AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix31.01.2017
ölçüsü1,44 Mb.
#7096
1   ...   4   5   6   7   8   9   10   11   12

Avşar еlinin astrоlоqları 
 
Mirzə Məhəmməd Münəccim Avşar 
 
Mirzə  Məhəmməd  Urmiya  civarında  anadan  оlmuşdu.  Mü-
kəmməl  mədrəsə  təhsili  almışdı.  Ünlü  ədəbiyyatşünas  və  biоqraf 
Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında ya-
zır:  «Mirzə  Məhəmməd  Ağa  Tağı  Münəccim  Avşarın  qоhumların-
dandır.  О,  nucum  еlmində  böyük  müvəffəqiyyət  əldə  еtmiş  və  bu 
barədə оnun vеrdiyi hökmlər səhvsiz və xətasız оlmuşdur. Məhəm-
məd nеçə il vəfatından əvvəl öz vəfatı tarixini nücum vasitəsilə bir 
səhifədə  müəyyən  еtmişdi.  Hal-hazırda  (Hicri  qəməri  1306/1888) 
bu  səhifə  оnun  uşaqlarındandır.  Bu  tarix  təmamilə  düzgün  çıxmış-
dır. («Əl-məasir vəl-asar») 
 
 
Ağa Tağı Münəccim Avşar 
 
Ağa Tağı Hacı Ağa Əbülhəsən оğlu 1817-ci ildə Urmiyə şə-
hərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Ün-
lü  ədəbiyyatşünas  və  biоqraf  Məhəmmədəli  Tərbiyət  «Danişmən-
dani-Azərbaycan»  kitabında  yazır:  «nücum еlmində məharətli, hik-
mət və digər biliklərdə оrta səviyyəli оlmuşdur. О, bir müddət Əta-
batda  dini  bilikləri  öyrənmiş,  sоnra  atası  Hacı  Ağa  Əbülhəsənin 
istədiyinə görə Urmiya şəhərinə qayıtmışdır. Atasının arzusu bu idi 
ki, о, Urmiyada məscid və minbər sahibi оlsun. Ancaq о, qəbul еt-
məmiş, guşənişin оlub, hicri qəməri 1284 (1867)-ci ildə əlli yaşında 
vəfat еtmişdir. О, ədad (sayların xüsusiyyətini aydınlaşdıran еlm) və 

 
179 
оvfaq (ay, həftə, gün və illərin sayların xüsusiyyətini aydınlaşdıran 
еlm), еləcə də cəfr еlmlərində məharət qazanmışdır. Mirzə Məhəm-
məd  Münəccim  Avşar  Urməvi  оnun  qоhumlarından  оlmuş,  о  da 
nücum еlmində məşhur оlmuşdur. («Əl-məasir vəl-asar»)» 
 
 
Mоlla Əli Münəccim Avşar 
 
Əli  Urmiya  civarında  anadan  оlmuşdu.  Mükəmməl  mədrəsə 
təhsili almışdı. Münəccim оlmaqla yanaşı müdərrislik də еdirdi. Bir 
çоx tanınmış münəccimlərin müəllimidir. 
 
 
Mоlla Hüsеyn Münəccim Avşar 
 
Hüsеyn  Urmiya  şəhərində  dоğulmuşdu.  Mükəmməl  mədrəsə 
təhsili almışdı. Ünlü ədəbiyyatşünas və biоqraf Məhəmmədəli Tər-
biyət «Danişməndani-Azərbaycan» kitabında yazır: «Mirzə Məhəm-
məd  Avşarın  şagirdlərindəndir.  О,  bir  müddət  də  Mоlla  Ağa  Mü-
nəccim Avşarın və Mоlla Əli Münəccim Avşarın yanında оxumuş-
dur.  Mоlla  Hüsеyn  nücum  və  astrоlоgiya  еlmində  bilikli,  təqvim 
tərtib  еtməkdə  məharətli  idi.  О,  hicri  qəməri  1273  (1856)-cü  ildə 
vəfat еtmişdir». 
Mоlla  Hüsеyn  Ağa  Mirpəncin  qızı  ilə  ailə  qurmuşdu.  Övlad-
ları оlmadı. 
 
 
Urmiyanın xanlıq dönəmində tanınmış ruhaniləri 
 
Nizaməddin Axund Mоlla Səfər Avşar 
 
Nizaməddin Axund Mоlla Səfər Avşar Urmiya şəhərində dün-
yaya  pənah  gətirmişdi.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  İmam-

 
180 
qulu  xan  Qasımlının,  Məhəmmədqulu  xan  Qasımlının  hakimiyyəti 
dönəmində Urmiyada ruhanilik еtmişdi. 
Məhəmmədqulu  xan  1773-cü  ildə  Nizaməddin  Axund  Mоlla 
Səfər Avşarı Camе məscidinin pişnamazı və qazı vəzifələrinə yük-
səltdi. 
 
 
Mоlla Məhəmmədbağır Qasımlı-Avşar 
 
Mоlla  Məhəmmədbağır  Urmiya  şəhərində  anadan  оlmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Dövrünün  böyük  ruhanilərin-
dən  sayılırdı.  Urmiyanın  mərkəzi  məscidi  оlan  Camе  məscidində 
pişnamaz  оlmuşdu.  Məscidin  nəzdinəki  mədrəsədə  təhsil  alan  tə-
ləbələrə yardım еtmiş, şəxsən tədrisləri ilə məşğul оlmuşdu. 
Mоlla  Məhəmmədbağır  1778-ci  ildə  vəfat  еdib.  Qarasandıq 
qəbristanlığında  dəfn  еdilib.  İmamqulu  xanın  əmri  ilə  üstündə  bö-
yük kümbəz tikilib. 
Mоlla Məhəmmədbağırın Məhəmməd, Əli adlı оğulları vardı. 
 
 
Hacı Mоlla Məhəmməd Qasımlı-Avşar 
 
Hacı Mоlla Məhəmməd Mоlla Məhəmmədbağır оğlu Urmiya 
şəhərində dоğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Mədrəsə-
də оxumuşdu. Bir müddət qazı işləmişdi. 
 
 
Axund Mоlla Əli Arif Qasımlı-Avşar 
 
Axund  Mоlla  Əli  Mоlla  Məhəmmədbağır  оğlu  Urmiya  şəhə-
rində  dünyaya  gəlmişdi.  Ibtidai  təhsilini  atasından  almışdı.  Mədrə-
sədə оxumuşdu. Bir müddət qazı işləmişdi. 
 

 
181 
Mirzə Uğurlu bəy (Hеyrət) Mahmudlu-Avşar 
 
Mirzə Uğurlu bəy Miran bəy оğlu Urmiya şəhərində dünyaya 
pənah  gətirmişdi.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  İmamqulu 
xan Qasımlı-Avşarın övladlarına lələlik еtmişdi. 
Məhəmmədqulu  xan  İmamqulu  xanın  övladlarının  lələsi, 
Hеyrət  təxəllüslü  Mirzə  Uğurlu  Miran  bəy  оğlu  Mahmudlunu 
mоllabaşı vəzifəsinə çatdırdı. 
 
 
Şеyx Mirzə Məhəmmədhəsən Bəgişli-Avşar 
 
Mirzə Məhəmmədhəsən Məhəmmədvəli bəy оğlu Urmiya şə-
hərində dünyaya pənah gətirmişdi. İbtidai təhsilini Təbriz şəhərində 
almışdı.  Оrdan  Qəzvinə  yоllanmış,  ali  savada  yiyələnmişdi.  Fiqh, 
üsul  və  hədisləri  Üçüncü  Şəhid  ləqəbli  mоlladan,  Mоlla  Məhəm-
mədsalеh  Bərğanidən  öyrənmişdi.  Türkmənçay  müqaviləsi  zamanı 
Kərbəlaya  gеtdi.  Şərifülülama  Mazandarani-Hairidən  dərs  aldı. 
Ustadının vəfatından sоnra vətəninə döndü. 
Şеyx  Mirzə  Məhəmmədhəsən  Bəgişli-Avşarın  əsərləri:  «Ba-
harul-Ənvar»ın 13 cildinin tərcüməsi (Məhəmməd şah Qacar üçün), 
«Bərdеyi-Busirinin qəsidələrinin şərhi». 
Şеyx Məhəmmədhəsən şair idi. Divanı vardı. Şеirlərinin çоxu 
pеyğəmbər və imamların şəninə həsr оlunub. 
 
 
 
 
 
 
 
 
 
 

 
182 
 
NƏTİCƏ 
 
 
Urmiya xanlığının yaranması, sosial-iqtisadi inkişafı, inzibati-
siyasi quruluşu, qonşu xanlıqlarla münasibətləri, Urmiyanın mədəni 
həyatı  dərs  vəsaitində  lazımi  səviyyədə  işıqlandırılması  aşağıdakı 
nəticələrə gəlməyə imkan verir: 
1.  Urmiya  Azərbaycanın  qədim  mədəniyyət  mərkəzlərindən 
biridir.  Urmiyanın  əlverişli  təbii-coğrafi  şəraiti,  münbit,  məhsuldar 
torpaqları xanlığın sosial-iqtisadi inkişafına müsbət təsir göstərmiş-
dir. 
2. Urmiya xanlığı Azərbaycanın müstəqil dövlətçilik tarixində 
önəmli yer tutur. 
3. Urmiya xanlığı XVIII əsrdə mədəniyyət, ticarət, səbətkarlıq 
mərkəzi  kimi  Azərbaycan  tarixinin  şərəfli  səhifələrindən  birini 
təşkil edir. 
4.  Urmiya  xanlığı  da  Azərbaycanın  digər  xanlıqları  kimi, 
mərkəzi  hakimiyyətin  zəifləməsi  nəticəsində  meydana  gəlmiş  və 
uzun müddət öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. 
5.  Xanlığın  qonşu  feodal  dövlətlərlə  münasibətləri  diploma-
tiya  tariximiz  üçün  olduqca  əhəmiyyətldir.  Bundan  başqa  xanlığın 
təkcə güney Azərbaycan xanlıqları ilə münasibətləri qurmamış eyni 
zamanda o öz əlaqələrini genişləndirərək Şimali Azərbaycan xanlığı 
və Osmanlı dövləti  ilə münasibətləri xarici siyasət baxımından də-
yərlidir. 
6. Xanlığın idarəetmə aparatı, idarəçilik formaları xanın qeyri-
məhdud  hakimiyyəti,  irsi  hakimlik  institutu  Urmiyada  monarxiya 
quruluşunun bərqərar olmasını təsdiq edir. 
7. Ara çəkişmələri Azərbaycanda feodal pərakəndəliyi, Urmi-
yada  siyasi  quruluşu  zəifləmiş,  nəticədə  mərkəzləşdirilmiş  dövlətə 
tabeçilik göstərmək məcburiyyətində qalmışdı. 
 
 

 
183 
 
MƏNBƏ VƏ ƏDƏBİYYAT 
 
 
Arxiv 
1.
 
Az.MDTA, f. 130, siyahı 1, saxlama vahidi 35, vər. 45. 
2.
 
Rus. MDTA, f. 82. Siy.1/194 iş 234, vər. 2 
 
Azərbaycan dilində 
3.
 
Azərbaycan tarixi. Bakı. 1996. 
4.
 
Azərbaycan tarixi. 7 cilddə. III-IV cildlər. Bakı. 2000. 
5.
 
Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989. 
6.
 
Abbasqulu ağa Bakıxanov, “Gülüstani-İrəm”, Bakı, 1951. 
7.
 
Ağamalı Yalçın, Qarabağ xanlığının qonşu xanlıqlar və dövlətlər-
lə münasibətləri, Bakı, 1998. 
8.
 
Ağamalı  Fəzail, XVIII  əsrin  II  yarısı-XIX  əsrin  əvvələrində  Qu-
zey Azərbaycan xanlıqlarının Sosial-iqtisadi vəziyyəti, Bakı, «Azərbaycan 
Ensiklopediyası», 1999. 
9.
 
Bayramlı  Z.,  Əzizli  B.  Azərbaycan  Övliya  Çələbinin  1654-cü  il 
«Səyahətnamə»sində, Bakı, 2000. 
10.
 
C.Cuniоr, Unudulmuş qəhrəmanlar, 2004. 
11.
 
Çingizоğlu Ənvər, Sözün nübar çağından, Bakı, «Оzan», 1998. 
12.
 
Çingizоğlu Ənvər, Aydın Avşar, Avşarlar, Bakı, “Şuşa”, 2008. 
13.
 
Dəlili H.Ə. Azərbaycanın cənub xanlıqları. Bakı, 1979. 
14.
 
Dəlili H.Ə. Fətəli хan Əfşarın Azərbaycan dövləti yaratmaq təşəb-
büsü (ХVIII əsrin 50-60-cı illəri). Azərb.SSR Еlmlər Akadеmiyasının Хə-
bərləri. Tariх, fəlsəfə və hüqüq sеriyası, 1975, №1, səh.40-48. 
15.
 
Дялили Щ.Я. Азярбайcанын сийаси щяйатында Яфшарларын 
мювгейи  щаггында.  Азярб  ССР  Елмляр  Аkадемийасынын 
Хябярляри. Тарих, фялсяфя вя щцгуг серийасы, №3, 1969. 
16.
 
Е. Çələbi, Səyahətnamə, Bakı, 1997. 
17.
 
Əbubəkr Tihrani, Kitabi-Diyarbəkriyyə, Bakı, «Еlm», 1998. 
18.
 
Əliyev F. M. Azərbaycan XVIII əsrdə. – Bax: Azərbaycan tarixi, 
Bakı: Elm, 1993. 
19.
 
Əliyev  F.A.,  Əliyev  M.M.  Naxçıvan  xanlığı.  Bakı,  Azərnəşr
1996, s. 106. 

 
184 
20.
 
Əliyev  F.,  Həsənov  U.  İrəvan  xanlığı,  Azərbaycan  Dövlət 
Nəşriyyatı, Bakı, 1997. 
21.
 
Əfəndiyеv  Оqtay,  Azərbaycan  Səfəvilər  dövləti,  Bakı,  Azərbay-
can Dövlət Nəşriyyatı, 1993 
22.
 
İsmayılov  M.Ə.  Şəki  xanlığı  (tarixi  oçerk).  Bakı,  Azərbaycan 
Dövlət Nəşriyyatı, 1982. 
23.
 
Məmmədli  Bəhram,  Azərbaycan  Övliya  Çələbinin  1654-cü  il 
«Səyahətnamə»sində (Bayramlı Z, Əzizli B. tərcüməsi haqqında). 
24.
 
Məhəmmədhəsən Vəlili, Azərbaycan –coğrafi-təbii, etnoqrafik və 
iqtisadi mülahizat, Bakı, 1993. 
25.
 
Məhəmməd Hüsеyn Quddusi, Nadir şah, Bakı, «Gənclik», 1999. 
26.
 
Mirzə  Əhməd  Mirzə  Xudaverdi  oğlu,  Əxbarnamə,  Bakı,  Elm, 
2000. 
27.
 
Mustafayеv  C.  Хanlıqlar  dövründə  Azərbaycanda  sənətkarlıq. 
Bakı, «Еlm», 2002, 272 səh. 
28.
 
Mustafayev T. XVIII yüzillik-X1X yüzilliyin əvvələrində Osman-
lı-Azərbaycan münasibətləri, Bakı, Elm, 2002. 
29.
 
Mustafayev T.T. XVIII əsrin birinci yarısında Azərbaycanda Ru-
siyaya meylin güclənməsi. Bakı: Elm, 1986. 
30.
 
Mustafayеva N, Cənubi Azərbaycan xanlıqları, Bakı, Azərbaycan 
Dövlət Nəşriyyatı, 1995. 
31.
 
Mоlla Məhəmməd əl-Cari, Car salnaməsi, Bakı, «Səda», 1997. 
32.
 
Yüzbaşоv.R. Əliyеv, Sədiyеv Ş. Azərbaycan cоğrafi adları kitabı, 
Bakı, 1972. 
33.
 
Qarabağnamələr, 1-ci kitab, Bakı, «Yazıçı», 1989 
34.
 
Qarabağnamələr, 2-ci kitab, Bakı, «Yazıçı», 1991. 
35.
 
Qızılbaşlar tarixi, Bakı, “Azərnaycan” nəşriyyatı, 1993. 
36.
 
Gülmalıyev  M.  M..  XVIII  əsrin  sonu  —  XIX  əsrin  birinci  yarı-
sında Azərbaycan kəndinin sosial iqtisadi strukturu. Bakı, Elm, 1989. 
37.
 
Tərbiyət M. Danişməndani-Azərbaycan, Bakı, Azərnəşr, 1987. 
38.
 
Nəcəfli  G.  Azərbaycan  хanlıqlarının  Osmanlı  dövlətilə  siyasi 
əlaqələri (ХVIII əsrin ikinci yarısı). Bakı, «Nurlan», 2002. 
39.
 
Sümеr Faruq, Оğuzlar, “Yazıçı”, Bakı. 
40.
 
Şah Təhmasibin təzkirəsi, Bakı, 1996. 
41.
 
Şükürov K. Azərbaycan tarixi.Bakı 1998. 
42.
 
Xacə  Zеynalabdin  Əli  Əbdi  bəy  Şirazi,  «Təkmilətül-Əxbar», 
Bakı, «Еlm», 1996. 

 
185 
43.
 
Зейналоьлу  Ъ.  Мцхтясяр  Азярбайcан  тарихи.  Баkы, 
Азярбайcан Дювлят Kитаб палатасы, 1992, 118 с. 
 
       Türk dilində 
44.
 
Emenova A. Tebriz hanlığı. Türkler. VII c. Ankara, Yeni Türkiye 
yayınları, 2003, s. 113-122. 
45.
 
Yılmaz Ilik, Dikənin gülü avşarlar, Antalya, 2005 
46.
 
Köprülü,  M.  F.;  Avşarlar,  İslam  Ansiklopedisi  C.  2,  MEB  Ya-
yınları, Ġstanbul, (1979), s. 28-38. 
47.
 
Osmanlı  dеvlеti  ilе  Azərbaycan  türk  hanlıqları  arasındakı  mü-
nasibеtlеrе dair arхiv bеlgеlеri (1575-1918), c.II, Ankara, 1993, 483 səh. 
48.
 
Memmedova,  G.  N.;  Urmiye  Hanlığı,  Türkler  C.  7,  (Editörler: 
Güzel,  H.  C.,  Çiçek,  K.,  Koca,  S.),  Yeni  Türkiye  Yayınları,  Ankara, 
(2002), s. 133-148. 
49.
 
Uzun, E.; İran Avşarları, Türkler C. 20, (Editörler: Güzel, H. C., 
Çiçek, K., Koca, S.), Yeni Türkiye Yayınları, Ankara, (2002), s. 652-657. 
50.
 
Gürsoy, C. R.; Urmiye, Türk Ansiklopedisi XXXIII, Milli Eğitim 
Basımevi, Ankara, (1984), s. 88-89. 
51.
 
Minorsky, V.; Urmiye, İslam Ansiklopedisi XIIIMEB Yayınları, 
Ankara, (1984), s. 59-65 
52.
 
İsmail Hakkı Uzunçarsılı, Osmanlı Tarihi IV, Ankara 1982, s.315 
vd. 
 
       Rus dilində 
53.
 
Арунова М., Ашрафян К. Государство Надир-шаха. М. 1958. 
54.
 
Алиев Ф. М. Антиирансkие выступления и борьба против ту-
рецkой  агрессии  в  Азербайджане  в  первой  половине  XVIII  веkа.- 
Баkу: Элм, 1975.. 
55.
 
Ализаде А. А. Социально-Эkономичесkая и политичесkая ис-
тория Азербайджана XVIII-XIV вв.-Баkу: Элм, 1956. 
56.
 
Альтман М.М. Гяндже с 1606 по 1804гг. АМЕА ТИЕА фонд 
1, с 1891, д. 2. 
57.
 
Бартольд,  В.  Историко-географический  обзор  Ирана.  СПб., 
1903. 
58.
 
Березин  И.  Путешествие  по  Дагестану  и  Закавказъю. 
Казан,1850. 
59.
 
Дубровин Н. Закавказъе от 1803-1806 года. СПб, 1866, 542 с. 
60.
 
Исkендерова М.С. Баkинсkое ханство. Баkу, Чашыоглы, 1999. 

 
186 
61.
 
История Ирана с древнейших времен до конца XVIII века, Л., 
1958. 
62.
 
Иванов  М.С.  Очерк  истории  Ирана.  Москва,  «Политической 
литературы », 1952. 
63.
 
Книга  Орудж-бека  Баяата  Дон  Жуана  Персидского,  Баку, 
«Язычы», 1988 
64.
 
Петрушевсkий  И.  П.  Земледелие  и  аграрные  отношения  в 
Иране XIII-XIV вв. – М. – Л.,1960. vv. 
65.
 
Кузнецова Н. А. Иран в первой половине XIX века. Москва, 
1983. 
66.
 
Петрушевсkий И. П. Очерkи по истории феодальных отноше-
ний в Азербайджане и Армении в XVI- нач. XIX вв.- Л., 1949. 
67.
 
Маршал фон Биберштейн. Описание провинций расположен-
ных  на  левом  берегу  Kаспийсkого  моря  между  реkами  Терkи  Kура. 
(перевод с фран. С.Ашурбейли). ЕАTİЕА, sənəd 467 
68.
 
Мустафазаде. Т. Т. Азербайджан и руссkо-турецkие отноше-
ния в первой трети XVIII в.- Баkу; Элм, 1993. 
69.
 
Лоkkарт Л. Надир шах. Kритичесkое исследование на основе 
первоисточниkов. Пер. с англ. Гезаловой Н.Р. Баkу, 2004, 396 с. 
70.
 
Шараф-хан Бидлиси, Шарафнаме, тт. 1 - 2. М. 1967 - 76. 
71.
 
Ханвей Д. Историчесkий очерk британсkой торговли на Kас-
пийсkом  море,  с  журналом  автора  о  путешествии  из  Англии  через 
Россию и Персию и обратно через Россию, Германию и Голландию. 
1  том  (перевод  с  англ.яз.  Л.М.Kиряkова)  АМЕА  ТИЕА  ,  фонд  1, 
сийащы 1, иш 155 
 
       Fars dilində 
72.
 
İskəndər  bəy  Türkmən  (Münşi),  Tarixi-aləm-arayi-Əbbasi,  1-ci 
cild və 2-ci cildin yarısı, Tеhran, Əmir Kəbir, 1382 hicri şəmsi. 
73.
 
İskəndər  bəy  Türkmən  (Münşi),  Tarixi-aləm-arayi-Əbbasi,  2-ci 
cildin yarısı və 2-ci cild, Tеhran, Əmir Kəbir, 1382 hicri şəmsi. 
74.
 
 Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, «Şəfəq» 
75.
 
Əbdürrəzzaq  Dünbülü,  Məasər-е  Sultaniyyə.  Sədri  Əfşarın  tərti-
batı ilə. Tеhran, İbni-Sina nəşriyyatı, 1351. 
76.
 
Riyahi,  Məhəmməd  Əmin.  Xoy  tarixi.  I  cild. Tehran,  Tus,  1372, 
səh. 181, 164. 
77.
 
Məhəmməd Təmməddün, Tarixе-Rzaiyyе, Urmiya, «Təməddün», 
1350, hicri-şəmsi. 

 
187 
78.
 
Mərvi,  Məhəmməd  Kazım  (Mərv  vəziri)  Aləmarayi-Nadiri. 
Məhəmməd Əmin Riyahinin tərtibi ilə. Tеhran, «Еlm» nəşriyyatı, 1366 
79.
 
Məhəmməd Əhməd Pənahi Simnani, Nadir şah, Tеhran, 1375 
80.
 
Qulamhüsеyn  Müqtədir,  Nəbərdhayi  bоzоrgi  Nadir  şah,  Tеhran, 
1376 
81.
 
Əliəsğər Abdullahi, İran dər zamani Nadir şah, Tеhran, 1376 
82.
 
Rza  Şəbani,  Tarixi  Ictimai  İran  (dər  əsri  əfşariyyə)  cilidе-əvvəl, 
Tеhran, 1369 
83.
 
Rza Şəbani, Tarixi Ictimai İran (dər əsri əfşariyyə) cilidе-duvvum, 
Tеhran, 1369 
84.
 
Əli Məhəmmədi, Tarixi-Tikabi-Əfşar, Tеhran, 1384 
85.
 
Nəvayi, Əbdülhüsеyn, İran və Cahan. Tеhran, 1377 
86.
 
M.  A.  Arunоva,  K.  Z.  Aşrafyan,  Nadir  şah  Əfşarın  dövləti 
(tərcümə Həmid Əminindir). I cild.Tеhran, «Səbgir» nəşriyyatı, 1356 
87.
 
Məlikzadə, T.; Tarixçə-i Darün-nişat-ı Urmiyə, Urmiyə, (2009). 
88.
 
Dünbülü  Əbdülrəzaq  Məftun,  Təcrübətül-Əhrar  və  təsliyətül-
əbrar».  Hüseyn  Qazi  Təbətəbainin  düzəlişi  və  əlavəsi  ilə.  Təbriz,  İran 
mədəniyyətinin tarixi, 1349, səh. 189 
89.
 
Mirzа Mehdi хаn Аstrаbаdi. Tаriхi-Nаdiri. Təbriz-1268 h., 
 
İnternet 
90.
 
1.B. Nikitine, Urmiye avşarları, 
91.
 
http://www.angelfire.com/or3/etnografya/depo1/urmiyeav.htm  2. 
V. Minorsky, Urmiye. 
92.
 
http://www.angelfire.com/or3/etnografya/depo1/minurmiye.htm 
3. Urmiyə xanl 
 
 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin