Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

 
Yapışdırıcı maddələr 
 
Yapışdırıcı maddələr elə mineral maddələrə deyilir ki, onlar toz halında su ilə 
qarışaraq xəmirəbənzər plastik kütlə əmələ gətirir və qaldıqda bərkiyərək daşvari bərk 
hala keçir. Yapışdırıcı maddənin plastik haldan bərk hala keçmə prosesinə 
tutma 
deyilir. 
Tətbiq sahələrinin müxtəlifliyindən asılı olaraq yapışdırıcı maddələr üç qrupa bölünür.
1.Havada bərkiyən yapışdırıcı maddələr. 
2.Havada və suda bərkiyən yapışdırıcı maddələr (hidravlik yapışdırıcılar). 
3.Turşuyadavamlı yapışdırıcı maddələr.
Havada bərkiyən yapışdırıcı maddələr. 
Bu tip yapışdırıcılara əhəng, gips və 
maqnezial yapışdırıcı maddələr misal ola bilər. Göstərilən yapışdırıcılar ancaq havada 
bərkiyir və öz bərkliyini yalnız havada saxlayır. Bu materiallar inşaat və suvaq 
məhlulları, eləcə də memarlıq və dekorativ hissələr hazırlamaq üçün tətbiq olunur. 
Hidravlik yapışdırıcı maddələr. 
Bunlara misal olaraq hidravlik əhəngi, 
portlandsementi, pussolon, şlak və qlinozem sementlərini və s. göstərmək olar.
Hidravlik əhəng – mergel tərkibli əhəngdaşının natamam bişirilməsindən alınan 
yapışdırıcı maddədir. Hidravlik əhəngin tərkibi 
hidravlik modul (m)
vasitəsilə müəyyən 
olunur.
Hidravlik yapışdırıcılardan ən çox istifadə olunanı 
portlandsementdir. 
Portlandsementin tərkibi 
silikat modulu, qlinozem modulu 
və 
doymuşluq əmsalı 
ilə 
müəyyən olunur. 


40 
Silikat modulu (n) 
silisium 4-oksidin və dəmir 3-oksidə olan faizlə nisbətini 
göstərir: 
%SiO
2
n =
% Al
2
O
3
+% Fe
2
O
3
(90) 
Qlinozem modulu (p) 
alüminium-oksid faizinin dəmir 3-oksid faizin nisbəti ilə 
ölçülür. 
%Al
2
O
3
P =
% Fe
2
O

(91) 
Şlak portlandsement –xırdalanmış yapışdırıcı materiallara domna sobasından 
alınan şlak əlavə etməklə alınır.
Turşuyadavamlı yapışdırıcı madəddələrdən turşuyadavamlı sementi, betonu və 
yaxmanı göstərmək olar.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin