb olur. Çuquna boz rəngi karbon verir.
Çuqunun tərkibi və xassələri onun markasını
təyin edir, hərf və rəqəmələrlə işarə
35
olunur. Ferroərintilər - tərkibində əhəmiyyətli dərəcədə başqa eementlər olan dəmir
ərintisidir. Məs., ferromanqan dəmir və manqanın ərintisidir. Tərkibində - 25 - 50%
manqan var. Ferroxrom - 30 - 60% Cr, Ferrovolfram - 50 - 80% W və s.
Ferroərintilərin növləri hərf və rəqəmlərlə işarə olunur. Məs., FS - 10 -
ferrosilisium 10% silisium var.
Poladın forma və növləri. Poladın çox müxtəlif növləri mövcuddur. Poladın
tərkibində olan aşqar elementlərin miqdarına görə iki əsas qripa bölünür.
1) Karbonlu polad - poladın tərkibində 90% dəmir, karbon, S, P, Mn, Si
2) Xüsusi və ya aşqarlanmış polad - tərkibində karbonlu poladda olan
elementlərdən başqa əlavə Cr, Ni, V vardır.
Təyinatına görə bütün poladlar aşağıdakı qruplara bölünür: Konustruksiya və
maşın xırda
hissələri üçün, alətlər üçün, xüsusi təyinatlı poladlar. Maqnitli,
paslanmayan və istiyədavamlı poladlar.
Adi keyfiyyətli kanustruksiya üçün karbonlu polad iki qrupa bölünür. A və B.
A qrup poladlar mexaniki xassələrinə görə ST (stal) ilə markalanır və
sonunda 0 dan 7 - yə kimi rəqəm yazılır. Rəqəm böyük olduqca poladın
möhkəmliyi çox olur.
B qrup polad kimyəvi tərkibinə gorə markalanır. MST (marten) və ya
BST(bessmer) və sonunda 0 - dan 6 - ya kimi rəqəm yazılır. Rəqəm nə qədər
böyük olarsa poladın
tərkibində oqədər də Si, Mn çox olar.
Alətlər üçün karbonlu polad keyfiyyətli və yüksək keyfiyyətli olur.
Keyfiyyətli polar iki rəqəmələ işarə olunur. Bu poladın tərkibində karbonun
miqdarı yüzdə bir dəqiqliklə göstərir. Məs., 45 rəqəmi ilə işarə olunubsa deməli
poladda 0,45% karbon var. Əgər ondan sonra Q hərfi göstərilibsə bu onu
göstərirki poladın tərkibində Mn yüksək miqdardadır.
Alət poladı U hərfi ilə işarə olunur və sonra rəqəmlər göstərilir. Bu
rəqəmlərin onda biri % - lə karbonun miqdarını göstərir.
Məs., "Polad U8". Bu o deməkdir ki, alətlər üçün karbonlu poladın
tərkibində 0,8% karbon var.
Aşqarlanış polad markaları rəqəm və hərflətlə işarə olunur.
Birinci göstərilən
rəqəm konustruksiya poladları üçün yüzdə bir % - lə karbonun miqarını göstərir.
36
Sonra göstərilən hərf aşqar elementi göstərir, hərfdən sonra yazılan rəqəm bu
elementin % - lə miqdarını göstərir. (əgər 1% - dən çox deyilsə rəqəm yazılmır).
Məs., marka 12XN2. Bu onu göstərir ki, 0,12% karbon var, 1% - dən
az Cr var,
2% Ni var.
Dostları ilə paylaş: