ADİU-nun prorektoru i.e.d. Ə.l.Bayramov Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin direktoru, i.e.n. V.Ə.Rüstəmov Metodik göstəriş magistrantlar üçün elmi-tədqiqat təcrübəsinin təşkili və reallaşdır ılmasının ən ümumi mexanizmlərini əhatə edən proqram xarakterli metodoloci normativ akt mahiyyəti daşıyır. Burada elmi-tədqiqat təgrübəsinin məqsədi, təşkilati prinsipləri, strukturu və tipik prossedur qaydalarının şərhi verilir, təcrübə keçənlərin hüquq və vəzifələri, əsas fəaliyyət öhdəlikləri təsbit olunur. Elmi-tədqiqat təcürbəsinin təşkili və keçrilməsinə dair mövcud metodik göstəriş Azərbaycan Dövlət İqtisad Üniversitetində bütün istiqamətlərdə magistr pilləsi üzrə təhsil alan magistrantlar, onların elmi rəhbərləri, resenzentləri və həmçinin elmi yaradıcılıq fəaliyyətini genişləndirmək istəyən tədqiqatçılar üçün nəzərdə tutulur. Bununla yanaşı, metodik göstəriş Azərbayjan Respublikasının magistr proqramını həyata keçirən digər universitetlərində, elmi-tədqiqat istitutlarında və elmi mərkəzlərində elmi-tədqiqat təcrübəsinin səmərəli təşkili və reallaşdırılmasına metodoloci yardım məqsədi də daşıyır. 50
Universitetlərin
fəaliyyətlərinin
mühüm
vəzifələrdən biri də yüksək ixtisaslı elmi kadrların
hazırlanmasıdır. Elmi kadr yaradıcılığı prosesinin
təməli isə başlıja olaraq təhsilin magistr pilləsində
formalaşır.