Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Saxsı istehsalı 
Saxsı dedikdə, müxtəlif mineral qarışıqların formalaşması və ya formaya 
tökülməsi, qurudulması və bişirilməsi proseslərindən sonra alınan məmulat başa 
düşülür. Tətbiq sahələrindən asılı olaraq saxsı məmulatlar bir neçə qrupa bölünür:
1.
İnşaat saxsıları:
bu məmulatlar əsasən evlərin və digər binaların quraşdırılması 
üçün nəzərdə tutulur. Bunlardan adi və deşikli kərpicləri, kərpic blokları, klinker 
kərpicini, saxsı plitələri, drenaj və kanalizasiya borularını və s. göstərmək olar.
2. 
İncə saxsılar:
əsasən farfor-fajans məmulatları – məişətdə işlədilən qablar, əl-üz 
yuma vannaları, dekorativ məmulatlar, elektrotexnika saxsıları, laboratoriyalarda 
işlənən saxsı qablar və s. bunlara misal ola bilər.
3. 
Xüsusi saxsılar:
belə məmulatlar radio və aviasiya sənayesində, cihazqayırmada 
işlədilir və xüsusi xassələrə malikdir.
4. 
Odadavamlı saxsılar
: bu saxsılar 1000
o
C-dən yüksək temperaturda belə, öz 
xassələrini dəyişmir. Onlardan yüksək temperaturda işləyən sobaların daxili hissəsini 
örtmək üçün istifadə edilir.


38 
5. 
Üzlük saxsıları;
bu saxsılar binaların daxili və xarici divarlarını örtmək üçün 
tətbiq olunan saxsılardır.
Saxsı sənayesi üçün tələb olunan xammalı iki qrupa bölmək olar: 
1.
Plastik materiallar
. Bunlar elə materiallardır ki, su ilə qarışdırdıqda ona istənilən 
formanı vermək olar və həmin formanı quruduqdan, yaxud bişirildikdən sonra saxlaya 
bilər. Plastik xammalara ən yaxşı misal gildir. Gilin tərkibi çox böyük intervalda 
dəyişir. Onun tərkibində əsasən alümosilikatlar, dəmir, kalsium, maqnezium və qələvi 
metal oksidləri, elecə də titan oksidi olur. Gilin tərkibinə daxil olan əsas mineral 
kaolinitdir: Al
2
O

· 2SiO

· 2H
2
Kaolin gili ən qiymətli xammal hesab edilir. Bu gilin əsas tərkibi kaolinitdən ibarət 
olduğu üçün həm istiliyə, həm də kimyəvi maddələrə qarşı davamlı olur.
2. 
Qeyri-plastik materiallar
. Bunlara kvars SiO
2
, maqnezit MgCO
3
, dolomit – 
MgCO
3
· CaCO
3
, göl şpatları – (K. Na)
2
OX XAl
2
O
3
·6SiO
2
və s. aiddir.
Gilin plastikliliyini azaltmaq üçün ona kvars, qum, əzilmiş kərpic və kərpic 
məmulatlar əlavə edilir.
Saxsı istehsalı başlıca olaraq aşağıdakı əməliyyatlardan ibarət olur: 1) xammalın 
hazırlanması, 2) saxsı kütləsinin hazırlanması, 3) kütlənin formalaşdırılması, 4) 
formaların qurudulması, 5) formaların bişirilməsi, 6) forma üzərinə naxışlar salınması, 
yəni onun bədii tərtibatı.
Xammalın hazırlanması dedikdə onun zənginləşdirilməsi, xırdalanması, 
üyüdülməsi, qarışdırılması və nəmləndirilməsi nəzərdə tutulur. Xırdalanma xüsusi 
xırdalayıcılarda, üyüdülmə isə kürəcikli dəyirmanlarda aparılır. Xırdalanmış material 
ələnir və beləliklə ona müəyyən qranulometrik tərkib verilir.
Saxsı kütləsinin hazırlanması dedikdə, xammalın müəyyən miqdar su ilə xüsusi 
qarışdırıcılarda qarışaraq xəmirəbənzər kütlənin alınması başa düşülür.
Saxsı kütləsinin formalaşdırılması üç üsulla –
quru, yarımquru 

plastik 
üsullarla 
aparılır. Quru formalaşdırma zamanı tozvarı kütlə pres altında sıxılıb müəyyən 
formalara salınır. Yarımquru üsulda isə saxsı kütləsinə onun 4–16%-i qədər su əlavə 
edilir və yenidən preslə sıxılaraq müəyyən formaya salınır.
Plastik üsulla formalaşdırma zamanı xəmirəbənzər kütlə hazırlanır və həmin kütlə 
müxtəlif tipli maşın və ya preslərlə formalaşdırılır.


39 
Formalaşdırılmış saxsı kütləsi müxtəlif növ quruducularda (kamera, tunel) 
qurudulur. 
Məmulatın bişirilməsi üçün müxtəlif bişirmə zonaları olan müxtəlif sobalardan 
istifadə olunur.
1.Qızdırma zonası; bu zonada mexaniki əlaqəli və hiqroskopik su kütlədən ayrılır. 
2.Kimyəvi əlaqəli və hidratasiya suyunun ayrılması zonası. 
3. Xüsusi bişirmə zonası; bu zonada bütün kimyəvi proseslər gedir və forma 
bərkiyir.
4. Bişirilmiş məmulatın soyuma zonası. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin